Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-93/2022 31.01.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi İsfəndiyar qızının iştirakı ilə, Ərizəçi İsfəndiyar qızının Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi İsfəndiyar qızı Maraqlı şəxsnə qarşı onun xx xxxxxxxx 1963-cü il tarixdə Gədəbəy rayonunun Fərzalı kəndində doğulması, atasının X3 və anasının X4 olması faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi İsfəndiyar qızı ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, xx xxxxxxxx 1963-cü il tarixdə Gədəbəy rayonunun Fərzalı kəndində doğulmuşdur. X1 və anası X4 olmuşdur. Lakin valideynlərinin hüquqi savadsızlığı səbəbindən ona doğum haqqında şəhadətnamə alınmamışdır. Onun valideynləri vəfat etmişdir. O, doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etsə də doğum şəhadətnaməsi ala bilməmiş, ona imtina məktubu verilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, ərizəçinin oğludur. Ərizəçi xx xxxxxxxx 1963-cü il tarixdə Gədəbəy rayonunun Fərzalı kəndində doğulmuşdur. X1 və anası X4 olmuşdur. Lakin valideynlərinin hüquqi savadsızlığı səbəbindən ona doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçinin valideynləri vəfat etmişlər. İşdə olan Arayışdan görünür ki, Ərizəçi İsfəndiyar qızı 1969-cu il tarixdə Gədəbəy rayon Dördlər kənd ümumi orta məktəbin birinci sinifinə daxil olmuş, 1978-ci il tarixdə orta məktəbi bitirməsi barədə şəhadətnamə almışdır. İşdə olan Gədəbəy RİHB-nin İsalı kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş şəkilli Arayışdan görünür ki, Sadıqova X2 rayonunun İsalı kəndində yaşayır. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi İsfəndiyar qızına doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktları məhkəmə qaydasında müəyyən edilir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, Ərizəçi İsfəndiyar qızının qızının xx xxxxxxxx 1963-cü il tarixdə Gədəbəy rayonunun Fərzalı kəndində doğulması, atasının X3 və anasının X4 olması faktları sübut edilmişdir. Həmin faktların müəyyən edilməsi, Ərizəçi İsfəndiyar qızına doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi verilməsi üçün hüquqi əhəmiyyətlidir. Ərizəçi həmin sənədləri başqa qaydada ala bilməz və ona görə də ərizə təmin edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 339, 341, 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi İsfəndiyar qızının qızının xx xxxxxxxx 1963-cü il tarixdə Gədəbəy rayonunun Fərzalı kəndində doğulması, atasının X3 və anasının X4 olması faktları müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-93/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-93/2022
31.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver