Məhkəmə qərarları › İş №2(042)-900/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-900/2022

19.12.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-900/2022 19.12.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 Firuddin oğluna və Cavabdeh1 qarşı “örüş sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh3 Firuddin oğluna və Cavabdeh1 qarşı “örüş sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Gədəbəy rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)- 900/2022 saylı qərardadına əsasən, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertiza rəyi alınanadək iş üzrə icraat dayandırılmış və qərardad icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İddiaçı 24 oktyabr 2022-ci il tarixdə məhkəməyə ərizə verərək, cavabdehlərlə öz aralarında məhkəmədən kənar qaydada razılığa gəldiklərini bildirmiş və ərizəsinə əlavə edilmiş sənədlərin ona qaytarılmasını xahiş etmişdir. Belə olan halda, iş üzrə ekspertizanın aparılmasına zərurət qalmadığından Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-900/2022 saylı qərardadının icrasız saxlanılması və məhkəməyə qaytarılması Məhkəmə Ekspertizası Mərkəzindən xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən məhkəmənin sorğusuna əsasən, qərardadın icra olunmaması və mülki iş materiallarının məhkəməyə qaytarılması barədə məktub xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və mülki işin icraatı təzələnərək məhkəmə hazırlıq iclası 19 dekabr 2022-ci il tarixə, saat 10:30-a təyin edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələbinə görə, hazırlıq iclasında iddiaçının vəsatəti olduqda ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh3 Firuddin oğluna və Cavabdeh1 qarşı “örüş sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, İddiaçı cavabdehlər Cavabdeh3 Firuddin oğluna və Cavabdeh1 qarşı “örüş sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarıldığından İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 170, 263-264, 267- 268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh3 Firuddin oğluna və Cavabdeh1 qarşı “örüş sahəsindən çıxarılma və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar