Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-917/2020 12.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən isitifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh ilə onun arasında yaşayış evinin təkibində (qaz, işıq və digər) istifadə qaydasının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh onun qayınatasıdır. O, X5 ilə 2013-cü il tarixdə faktiki olaraq evlənmiş, nikahlarını xx.xx.2016-cı il tarixdə Gədəbəy rayonu Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. O, cavabdehin evinə gəlin getmişdir. Həmin evdə xx.xx.2014-cü il tarixdə qızı X4 anadan olmuşdur. Aralarında olan narazılığa görə cavabdeh onu evdən qovmuşdur. Bundan sonra həyat yoldaşı Eşqin Məmmədov CM-nin “quldurluq” maddəsi ilə 12 il müddətində həbs edilmiş və hal-hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Cavabdeh onu və azyaşlı qızını evdən qovduğuna görə, o, 2016-cı il tarixdə evə köçmə tələbinə dair məhkəməyə müraciət etmişdir. Onun iddia tələbi xx.xx.2016-cı il tarixdə təmin edilmiş, məhkəmə qətnaməsi əsasında icra məmuru tərəfindən o və azyaşlı uşağı cavabdehin evinə köçürülmüşdür. Lakin cavabdeh onlara həmin evdən normal şəkildə qaz, işqı və digər yardımçı sahələrdən istifadə etməyə imkan vermir. Hal–hazırda onlar cavabdehlə bir evdə, ancaq fərqli otaqlarda yaşayırlar. Onun cavabdehlə bir evdə yaşamağına baxmayaraq onların münasibətləri qeyri-normaldır. Ona görə də fərdi yaşayış evindən isitifadə qaydalarının müəyyən edilməsini istəyir. Odur ki, o, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahat verərək bildirdi ki, o, beş ildir ki, kirayədə yaşayır, hal-hazırda mübahisəli evdə yaşamır. Ona məxsus olan 2 sot torpaq sahəsinin sənədi vardır. Ancaq evin onun mülkiyyətində olmağına dair heç bir sənəd yoxdur. O, hal-hazrıda həmin mübahisəli evdə yaşamadığına görə iddiaçının fərdi yaşayış evindən isitifadəsinə heç bir maneə törətmir. Odur ki, o, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nin Slavyanka kənd İƏD üzrə nümayndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 606 saylı arayışdan görünür ki, İddiaçı Astara rayonu, Toradi kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Gədəbəy rayonunun Slavyanka kəndində yaşayır. İşdə olan Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(041)-245/2016 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, X1 uşağı xx xxxx 2014-cü ildə doğulmuş X4 ilə birlikdə gəlin köçdüyü Cavabdeh məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. İşdə olan X9 istismar idarəsi tərəfindən verilmiş 01101MN-11ŞAŞ 813 saylı məktubundan görünür ki, İddiaçı yaşadığı mənzilin qaz təchizatının təmin edilməsi ilə bağlı X9 istismar idarəsinin Gədəbəy Xidmət Sahəsinə ünvanlandığı müraciət araşdırılmış, araşdırma zamanı Gədəbəy XS-də **********02240 abonet kodu ilə qeydiyyatda olan Cavabdeh məxsus sözügedən fərdi mənzilin qaz təchizatının abonent tərəfindən Gədəbəy XS-nə ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizəyə əsasən dayandırıldığı məlum olmuşdur. Odur ki, sözügedən fərdi mənzilin qaz təchizatı Cavabdeh tərəfindən rəsmi müraciət olunduğu zaman bərpası mümkündür. İşdə olan Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli , M-10/2-075 saylı məktubdan görünür ki, araşdırma zamanı X9 istismar idarəsi Gədəbəy Xidmət Sahəsinin təqdim etdiyi məktubdan məlum olmuşdur ki, hal-hazırda İddiaçı yaşadığı evin qaz təchizat abonent Cavabdeh özü ərizəsi əsasında dayandırılmışdır. Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısı Aparatı tərəfindən İddiaçı əalvə məlumat üçün X9 istismar idarəsinə müraciət etməsi məsləhət görülmüşdür. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Gədəbəy rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2(041)-245/2016 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, X1 uşağı xx xxxx 2014-cü ildə doğulmuş X4 ilə birlikdə gəlin köçdüyü Cavabdeh məxsus Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Məhkəmə qətnaməsi əsasında icra məmuru tərəfindən o və azyaşlı uşağı cavabdehin evinə köçürülmüşdür. İddiaçı məhkəmədə iddia qaldıraraq mübahisəli fərdi yaşayış evindən isitifadə qaydalarının müəyyən edilməsini tələb etmişdir. Məhkəmə iclasında aydın oldu ki, Cavabdeh mübahisəli fərdi yaşayış evindən yaşamır. Ona görə də iddiaçının yaşayış evindən isitifadə qaydalarının müəyyən edilməsi tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Eyni zamanda, Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair”xx xxxxxx 2014-cü il tarixli Qərarında göstərilir ki, yaşayış sahəsindən istifadə etmək hüququnun yaranmasının bir neçə əsası ola bilər (məsələn, əşya hüququnun, mülkiyyətçi və digər şəxslər arasında müqavilə münasibətlərinin, ailə münasibətlərinin mövcudluğu). Lakin iddiaçı hazırkı mübahisəli fərdi yaşayış evinə istifadə qaydalarının müəyyən edilməsi üçün yuxarıda sadalanan hüququi əsaslarda hər hansı birinin mövcudluğuna dair heç bir sübut təqdim edə bilmədi. Məsələnin bu cür həlli eyni zamanda Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnun əsassız məhdudlaşdırılmasının qarşısını alar. Belə ki, həmin hüququ məhdudlaşdıran hər bir tədbirin qanuni əsası olmalıdır. Buna müvafiq olaraq həmin əsasın aradan qalxdığına baxmayaraq, məhdudiyyətin həyata keçirilməsinin davam etdirilməsi mülkiyyət hüququnun pozulmasına səbəb olar. Məhkəmə qeyd edir ki, cavabdehin isitifadə qaydasının müəyyən edilməsi tələb olunan tikiliyə hər hansı hüququ yoxdur. İddiaçının isə həmin tikilidən məhkəmə qətnaməsi ilə istifadə etmək hüququ (yaşayış hüququ) tanınmışdır. Həmin tikilidən qazın istifadəsinin dayandırılması iddiaçının hüququnun pozulması ilə nəticələnmişdir. İddiaçıya qazın verilməsinin bərpa edilməsi üçün qazın verilməsini dayandırmış şəxslərə qarşı məhkəmədə iddia qaldıraraq qazın verilməsinin bərpasını tələb etmək hüququ izah edilməlidir. Odur ki, məhkəmə iddia tələbini əsassız sayaraq təmin edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evindən isitifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-917/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-917/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver