Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-910/2024 30.10.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X17 oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən çıxarılma” tələbinə dair üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sonuncunun yetkinlik yaşma çatmayan uşağı xx.xx.2011-ci il doğum tarixli X9 ilə birlikdə mülkiyyət hüququ ilə ona məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ayrıca giriş-çıxış müəyyən edilmiş bir otağından istifadə etməklə evin digər hissəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərdi ki, Cavabdeh2 qardaşı X1 həyat yoldaşı olmuşdur. 1995-ci ildə qardaşı X5 Aygün Sərdar qızı ilə ailə qurmuş, 1997-ci ildən Cavabdeh2 mərhum atası Cavabdeh1 Qədim oğluna məxsus olan, Gədəbəy şəhəri, Yenikənd yaşayış massivində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Atası 2020-ci ildə vəfat etmişdir Atasının ölümündən sonra ondan qalmış mirasa, yəni ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə tam, evin yerləşdiyi 0.3691 ha torpaq sahəsinin isə 4/6 hissəsinə vərələsik payı tanınmışdır Torpaq sahəsinin qalan 1/6 hissəsi X2nun, digər 1/6 hissəsi isə Cavabdeh2 adına qeyd edilmişdir. Bu barədə ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüququ şəxsi tərəfindən 22.11 2023-cü il tarıxdli, ********** qeydiyyat nömrəli elektron çıxarış verilmiş, eləcə də adına fərdi yaşayış evinin texniki pasportu tərtib edilmişdir. X2 ilə Cavabdeh2 ailə münasibətləri faktiki olaraq pozulmuşdur. Qardaşı ikinci dəfə ailə həyatı qurmuş və Rusiyada yaşayır. Cavabdeh2 üç övladı vardır. Onlardan xx.xx.1998-ci il doğum tarixli Cavabdeh1 və yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il doğum tarixli X9 anaları Cavabdeh2 ilə birlikdə tam pay hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Ev ikimərtəbəli olmaqla birinci mərtəbəsi zirzəmidən, ikinci mərtəbəsi isə faktiki olaraq dörd otaqdan ibarətdir. Evin bir otağından Cavabdeh2 uşaqları ilə birlikdə istifadə etməsi üçün ayrıca giriş-çıxış müəyyən edilmişdir. Buna baxmayaraq cavabdehlər həmin evdən bütünlüklə istifadə edir. Bu isə onun həmin evə olan mülkiyyət hüquqlarının pozulmasına, mülkiyyətindən rahat və maneəsiz şəkildə istifadə etməsinə maneələr yaradır. Qardaşının Cavabdeh2 ilə ailə münasibətləri faktiki olaraq pozulmuşdur. Ona görə də o Cavabdeh1, Cavabdeh2 və sonuncunun uşağı X4 mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ayrıca giriş-çıxış müəyyən edilmiş bir otağından istifadə etməklə digər hissəsindən çıxamasını istəyir. Hesab edir ki, ev tam mülkiyyət hüququ ilə ona məxsus olduğundan bu tələbində haqlıdır. Həmçinin, qeyd edir ki, Cavabdeh2 qız uzun illər, yəni həm mərhum atası mülkiyyətçi olduğu dövrdə, həm də o mülkiyyətçi olduğu dövrdə həmin evdə yaşamış, bu səbəbdən də cavabdehin uşaqları ilə birlikdə həmin evdə sığınacaq hüququnun olmasını nəzərə alır. Odur ki, iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini etiraf etmədi və izahat verərək bildirdi ki, o, iddiaçının qardaşı X3 ilə 1995-ci ildə evlənmişdir. Ailə qurduqları gün X6 yaşadığı və qeydiyyatda olduğu, qayınatası Allahverdiyev Cavabdeh1 Qədim oğluna məxsus Gədəbəy rayonunun keçmiş Yenikənd kəndi, indiki Gədəbəy şəhəri Yenikənd yaşayış massivində yerləşən fərdi yaşayış evinə evinə gəlin köçmüş və 29 ildir həmin evdə gəlindir. Uşaqları həmin evdə doğulmuş və böyümüşdür. Təsərrüfatı qayınatası, qayınanası və əri ilə birgə idarə idarə etmişdir. O, və övladları həmin təsərrüfatda qeydiyyatdadırla. O, həmin evə gəlin köçəndə mübahisəli fərdi yaşayış evi iki otaqdan ibarət olmuşdur. Sonra əri ilə onun birgə qazancıları və zəhmətləri sayəsində həmin fərdi yaşayış evinə bitişik iki otaq tikdirmişlər. Beləliklə də otaqların sayı dördə çatmışdır. Həmin evdə iddiaçının heç bir əməyi olmamışdır. İddiaçı Şəmkir rayonunda rayonunda yaşayır. Onun Şəmkirdə iki mərtəbəli hər cür cür şəraiti olan evi var. Qayınatası və qaynanasına o baxmışdır. Qayınatası ağır xəstə olmuş, qayınatasının qulluğunda həmişə o, durmuşdur. Elə buna görə də qayınatası Cavabdeh1 Qədim oğlu onun oğlu Cavabdeh1 Cehun oğluna vəsiyyətnamə vermişdir. Odur ki, o iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti “hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” verilmiş, **********56-10301 reyestr nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 178.50 kv.m olan fərdi yaşayış evi tam olaraq xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 0.3691 ha torpaq sahəsi 1/6 hissədə X8, 1/6 hissədə Cavabdeh2, 4/6 hissədə İddiaçı adına xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Bu barədə xx.xx.2023-cü il tarixdə, inventar nömrəsi 505-01-407 olan “Texniki pasport” tərtib edilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Cavabdeh2 nikahlarını xx.xx.1997-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlamışlar. İşdə olan 02 iyul 2019-cu il tarixli, 2V-347 reyestr nömrə ilə qeydə alınmış vəsiyyətnamənin surətindən görünür ki, Gədəbəy rayonu, Yenikənd kəndinəd yaşayan Cavabdeh1 Qədim oğlu ölən günədək ona məxsus olan Gədəbəy rayonu, Yenikənd kəndində yaşayan nəvəsi X7 vəsiyət etmişdir. Qalan vərəsələrini vərəsəlik hüqundan məhrum etmişdir. İşdə olan Cavabdeh1 Qədim oğlu tərəfindən xx.xx.2020-ci il tarixdə notarial qaydada verilmiş ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Gədəbəy rayonu Notariar ofisində Cavabdeh1 2V-347 reyestr nömrə ilə qeyd olunmuş vəsiyyətnamənin reyestr kitabından və arxiv sənədindən tamamilə ləğv edilməsini xahiş etmişdir. İşdə olan Gədəbəy rayon Notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş reyestr kitabından çıxarışdan görünür ki, xx.xx.2019-cu il tarixdə, 2V-347 reyestr nömrə ilə aparılmış qeydin ləğv edilməsi barədə qeyd aparılmışdır. Məhkəmədə işdə iştirak edən şəxslərin izahatı və tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X11 ilə Cavabdeh2 nikahlarını xx.xx.1997-ci il tarixdə Gədəbəy rayon Qeydiyyat şöbəsində bağlamışlar. 1997-ci ildən Cavabdeh2 mərhum Cavabdeh1 Qədim oğluna məxsus olmuş Gədəbəy şəhəri, Yenikənd yaşayış massivində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Cavabdeh2 və Cehun Allahverdiyevin birgə nikahından üç övladları olmuşdur. xx.xx.1998-ci il doğum tarixli Cavabdeh1 və xx.xx.2011-ci il doğum tarixli X9 anaları Cavabdeh2 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mübahisəli fərdi yaşayış evində yaşayırlar. ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 178.50 kv.m olan fərdi yaşayış evi tam olaraq xüsusi mülkiyyət hüququ ilə İddiaçı, 0.3691 ha torpaq sahəsi 1/6 hissədə X8, 1/6 hissədə Cavabdeh2, 4/6 hissədə İddiaçı adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. Beləliklə, mübahisəli ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Cavabdeh1 Qədim oğluna məxsus olması və daha sonra vərəsəlik qaydasında İddiaçı adına rəsmiləşdirilməsi mübahisələndirilmir. Məsələyə mahiyyəti üzrə qiymət vermədən öncə məhkəmə mübahisəli evin hüquqi statusunun müəyyənləşdirilməsini zəruri hesab edib, mübahisəni bu müstəvidə həll edilməsini əsaslı sayır. Məhkəmə qeyd etməlidir ki, X11 ilə Cavabdeh2 nikahlarını xx.xx.1997-ci il tarixdə bağlamışlar və Cavabdeh2 həmin vaxtdan mübahisəli Cavabdeh1 Qədim oğluna məxsus fərdi yaşayış evinin bir otaqdan ibarət ayrıca giriş-çıxışı olan yaşayış sahəsinə köçmüşdür. Belə olan halda cavabdehin fərdi yaşayış evinin bir otaqdan ibarət ayrıca giriş-çıxışı olan yaşayış sahəsinə istifadə hüququ 1997-ci il tarixdən yaranmışdır. Eyni zamanda, məhkəmə qeyd edir ki, qüvvədə olan Mülki qanunvericilik Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış belə fərdi yaşayış evlərində yaşayan və yaşamış şəxslərin tikili ilə bağlı hüquqi münasibətlərini tənzimləmir. Azərbaycan Respublikası MPM-in 13.4-cü maddəsinə əsasən, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Ona görə də, belə fərdi yaşayış evləri ilə əlaqədar yaranmış mübahisəli hüquq münasibətinə hüququn analogiyası tətbiq edilməklə mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icarədar və ailə üzvlərinin arasında münasibətləri tənzimləyən hüquq normaları tətbiq edilməlidir. 01 oktyabr 2009-cu ilə dək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 3-cü hissəsində isə göstərilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin tələbinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-buluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Məhkəmə qeyd edir ki, yaşayış sahəsinə əldə olunan istifadə hüququ öz sahibinə yalnız aid olduğu yaşayış sahəsindən şəxsi ehtiyacını qarşılamaq imkanını təmin edir (yaşayış sahəsindən fayda götürmək, yəni əvəzli olaraq başqalarının istifadəsinə vermək imkanını təmin etmir). Yaşayış binasının tərkib hissəsindən istifadə etmək hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93). Bu hüquqi mövqelərə əsaslanaraq, qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunvericilik tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh2 X12 ilə xx.xx.1997-ci il tarixdə rəsmi nikah bağlamaqla C.Allahverdiyevin atası Cavabdeh1 Qədim oğlunun adına olmuş hazır ki iş üzrə mübahisəli fərdi yaşayış evinin bir otaqdan ibarət ayrıca giriş-çıxışı olan yaşayış sahəsinə gəlin köçmüşdür. Həmin yaşayış sahəsindən Cavabdeh2 və övladlarının istifadəsinə verilmişdir. Cavabdeh2 uzun müddətdir ki, övladları ilə birlikdə həmin yaşayış sahəsindən yaşamış, hazırda da həmin yaşayış sahəsində yaşayır. Odur ki, fərdi yaşayış evinin mülkiyyətçisi vərəsəlik qaydasında dəyişsə də, Cavabdeh2 mübahisəli yaşayış sahəsinə gəlin köçərkən evə qayınatası Cavabdeh1 Qədim oğlunun mülkiyyət hüququna gözləntisi olmuş və Cavabdeh2 həmin fərdi yaşayış evinin qeyd edilən mülkiyyətçinin iradəsi ilə onun tərəfindən ayrıca təcrid olunan hissəsindən istifadə hüququ əldə etmişdir. İddiaçı fərdi yaşayış evinin ayrıca giriş-çıxış müəyyən edilmiş bir otağından yaşayış sahəsindən cavabdehlərin istifadəsinə etiraz etməyərək fərdi yaşayış evinin qalan hissəsindən cavabdehlərin çıxarılmasını tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdehlər fərdi yaşayış evinin ayrıca giriş-çıxış müəyyən edilmiş bir otağından ibarət yaşayış sahəsindən istifadə etməklə, yaşayış sahəsindən şəxsi ehtiyaclarını qarşılamaq imkanları təmin edilmişdir. Həmçinin cavabdehlərin fərdi yaşayış evinin digər yaşayış sahələrinə istifadə hüquqları yaranmamışdır və fərdi yaşayış evi iddiaçının mülkiyyətindədir. Belə olan halda cavabdehlərin iddiaçıya məxsus fərdi yaşayış evinin istifadə hüquqlarının yaranmadığı digər hissələrindən istifadə etmələri iddiaçının mülkiyyət hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sonuncunun yetkinlik yaşma çatmayan uşağı xx.xx.2011-ci il doğum tarixli X9 ilə birlikdə mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ayrıca giriş-çıxış müəyyən edilmiş bir otaqdan ibarət yaşayış sahəsindən istifadə etməklə fərdi yaşayış evinin digər hissələrindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu, cavabdehlərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238-241, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sonuncunun yetkinlik yaşma çatmayan uşağı xx.xx.2011-ci il doğum tarixli X9 ilə birlikdə mülkiyyət hüququ ilə İddiaçı məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ayrıca giriş-çıxış müəyyən edilmiş bir otaqdan ibarət yaşayış sahəsindən istifadə etməklə fərdi yaşayış evinin digər hissələrindən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-910/2024
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-910/2024
30.10.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver