Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-940/2022 05.10.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X22 oğlunun katibliyi, Ərizəçi və digər Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 məhkəməyə ərizə ilə müraciət edərək, X1 qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşavış evinin birinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, sahəsi 39 kv.m olan bir şüşəbənd, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağı və sahəsi 5.70 kv.m olan balkondan ibarət mirasın Ərizəçi2 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, mərhum X6 qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağından ibarət mirasın Ərizəçi1 tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi və digər Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi Ərizəçi2 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən iki mərtəbəli ev 1961-ci ildə Ərizəçi1 atası X25, qardaşı X30 və Ərizəçi1 birgə vəsaiti hesabına inşa edilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin göstərişi əsasında 1987-ci ildə evlər qeydiyyata alınan zaman onların tikdirdikləri ev Gəncə şəhəri D.Ə.D.R.X -i idarəsi tərəfindən qeydiyyata alınmış və evin texniki pasportu tərtib edilmişdir. Texniki pasportda üç nəfərin, X12, X18 və Ərizəçi1 adına qeyd edilmişdir. Ev tikildikdən sonra hər üçünün razılığı ilə aralarında bölgü aparılmış, bölgü müqaviləsinə əsasən ev üç hissəyə onların aralarında bölünmüşdür. Həmin bölgü müqaviləsi notariat qaydada təsdiq edilmişdir. Ərizəçi1 ayrılan hissəyə 2002-ci ilin sentyabr ayında qeydiyyat vəsiqəsi almışdır. X25 və atası X30 isə evin digər hissəsi üçün onlara ayrılan pay üçün qeydiyyat vəsiqəsi almamışlar. Çünki Sovet höküməti dövründə nə xüsusi evlərə, nədə ki, həyətyanı torpağa qeydiyyat vəsiqəsi verilmirdi. X25 17 yanvar 1973-cü ildə, atası X30 isə 10 oktyabr 1999-cı ildə vəfat etmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, sahəsi 39 kv.m olan bir şüşəbənd, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağı və sahəsi 5.70 kv.m olan balkon aparılmış bölgüyə əsasən mərhum atası X43 ogluna, evin ikinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağı aparılmış bölgüyə əsasən mərhum X19 məxsus olmuşdur. X12 və X18 ölümündən sonra onlara məxsus olan həmin əmlaklar miras qalmışdır. X19 münasibətdə mirası faktiki olaraq Ərizəçi1, X23 münasibətdə isə mirası o, qəbul etmişdir. Fərdi yaşayış evində Ərizəçi1 və o, ailə üzvləri birlikdə yaşayırlar. Evin digər yaşayış otaqları ümumilikdə 147 kv.m olmaqla X7 adına daşınmaz əmlakın dövlət reyestrində tam pay olaraq xx.xx.2017-ci il tarixdə, **********71- 10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda həmin çıxarışla sözügedən evin yerləşdiyi 0.0899 ha torpaq sahəsi ümumi birgə mülkiyyət olaraq X4, X8, X2, onun və mərhum X18 adına qeydə alınmışdır. Fərdi yaşavış evinin texniki pasportu tərtib edilmişdir. Texniki pasportdan da göründüyü kimi qeyd edilən sahələr ştrixlənmiş və həmin sahələrin X13 aid olmadığı qeyd edilmişdir. 1987-ci il tarixli texniki pasporta əsasən, həmin fərdi yaşavış evinin texniki pasportu X12, X14 və X9 adına tərtib edilmişdir. Hal-hazırda X6 qalmış miras mülkün yeganə vərəsəsi Ərizəçi1, X11 qalmış miras mülkün yeganə vərəsəsi isə odur. Həmin əmlaklara faktiki olaraq onlar sahiblik edirlər, həmin əmlakın təmir işlərini onlar həyata keçirir, kommunal xərcləri onlar ödəyir və hal-hazırda da həmin evdə yaşayırlar. X18 digər övladları X5, X8 və X3 alalarından qalmış miras əmlakdan imtina etmələri barədə notarial qaydada verilmiş imtina ərizələri vardır. X6 və X15 qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. O, mərhum atası X15 qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, sahəsi 39 kv.m olan bir şüşəbənd, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 73 kv.m olan iki ədəd yaşayış otağı və sahəsi 5.70 kv.m olan balkondan ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, həmçinin, Ərizəçi1 mərhum atası X6 qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağından ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını istəyir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini və digər ərizəçilərin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Ərizəçi1 ünvan 2 ünvanında, Ərizəçi2 isə ünvan 3 ünvanında qeydiyyatdadır. İşdə olan təvəllüdü şəhadətnaməsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi1 xx.xx.1936-cı il tarixdə anadan olmuşdur. Atası qrafasında X26 qeyd edilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi2 xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. Atası qrafasında X31 qeyd edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X30 11 oktyabr 1999-cu il tarixdə Gədəbəy rayonunda ölmüşdür. İşdə olan Gədəbəy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayışın təsdiq edilmiş surətindən görünür ki, X25 xx.xx.1973-cü il tarixdə Gədəbəy rayonunda ölmüşdür. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********71-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 147 kv.m olan fərdi yaşayış evi tam hissədə X16 adına, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi isə ümumi birgə mülkiyyət hüququ əsasında X4, X8, X2, Ərizəçi2 və X18 adına qeydə alınmışdır. Bu barədə X20 texniki pasport verilmişdir. Texniki pasportda fərdi yaşayış evinin X20 aid olan və olmayan hissələri göstərilmişdir. İşdə olan Azərbaycan SSR texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X12, X18 və Ərizəçi1 adına qeyd edilmişdir İşdə olan 30 dekabr 1961-ci il tarixli bölgü müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, bir tərəf Gədəbəy rayonu, Gədəbəy qəsəbəsi, Leylin küçəsi, nömrə 7 evin 2-ci mərtəbəsi gün çıxan tərəfdə iki otaq cəmi 60 kv.m ölçüdəki evdə yaşayan X32, həmin evin cəmi 60 kv.m ölçüdəki mənzildə yaşayan X27, digər tərəfdən həmin evin 2-ci mərtəbəsi qərb tərəfdə iki otaq, cəmi 45 kv.m ölçüdəki mənzildə yaşayan Ərizəçi1 Səyad oğlu bərabər surətdə həmin evdə mülkü hüquq qabiliyyəti olmaqla hər üçünün həmin evi bərabər surətdə sahiblənmələri və həmin evin 40 kv.m ölçüdəki bir mətbəxindən hər üç ev sahibləri bərabər surətdə istifadə etmələri barədə razılaşmışlar. İşdə olan X10, X17 və X24 tərəfindən verilmiş ərizələrin surətlərindən görünür ki, xx.xx.1999-cu il tarixdə vəfat etmiş ataları X18 ölümündən sonra qalmış miras əmlakdan ona çatası paydan imtina edirlər və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqlar. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X18 və X6 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, Gədəbəy şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən iki mərtəbəli fərdi yaşayış evi 1961-ci ildə X12, X18 və Ərizəçi1 birgə vəsaiti hesabına inşa edilmişdir. Azərbaycan SSR həmin fərdi yaşayış evi barədə texniki pasportu tərtib edilmişdir. Texniki pasportda X12, X18 və Ərizəçi1 adına qeyd edilmişdir. Ev tikildikdən sonra hər üçünün razılığı ilə aralarında bölgü aparılmış, bölgü müqaviləsinə əsasən ev üç hissəyə onların aralarında bölünmüşdür. Evin digər yaşayış otaqları ümumilikdə 147 kv.m olmaqla X7 adına daşınmaz əmlakın dövlət reyestrində tam pay olaraq xx.xx.2017-ci il tarixdə, **********71-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Eyni zamanda həmin çıxarışla sözügedən evin yerləşdiyi 0.0899 ha torpaq sahəsi ümumi birgə mülkiyyət olaraq X4, X8, X2, onun və mərhum X18 adına qeydə alınmışdır. Fərdi yaşavış evinin texniki pasportu tərtib edilmişdir. Texniki pasportdan da göründüyü kimi qeyd edilən sahələr ştrixlənmiş və həmin sahələrin X13 aid olmadığı qeyd edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşavış evinin birinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, sahəsi 39 kv.m olan bir şüşəbənd, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağı və sahəsi 5.70 kv.m olan balkondan ibarət hissəsi X21, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağından ibarət hissəsi isə X6 miras qalmışdır. Həmin əmlakların X12 və X18 adına mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da, onların X19 və X23 məxsusluğu mübahisələndirilmir və məhkəmə hesab edir ki, Həmin əmlaklara X12 və X18 mülkiyyətə qanuni gözləntiləri vardır. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da, onun Mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Məhkəmə Avropa Məhkəməsinin qeyd edilən presedent hüququna istinad edərək hesab edir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşavış evinin birinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, sahəsi 39 kv.m olan bir şüşəbənd, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağı və sahəsi 5.70 kv.m olan balkondan ibarət hissəsinə X18, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağından ibarət hissəsinə isə X12 mülkiyyət hüququna gözləntisi olmuş və həmin əmlaklar X12 və X18 mülkiyyəti kimi qiymətləndirilməlidir. X25 xx.xx.1973-cü ildə, X30 xx.xx.1999-cu ildə vəfat etmişdir. Onların ölümündən sonra ünvan 1 ünvanında yerləşən fərdi yaşavış evinin birinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, sahəsi 39 kv.m olan bir şüşəbənd, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağı və sahəsi 5.70 kv.m olan balkondan ibarət hissəsi X21, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağından ibarət hissəsi isə X6 miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin əmlaklar X6 və X11 qalmış miras kütləsinə daxil edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. X25 17 yanvar 1973-cü ildə, X30 isə 10 oktyabr 1999-cu il tarixdə öldüyündən və onlardan qalmış miras həmin tarixdə açıldığından hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına istinad edilməlidir. Azərbaycan Sovet Sosialist Respublikasının 1964-cü il 11 sentyabr tarixli qanunu ilə qüvvəyə minmiş və Azərbaycan Respublikasının 28 dekabr 1999-cu il tarixli N 779-İQ saylı qanunu ilə xx.xx.2000-ci il tarixdə qüvvədən düşmüş Azərbaycan Respublikası SSR MM-nin 527 və 559-cu maddələrinin ümumi məzmununa görə, miras əmlaka miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan SSR Mülki Məcəlləsinin 527-ci maddəsində göstərilir ki, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqlarından X10, X17 və X24 ərizə verərək, xx.xx.1999-cu il tarixdə vəfat etmiş ataları X18 ölümündən sonra qalmış miras əmlakdan onlara çatası paydan imtina etdiklərini və gələcəkdə bununla bağlı iddia qaldırmayacaqlarını bildirmişlər. Ərizəçi1 və Ərizəçi2 mərhum X12 və X18 ölümündən sonra qalmış qeyd edilən mirası qanun üzrə vərəsə olaraq qəbul etmişlər. Belə ki, miras qalmış əmlak hazırda da ərizəçilərin faktiki nəzarətindədir və həmin əmlakı onlar idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, sahəsi 39 kv.m olan bir şüşəbənd, hər birinin sahəsi 36 kv.m olmaqla, ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağı və sahəsi 5.70 kv.m olan balkondan ibarət mirasın Ərizəçi2 tərəfindən və mərhum X6 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağından ibarət mirasın Ərizəçi1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X1 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, sahəsi 39 kv.m olan bir şüşəbənd, hər birinin sahəsi 36 kv.m olmaqla, ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağı və sahəsi 5.70 kv.m olan balkondan ibarət mirasın Ərizəçi2 tərəfindən və mərhum X6 miras qalmış, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində günçıxan tərəfdə yerləşən, hər birinin sahəsi 36 kv.m olmaqla ümumi sahəsi 72 kv.m olan iki ədəd yaşayış otağından ibarət mirasın Ərizəçi1 tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-940/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-940/2022
05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver