Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-943/2022 26.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X7 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “qanun üzrə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, mərhum X2ndan qalmış, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən sahələri 0.71 ha və 0.8099 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək göstərdi ki, X2 olmuş, anası vəfat etdikdən sonra atası X9 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. X4 analığı olmuşdur. Onların adına Gədəbəy rayonu, Novoivanovka kəndində sahələri 0.71 ha və 0.8099 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. X1 xx.xx.2001-ci ildə vəfat etmişdir. Analığının vəfatından sonra X2 arvadı Zöhrə Həsənovadan miras qalmış həmin torpaq sahələrini ½ hissəsini faktiki olaraq qəbul etmişdir. Beləliklə sözügedən torpaq sahələri tam pay olaraq atasına məxsus olmuşdur. Atasının həmin torpaq sahələrini öz adına daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmasında hər hansı maneə olmamışdır. X2 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Atasının vəfatında sonra həmin torpaq sahələri miras əmlak olaraq o qəbul etmiş, bu günədək də həmin torpaq sahələrinə o, sahiblik və nəzarət edir. O, atasından miras qalmış, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən, sahələri 0.71 ha və 0.8099 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrini adına rəsmiləşdirmək üçün AR İqtisadiyyat Nazirliyi yanında DƏDRX-nə müraciət etmiş, DƏDRX tərəfindən ilkin olaraq ölmüş şəxslərin adına çıxarış verilmişdir. Eyni zamanda həmin torpaq sahələrinin planı və ölçüsü sənədləri tərtib edilmişdir. Lakin həmin torpaq sahələri daşınmaz əmlakın dövlət reyestrində təkcə X2nun adına qeydiyyata alınmalı olduğu halda birgə mülkiyyət hüququ ilə həm atasının, həm də X1nın adına qeydə alınmışdır. Lakin, X6 ölümündən sonra torpaq sahələri bütövlükdə X2nun adına keçmişdir. Belə olan halda o atasından miras qalmış, Gədəbəy rayonu, Novoivanovka kəndində sahələri 0.71 ha və 0.8099 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlakın faktiki olaraq onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi barədə qətnamə çxıarılmasını istəyir. Halhazırda X2ndan qalmış miras əmlakı qəbul etmək üçün heç bir mübahisə yoxdur. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gədəbəy Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, o, nümayəndəsini məhkəməyə göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, işdə olan ərizəçiyə aid şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********67 reyestr nömrəli və **********68 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışların surətindən görünür ki, X5 və X6 ümumi birgə mülkiyyətinə sahələri 0.71 ha və 0.8099 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X9 23 noyabr 2001-ci il tarixdə, X8 isə 10 aprel 2005-ci il tarixdə Gədəbəy rayonu, Novoivanovka kəndində ölmüşlər. Məhkəmə ərizəçinin miras əmlakın qanun üzrə qəbul edilməsi barədə tələbinin qanuni əsaslarının mövcud olub-olmaması məsələsinin aydınlaşdırılması üçün X3 miras əmlakın qalıb-qalmaması, miras kütləsinin dairəsinin, hansı vərəsəlik hüquq münasibətlərinin mövcudluğunun, vərəsələrin dairəsinin və mirasın bölüşdürülməsi qaydasının aydınlaşdırılmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən, mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********67 reyestr nömrəli və **********68 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışlara əsasən, X5 və X6 ümumi birgə mülkiyyətinə sahələri 0.71 ha və 0.8099 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri verilmişdir. X8 və X9 rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Ona görə də, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışlarda sahələri 0.71 ha və 0.8099 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri X5 və X6 ümumi birgə mülkiyyətinə verilmişdir. X9 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. X9 vəfat etdikdən sonra isə ondan qalmış mirası qanun üzrə vərəsə olaraq X8 qəbul etmişdir. X8 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Odur ki, X5 ölümündən sonra Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən sahələri 0.71 ha və 0.8099 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, həmin torpaq sahələri X3 qalmış miras kütləsinə daxil edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məhkəmə miras əmlaka dair vərəsəlik hüquq münasibətlərinin növünü aydınlaşdıraraq, hesab edir ki, vəsiyyətnamə qoyulmadığından X3 qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüquq münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Qanun üzrə vərəsələrin dairəsi və vərəsələr tərəfindən tərəfindən mirasın qəbul edilib-edilməməsi məsələsini həll edərkən məhkəmə qeyd etməlidir ki, miras qoyanın qanun üzrə vərəsə ola biləcək uşaqları mərhum X3 miras qalmış əmlakdan heç bir pay tələbləri yoxdur. Ərizəçi mərhum X5 ölümündən sonra qalmış mirası qanun üzrə vərəsə olaraq qəbul etmişdir. Belə ki, miras qalmış əmlak hazırda da ərizəçinin faktiki nəzarətindədir və həmin əmlakı o idarə edir. Beləliklə, məhkəmə işdəki sübutlara tətbiq edilməli hüquq normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən **********67 reyestr nömrəli və **********68 reyestr nömrəli çıxarışlara əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahələri 0.71 ha və 0.8099 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində göstərilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 307-311, 360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X5 ölümündən sonra qalmış, Gədəbəy rayonu, Novoivanovka kəndində yerləşən **********67 reyestr nömrəli və **********68 reyestr nömrəli çıxarışlara əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış sahələri 0.71 ha və 0.8099 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrindən ibarət miras əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №2(042)-943/2022
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-943/2022
26.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver