Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-9/2021 01.11.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 Əkbər qızına qarşı “mülkiyyət hüquqlarının bərpa olunması, maddi ziyan və dəmir torun sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 Əkbər qızına qarşı qarşı iddia qaldıraraq ona və ailə üzvlərinə dəymiş maddi ziyanın ödənilməsi, torpaq sahəsi üzərində olan mülkiyyət hüquqlarının bərpa edilməsi və pay torpaq sahəsinin ətrafına çəkilmiş dəmir tor hasarın sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin müdafiə etdi və izahatında göstərdi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyun 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Gədəbəy rayonu, Əli İsmayıl (indiki Alnabat) kəndində 1.65 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini cavabdehlər 1999-cu ildən bu günə kimi qanunsuz olaraq tutub istifadə etmişlər, torpaq sahəsinin ətrafına dəmir tor hasar çəkmişlər. Şifahi xəbərdarlıq etməsinə baxmayaraq cavabdehlər onun torpaq sahəsindən çıxmır. Ona görə də məhkəmədə iddia qaldırmalı olmuşdur. Cavabdeh1 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və izahatında göstərdi ki, onun istifadə etdiyi torpaq sahəsi özünə məxsusdur. 1995-ci ildən bu günə kimi həmin torpaq sahəsini istifadə edir və orada yaşayış evi tikmişdir. Əgər o, iddiaçının torpaq sahəsini tutumuşdursa, bu günə kimi nə üçün etirazını bildirməmişdir. Onun istifadə etdiyi torpaq sahəsinə dair təsərrüfatbaşına kitabdan çıxarışı vardır. Ona görə iddianı əsassız hesab edir. Cavabdeh2 məhkəmə iclasında ona qarşı olan iddia tələbini etiraf etmədi və Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat verdi. Cavabdehlər X2 və Cavabdeh3 Əkbər qızına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nın Alnabat kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 02.10.2019-cu il tarixli, 259 saylı arayışdan görünür ki, Əliyev X1 yaşayır. İşdə olan JN-146 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə Gədəbəy rayonu, Əli İsmayıllı kəndində İddiaçı və onun ailə üzvlərinə 1.65 ha torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivində mühafizə olunan Əli İsmayıllı kənd İƏD üzrə nümayəndəliyin 1991-1995-ci illəri əhatə edən təsərrüfatbaşına kitabdan çıxarışdan görünür ki, Gədəbəy rayonu, Əli İsmayıllı kəndində 192nömrəli şəxsi hesabda Cavabdeh1 və ailə üzvlərinin adlarına 0.06 ha torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. “Broniovski Polşaya qarşı” işində Avropa İnsan hüquqları Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi əmlak təşkil edən müəyyən hüquq və maraqlar da “mülkiyyət” hesab edilə bilər. Qeyd olunan maddi hüquq normalarının hüquqi şərtlərinin mövcudluğu üçün, iddiaçı mübahisələndirilən torpaq sahəsinin mülkiyyətçisi olmalı, həmin torpaq sahəsi cavabdehlərin sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Azərbaycan Respublikası MPM-in 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Məhkəmədə tərəflərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Gədəbəy rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 22 nömrəli qərarı ilə Gədəbəy rayonu, Əli İsmayıllı kəndində İddiaçı və onun ailə üzvlərinə 1.65 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-146 KOD 50502018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktı tərtib olunmuşdur. İddiaçı məhkəmədə iddia qaldıraraq ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən tutulduğunu və həmin torpaq sahəsinə dəmir torun çəkildiyini iddia edir. İş üzrə texniki köməklik göstərilməsi üçün mütəxəssis cəlb edilmiş və dəfələrlə mütəxəssis baxışları təyin edilmiş, lakin, işin həlli üçün heç bir müsbət nəticə əldə edilə bilməmişdir. Eləcə də, üzərinə sübut etmə yükü düşən iddiaçı ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilməsini, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsində dəmir torun çəkilməsini və mübahisəli torpaq sahəsinin ona məxsusluğunu təsdiq edən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilmədi. Cavabdehlər isə məhkəmə iclasında izahat verərək, iddiaçının bildirdiklərini təkzib etdilər və özlərinə məxsus olan torpaq sahəsini istifadə etdiklərini bildirdilər. Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsusluğu, onun hər hansı hissəsinin cavabdehlər tərəfindən qanunsuz tutulması və cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsində torun çəkilməsi tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından iddia tələbi bu hissədə əsassızdır. Eləcə də iddiaçı ona məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən istifadə edilməsi nəticəsində ona maddi ziyan dəydiyini bildirsə də, o, cavabdehlərin həmin torpaq sahəsindən necə istifadə etməsi, istifadə nəticəsində ona vurulmuş ziyanın nədən ibarət olması, həmin ziyanın necə yaranması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etmədi. MPM-in 77.1-ci maddəsinə əsasən, qeyd olunan halları sübut etmə yükü iddiaçının üzərinə düşdüyündən, MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli olduğundan məhkəmə hesab edir ki, iddiaçının maddi ziyan hissəsində də tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbinin qanuni əsasının dispozitiv şərtləri mövcud olmadığından rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 və Cavabdeh3 Əkbər qızına qarşı “mülkiyyət hüquqlarının bərpa olunması, maddi ziyan və dəmir torun sökülməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-9/2021
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-9/2021
01.11.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver