Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-900/2024 21.08.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X4rşı “fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh X3 məxsus olan, Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki onun Gədəbəy rayonu, Slavyanka kəndində özünə məxsus fərdi yaşayış evi vardır. Onun mərhum oğlu X13 cavabdeh X14 ilə ailə quraraq evlənmişdir. Gəlininin valideyinləri Rusiya Federasiyasının Saratov vilayətində yaşayırlar. Onlar evləndikdən sonra bir ay onunla yaşamış və daha sonra 2006-cı il tarixdən cavabdeh X5 ilə birlikdə gəlininin valideynlərinin yanında yaşamışlar. X15 2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh X14 hal-hazırda Saratov vilayətində yaşayır. Cavabdehin onun yanına gəlmək fikri yoxdur. O, Gədəbəy rayon Polis Şöbəsinin şəxsiyyət vəsiqələrin qeydiyyata alınma bölməsində yoxlama apartıran zaman məlum olmuşdur ki, cavabdeh X6 evində rəsmi qeydiyyatdadır. Cavabdeh onun mülküyyətində olan evdə formal qeydiyyatda qalması ona həmin evlə bağlı hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Cavabdeh X6 evindən istifadə hüququnu itirmişdir. Odur ki, cavabdehin onun evindən istifadə hüququnun itrilmiş hesab edilməsini istəyir. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin ona məxsus fərdi yaşayış evinə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını istəyir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə oxşar izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər. Həmin Məcəllənin 147-ci maddəsinin tələbinə görə isə, cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, yerli icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. X2 məhkəmə iclasında bildirdi ki, iddiaçı onun qonşusudur. X11 da tanıyır. O, iddiaçının oğlunun arvadı olmuşdur. 2006-cı ildə iddiaçının oğlu ilə cavabdeh evlənmişdir. Onlar cavabdehin valideynlərinin evində yaşamışdır. O, Alla Cernovanın iddiaçının evində yaşamasını görməmişdir. 2019-cu ildə iddiaçının oğlu vəfat etmişdir. İddiaçıya məxsus evdə Alla Cernova çoxdandır yaşamır. X1 məhkəmə iclasında X2 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gədəbəy RİHB-nın Slavyanka İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixl saylı arayışdan görünür ki, 2021-2025-ci illəri əhatə edən 07 nömrəli ev təsərrüfatlarının uçotu kitabının 39-cu səhifəsində, 583 nömrəli şəxsi hesaba əsasən X14 İddiaçı təsərrüfatda qeyd edilmişdir. X9 razılıq ərizəsi olmadan təsərrüfatdan çıxarılması nümayəndəliyin səlahiyyətlərinə aid deyildir. X9 təsərrüfatdan çıxarılması üçün qanunamüvafiq qaydada aidiyyəti məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********30-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.25 ha torpaq sahəsi İddiaçı, X13 və X9 adına (ümumi birgə mülkiyyəti), 65.70 kv.m fərdi yaşayış evi isə tam olaraq İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. İşdə olan Gədəbəy rayon Polis şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaş məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə qeydiyyatdan çıxarılır. Odur ki, X9 İddiaçı məxsus fərdi yaşayış evindən qeydiyyatdan çıxarılması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 65.70 kv.m olan fərdi yaşayış evi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçının oğlu X13 ilə cavabdeh X14 2006-cı il tarixdə qeyri-rəsmi ailə quraraq evlənmişlər. İddiaçının oğlu X13 2019-cu il tarixdə vəfat etmişdir. Cavabdeh uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh ona məxsus fərdi yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir Bundan başqa, “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 1- ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Məhkəmə hesab edir ki, cavabdehin pasport qeydiyyatına alınması öz-özlüyündə, onun həmin mənzildən istifadə hüququnu yaratması kimi hüquqi qiymətləndirilməsi məqbul hesab edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun olaraq vətəndaşların qeydiyyatı ilə müvafiq İcra Hakimiyyəti orqanları, yəni, rayon polis idarələrinin Qeydiyyat və Şəxsiyyət vəsiqələri bölmələri məşğul olurlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında 4 aprel 1996-cı il Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən qeydiyyatdan çıxarılır. Məhkəmə qeyd edir ki, cavabdeh uzun müddətdir ki, ölkə xaricində yaşayır. Cavabdehin iddiaçıya məxsus evə hər hansı hüquqları yoxdur. Cavabdeh iddiaçıya məxsus fərdi yaşayış evində formal olaraq qeydiyyatdadır. Bu hal isə iddiaçının mülkiyyət hüquqlarını həyata keçirməkdə ona maneələr yarada bilər. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğundan, cavabdeh X9 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 238-244, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X9 İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-900/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-900/2024
21.08.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver