Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-938/2022 26.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X11 oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh X1rşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı məhkəmə iddia qaldıraraq, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, cavabdeh X3 adına qeydə alınmış, hal-hazırda faktiki olaraq onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evinə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair onunla cavabdeh X7 arasında 25 dekabr 1989-cu il tarixli alğı-satqı əqdinin etibarlı və bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında göstərdi ki, o, 1959-cu il tarixdə Gədəbəy rayonunun Arabaçı kəndində anadan olmuşdur, hazırda Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayır. 25 dekabr 1989-cu il tarixdə sabiq Novoivanovka kənd sakini X5 məxsus fərdi yaşayış evini və 0.25 ha torpaq sahəsini sadə razlaşma yolu ilə 20000 rus rubluna almışdır. Aldığı ev birmərtəbəli olmaqla 3 yaşayış otağı zirzəmidən ibarət olmuşdur. Şifahi alğı-satqıdan sonra sabiq Puşkin adına sovxozun xx.xx.1990-cı il tarixli, 5 saylı əmri ilə X3 0.25 ha torpaq sahəsində istifadə etməyi üçün ona icazə verilmişdir. Həmin ev cavabdeh X3 adına olmuşdur. Bu barədə 1986-1990-ci illərə dair Novoivanovka kənd təsərrüfatbaşına kitabından çıxarışın təsdiqlənmiş surətini iddia ərizəsinə əlavə etmişdir. Lakin, o və ailə üzvlərinin savadsızlığından irəli gələrək notariat kontoru tərəfindən alqı-satqı müqaviləsi bağlamamışlar. Sonralar X4 dəfələrlə həmin evi adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də, buna nail ola bilməmişdir. Eyni zamanda X7 rus milləti olduğu üçün evi ona satandan sonra çıxıb Rusiya Federasiyasının hansı şəhərinə getməsi barədə əlində heç bir rəsmi məlumat yoxdur. Ona görə də o, məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Qonşuluq aktı həmin vaxt Novoivanovka kənd sakinləri olmuş X17, X14, X19, X12, X20 və X6 tərəfindən imzalanmışdır. Həmin şəxslərdən X6 və X20 hal-hazırda Gədəbəy rayonu, Novoivanovka kəndində yaşayırlar. Onlar həqiqətən də sözügedən evə və 0.25 ha həyətyanı torpaq sahəsinə dair X7 ilə onun arasında şifahi alğı-satqı əqdinin bağlanmasını təsdiq edə bilərlər. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin ünvanda yaşamaması barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, işdə olan Gədəbəy rayon İHB-nin Novoivanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 387 saylı arayışdan görünür ki, Sadıqov X21 rayonu, Novoivanovka kənd İƏD üzrə nümayəndəliyinə aid olan 2021-2025-ci illəri əhatə edən 04 nömrəli təsərrüfatbaşına kitabın 58-ci səhifəsinin 334 nömrəli şəxsi hesabına əsasən yaşayır və qeydiyyatdadır. İşdə olan Novoivanovka kənd sakinləri X13, X10, X15, X8, X16 və X2 iştirakları ilə tərtib olunmuş 25 dekabr 1989-cu il tarixli aktın tərcüməsindən görünür ki, X7 Novoivanovka kəndində özünə məxsus olan evini İddiaçı 20000 rubla satmışdır. İşdə olan 13 yanvar 1990-cı il tarixli Puşkin adına sovxoz üzrə 5 saylı əmrdən çıxarışın tərcüməsindən görünür ki, İddiaçı X3 sahəsi 0.25 ha olan torpaq sahəsindən istifadə etməsi üçün icazə verilmişdir. İşdə olan Gədəbəy rayon Dövlət Arxivi tərəfindən təsdiq edilmiş 1986-1990-cı illərə dair təsərrüfatbaşına kitabın 330 nömrəli şəxsi hesabının surətindən görünür ki, Gədəbəy rayonu, Novoivanovka kəndində X3 adına 1950-ci il tarixdə inşa edilmiş ümumi sahəsi 0.36 kv.m olan fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir . Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşir. İddiaçı məhkəmədə iddia qaldıraraq həmin fərdi yaşayış evini və torpaq sahəsini aralarında alğı-satqı müqaviləsi olmasa da, cavabdeh X4 satın aldığını iddia etmişdir. İddiaçı bu barədə məhkəməyə 25 dekabr 1989cu il tarixli akt təqdim etmişdir ki, həmin aktda X3 Novoivanovka kəndində özünə məxsus olan evini və 0.25 ha torpaq sahəsini İddiaçı 20000 rubla satdığı barədə qeyd aparılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli evin alqı-satqısı ilə bağlı məhkəməyə təqdim edilmiş akt 25 dekabr 1989cu il tarixdə tərtib edildiyindən hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllənin 228-ci maddəsində qeyd edilir ki, alqı-satqı müqaviləsi üzrə satıcı əmlakı alıcının mülkiyyətinə verməyi, alıcı isə əmlakı qəbul edib əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür... Həmin Məcəllənin 230-cu maddəsinə görə tərəflərdən heç olmasa biri vətəndaş olduqda, yaşayış evinin alqı-satqı müqaviləsi notariatda təsdiq edilməli və yerli xalq deputatları Sovetinin icraiyyə komitəsində qeydə alınmalıdır. Yaşayış evinin alqı-satqı müqaviləsi qeydə alındığı vaxtdan bağlanmış sayılır. Müqaviİə notariatda təsdiq edildiyi gündən bir ay gec olmayaraq qeydə alınmalıdır. Lakin iddiaçı mübahisə açdığı yaşayış evinin alqı-satqısını yuxarıda qeyd edilən qaydada həyata keçirməmişdir. Digər tərəfdən, məhkəmə qeyd edir ki, 1999-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsində göstərilmişdir ki, vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Torpaq sahəsinin məqsədli təyinatı torpaqayırma aktında göstərilir. Həmin Məcəllənin 29-cu maddəsində göstərilir ki, müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 30-cu maddəsində qeyd edilir ki, torpaq üzərində mülkiyyət hüququ, torpağa sahiblik və torpaqdan daimi istifadə hüquqları rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. Dövlət aktının forması Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. “Torpaq islahatı haqqında” Qanunun 4-cü maddəsinə görə torpaq xüsusi mülkiyyətə Azərbaycan Respublikasının vətəndaşlarına və hüquqi şəxslərinə verilir. Həmin Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə görə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Lakin iddiaçı tərəfindən mübahisələndirilən fərdi yaşayış evinin və torpaq sahəsinin daha əvvəl cavabdeh X5 məxsus olması və ya qanuni istifadəsində olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda, isə X3 həmin fərdi yaşayış evi və torpaq sahəsi üzrə sərəncam vermək hüququnu olub-olmamasını müəyyən etmək mümkün deyildir. Eləcə də, məhkəmə işdə olan 1986-1990-cı illərə dair təsərrüfatbaşına kitabdan çıxarışa münasibət bildirərək qeyd edir ki, həmin təsərrüfatbaşına kitabda X3 adına fərdi yaşayış evi və torpaq sahəsi qeyd edilməsinə baxmayaraq, həmin təsərrüfatbaşına kitabdan çıxarış mübahisəli torpaq sahəsinin və fərdi yaşayış evinin X5 məxsus olmasını təsdiq edən hüquq müəyyənedici sənəd hesab edilə bilməz. Bundan başqa, alqı-satqı müqaviləsinin bağlandığı tarixdə, yəni 1989-cü il tarixdə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində olmuş və həmin dövrdə bütün torpaq sahələri dövlət mülkiyyəti hesab olunmuşdur. Məhkəmə həmçinin, qeyd etməyi zəruri sayır ki, “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 336.1-ci maddəsinin tətbiqini istisna edir. Hazırki iş üzrə də bu hallardan ən azı biri – əqdin yazılı formada tərtib edilməsi mövcud deyil. Məhkəmə mübahisəli fərdi yaşayış evi və torpaq sahəsinin alğı-satqısına dair əqdin olmasına dair iddiaçının təqdim etdiyi akta hüquqi qiymət verərək qeyd edir ki, həmin akt tərəflər arasında torpaq sahəsinin alğı-satqı müqaviləsinin faktiki mövcudluğunu təsdiq etmək üçün yetərli sübut deyildir. Bununla da məhkəmə belə qənaətə gəlir ki, mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə X3 mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmamışdır. Belə olan halda onların həmin ev və torpaq sahəsi barədə sərəncam vermək səlahiyyətləri mövcud olmamışdır. Eləcə də İddiaçı həmin evə mülkiyyət hüquqlarını təsdiq edən heç bir sənəd yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən sözügedən fərdi yaşayış evinə və torpaq sahəsinə münasibətdə cavabdeh X7 ilə iddiaçının arasında alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsini tələb etmək üçün subyektiv hüquqları yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı ilə cavabdeh X7 arasında fərdi yaşayış evinin alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair heç bir hüquqi əsas olmadığından iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddia tələbi təmin edilmədiyindən onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233.1, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddiaçı cavabdeh X1rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-938/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-938/2022
26.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver