Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-941/2020 27.10.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Marif Sabir oğlu Kazımovun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gədəbəy rayonunun Novosaratovka kənd sakini olmuş X2 adına Gədəbəy rayonun Novosaratovka kəndində yerləşən 0,40 kv.m fərdi yaşayış evini və Gədəbəy rayon X6 xx xxxx 1999-cu il tarixli qərarı ilə verilmiş AN-117191 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 999.9 kv.m həyətyanı torpaq sahəsinə və Gədəbəy rayon AİK-nın xx xxxx 1999-cu il tarixli qərarı ilə verimiş AN-117196 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 1498.99 həyətyanı torpaq sahəsinə və Gədəbəy rayon AİK-nın xx xxxx 2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-7xx xxx 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 0,99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə onunla cavabdeh X7 arasında xx.xx.1999-cu il tarixdə sadə razılaşma yolu ilə bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında tələbini müdafiə edib göstərdi ki, o, xx.xx.1999-cu il tarixdə Novosaratovka kənd sakini olmuş X3 1956-cı il tarixdə inşa edilmiş ümumi sahəsi 40 kv.m olan fərdi yaşayış evini və cavabdehə məxsus olan 999.9 kv.m və 1498.99 kv.m həyətyanı torpaq sahələrini və Gədəbəy rayon AİK-nın xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş JN-7xx xxx 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 0,99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsini sadə razılaşma yolu ilə iyirmi min rubla almışdır. Cavabdeh X7 evi, həyətyanı torpaq sahəsini ona təhvil vermiş, həmin vaxtdan da həmin evə ailəsi ilə birlikdə köçərək yaşamağa başlamış, evi və təsərrüfatı o ailəsi birlikdə ilə idarə etmişdir. 1990-cı il tarixdə onlar Gədəbəy rayonu ilə Ermənistan Respublikası həmsərhəd olduğu üçün və eləcə də həmin vaxt müharibə dövrünə təsadüf etdiyi üçün Gədəbəy rayonunun kəndlərində yaşayan rus milləti evlərini satıb çıxıb Rusya Federasiyasının müxtəlif şəhərlərinə getmişlər. Həmin vaxt o cavabdeh X7 ilə sadə razılaşma yolu ilə sözügedən evi almışdır. Cavabdeh ona bildirmişdir ki, ailəsini aparıb yerləşdirdikdən sonra qayıdıb gəlib və lazımi sənədləri rəsimləşdirərlər. O, həmin evdə ailəsi ilə birlikdə xx.xx.1999-cu il tarixdən yaşayırlar. Cavabdehin həmin evi və çöl pay torpaq sahəsini ona satması barədə yaxın qonşuları məhkəmə prosesində iştirak edib, bunu təsdiq edə bilərlər. Eyni zamanda həmin tarixdə onun X7 ilə aralarında bağlanmış akt mövcuddur. O, cavabdehdən dəfələrlə həmin fərdi yaşayış evini və “Dövlət Akı” əsasında verilmiş 0,99 ha torpaq sahəsini öz adına alqı-satqı müqaviləsi əsasında keçirilməsini istəsə də buna nail ola bilməmişdir. Cavabdeh 1998-ci il tarixdən Rusiya Federasiyasına getmiş və bir daha qayıtmamışdır. O, müxtəlif şəxslərlə cavabdehin yerini öyrənməyə çalışsa da bu mümkün olmamışdır. Cavabdehi tanıyan şəxlər öldüyünü bildirmişlər. Sözü gedən fərdi yaşayış evi, həyətyanı torpaq sahəsi və Gədəbəy rayon AİK xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə verilmiş “Dövlət Aktı” əsasında verilmiş 0,99 ha pay torpaq sahəsi onun istifadəsindədir. Həmin vaxtdan o evdən və həyətyanı torpaq sahəsindən ailəsi ilə birlikdə istifadə edirlər. O həmin evi və həyətyanı torpaq sahəsini cavabdeh vəfat etdiyindən öz adıma rəsmləşdirə bilməmişəm. Belə olan halda cavabdeh onun hüquqlarını kobud şəkildə pozmuşdur. Sözü gedən fərdi yaşayış evini, 999.9 kv.m və 1498.99 kv.m həyətyanı torpaq sahəsini və Gədəbəy rayon AİK xx.xx.2001-ci il tarixli 03 saylı qərarı ilə JN-7xx xxx 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 0,99 ha kənd təsərrüfatı məhsuları istehsalı təyinatlı torpaq sahəsini cavabdeh ilə 1999-cu ildə sadə razılaşma yolu ilə iyrimi min rubla almışdır. Odur ki, iddiasının təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasının yeri və vaxtı barədə sonuncu məlum qeydiyyatda olduğu yer üzrə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişi cavabdehin vəfat etməsi barədə qeyd aparılmaqla məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 36.1-ci maddəsinin tələbinə görə, yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yeri üzrə verilə bilər. Odur ki, məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işdə olan Gədəbəy rayonu İHB-nın Novosaratovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 348 saylı arayışdan görünür ki, Əliyev X13 rayonu, Çobankənd kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Novosaratovka kəndində yaşayır. İşdə olan “xxxxxxxx” ASC-nin X11 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 318 saylı arayışdan görünür ki, İddiaçı X5 abonent kimi qeydiyyatdadır və hər ay enerjinin dəyərini ödəyir. X8 heç bir borcu yoxdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azərqaz” X12 X14 İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1560 saylı arayışdan görünür ki, Əliyev X13 Xidmət Sahəsi üzrə abonent kimi qeydiyyatdadır və təbii qaza görə borcu yoxdur. İşdə olan sadə yazılı formada bağlanmış əqddən görünür ki, iddiaçı Əliyev X13 rayonu Novosaratovka kənd sakini X7 xx xxxxxx 1999-cu il tarixdə sadə yazılı formada əqd bağlanılmaqla, Gədəbəy rayonu, Novosaratovka kəndində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahələrini və JN-7xx xxx 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin 20.000 rubl pula alğısatqısına dair razılaşmışlar və iddiaçı razılaşdırılmış pul məbləğini cavabdehə ödəmişdir. İşdə olan Gədəbəy rayon X6 xx xxxx 2001-ci il tarixli, 03 saylı qərarı ilə verilmiş JN- 7xx xxx 50500038 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 və onun ailə üzvlərinə ümumilikdə 0.99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon X6 xx xxxx 1999-cu il tarixli qərarı ilə verilmiş AN-117191 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində X4 999.9 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan Gədəbəy rayon X6 xx xxxx 1999-cu il tarixli qərarı ilə verilmiş AN-117191 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində X4 1498.99 kv.m həyətyanı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsində göstərilmişdir ki, qanunvericiliklə nəzərdə tutulan qaydada təsdiq edilmiş yerquruluşu layihələrinə uyğun olaraq yerquruluşu orqanları tərəfindən yerdə (naturada) torpaq sahələrinin sərhədləri ayrılır, torpağa mülkiyyət və ya torpaqdan istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır (bu sənədlərin nümunələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir) və həmin sənədlər müvafiq şəxslərə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinin tələbinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Məhkəmədə müəyyən edildi ki, fərdi yaşayış evi və mübahisəli torpaq sahələri Gədəbəy rayon X6 müvafiq qərarları ilə X9 və onun ailə üzvlərinə verilmişdir. Bu baxımdan cavabdehin adına “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının və “Torpaq sahəsinin planı və ölçüsü” sənədlərininolduğunu, bununla da onun qarşısında həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestri xidməti orqanında dövlət qeydiyyatına aldırmaqda hər hansı maneələrin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin mübahisəli torpaq sahəsi üzərində hüquqları mülkiyyət hüququ kimi qiymətəndirilməlidir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycana qarşı” iş üzrə xx xxxxxxxx 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. “K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının x xxxx 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2006-cı il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüququ mövqeyi belə olmuşdur ki, Mülki Məcəllənin 335.2-ci maddəsinin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: - əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; - məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; - əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüququ mövqeyinə əsasən Mülki Məcəllənin 335.2-ci maddəsinə əsasən əqdin bağlanmış hesab edilməsi üçün 3 hal məcmu halında mövcud olmalıdır. Bu hallardan hər hansı birinin olmaması Mülki Məcəllənin 335.2-ci maddəsinin tətbiqini istisna edir. Məhkəmədə təqdim edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı Gədəbəy rayonunun Novoivanovka kəndində yaşayan X4 məxsus ümumi sahəsi 40 kv.m olan yaşayış evinin, 999.9 kv.m və 1498.99 kv.m həyətyanı torpaq sahələrinin və 0,99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin alğı-satqısına dair akt bağlanmış, həmin akta görə cavabdeh həmin evi və torpaq sahələrini 20000 rubla iddiaçıya satmağı, iddiaçı isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı razılaşdırılmış məbləği cavabdehə vermiş və cavabdeh özünə məxsus fərdi yaşayış evini, həyətyanı torpaq sahələrini və pay torpaq sahəsini iddiaçının faktiki sahibliyinə təhvil vermişdir. Hüquqi savadsızlığı ilə əlaqədar iddiaçı əqdi notarial qaydadada təsdiq etdirməmiş, cavabdeh isə qeyri-məlum ünvana köçmüşdür. Cavabdehin olmaması və onun yayınması mübahisəli evin və torpaq sahəsinin rəsmiləşdirilməsini qeyri-mümkün etmişdir ki, bu da iddiaçının hüquq və maraqlarının pozulması ilə nəticələnmişdir. İddiaçı cavabdehlə alğı-satqı müqaviləsinin qanuniləşdirilməsinin yeganə yolunu məhkəmədə görmüşdür. Azərbaycan Respublikası MM-nin 389.1-ci maddəsinə əsasən, mülkihüquqvə vəzifələrinmüəyyənləşdirilməsi, dəyişdirilməsivə yaxitamı haqqındaikivə yabirneçə şəxsinrazılaşması müqavilə sayılır. Həmin Məcəllənin 404.1-ci və 404.2-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Sözügedən Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqaviləninpredmetinə dair şərtlər, buMəcəllədə həminnövmüqavilələr üçünmühümvə yazəruriadlandırılmış şərtlər, habelə tərəflərdənbirininmüraciətiilə barəsində razılaşmaəldə edilməliolanbütün şərtlərmühümsayılır. Qeyd olunan hüquq normalarına əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh sonuncuya məxsus olan ümumi sahəsi 40 kv.m olan yaşayış evinin, 999.9 kv.m və 1498.99 kv.m həyətyanı torpaq sahələrinin və 0,99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin alqı-satqısı barədə razılaşma olmuş, müqavilənin mühüm şərtləri, yəni predmeti, onun qiyməti barədə razılığa gəlinmiş, cavabdeh təlifi oferta etmiş, qeyd olunan daşınmaz əmlak iddiaçının faktiki sahibliyinə verilmiş, razılaşdırılmış qiymət tam ödənilmiş, lakin alğı-satqısına dair əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməmişdir. Bu hal əks tərəfin, yəni cavabdehin təqsiri ucbatından baş vermiş, eləcə də, məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmışdır. Bu əqd qanuna zidd deyildir və tərəflər əqdin sadə yazılı formada tərtib edilməsinə dair tələbə əməl etmişlər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman Mülki Məcəllənin qüvvədə olmuş 335.2-ci maddəsinə görə əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Məhkəmə qeyd olunan hüquq normasını tətbiq ekməklə, belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360 və 362-ci maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. Gədəbəy rayonun Novosaratovka kəndində yerləşən 0,40 kv.m fərdi yaşayış evinə, Gədəbəy rayon X6 xx xxxx 1999-cu il tarixli qərarı ilə verilmiş AN-117191 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 999.9 kv.m həyətyanı torpaq sahəsinə və Gədəbəy rayon X6 xx xxxx 1999-cu il tarixli qərarı ilə verilmiş AN-117196 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında verilmiş 1498.99 həyətyanı torpaq sahəsinə və JN-7xx xxx 50500038 saylı “Dövlət Aktı” əsasında verilmiş 0,99 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair İddiaçı ilə cavabdeh X7 arasında xx xxxxxx 1999-cu il tarixli alğı-satqı əqdi etibarlı və bağlanmış hesab edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-941/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-941/2020
27.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver