Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-962/2023 20.11.2023 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxsnə qarşı onun xx.xx.1946-cı il tarixdə Gədəbəy rayonunun Qarabulaq kəndində doğulması faktının müəyyən edilməsi, ona veriləcək doğum haqqında şəhadətnamədə ata qrafasında X3 və ana qrafasında isə X2 qeyd edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, o, xx.xx.1946-cı ildə Gədəbəy rayonun, Qarabulaq kəndində doğulmuş və hazırda Gədəbəy rayonun, Qumlu kəndində yaşayır. X1, anası isə X5 olmuşdur. Valideynlərinin hüquqi savadsızlığı səbəbindən ona doğum haqqında şəhadətnamə alınmamışdır. Şəxsiyyət vəsiqəsinin ona verilməsinə baxmayaraq, şəxsiyyət vəsiqəsində doğum ay və günü XX.XX kimi qeyd edilmişdir. Onun valideynləri vəfat etmişlər. O, doğum haqqında şəhadətnamə almaq məqsədi ilə Maraqlı şəxsnə müraciət etsə də, doğum şəhadətnaməsi ala bilməmiş, ona imtina məktubu verilmişdir. Ona görə də ərizəsinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Мəhkəmə Аzərbaycan Respublikası MPM-nin 185.6-cı madddəsinin tələblərini rəhər tutaraq, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X9 ifadə verərək bildirmişdir ki, ərizəçinı tanıyır. Ərizəçi onun qonşusudur. Ərizəçi xx.xx.1946-cı ildə Gədəbəy rayonunda doğulmuş, hazırda Gədəbəy rayonunun, Qumlu kəndində yaşayır. Ərizəçinin atası X3, anası isə X5 olmuşdur. Lakin valideynlərinin hüquqi savadsızlığı səbəbindən Qəmərə doğum haqqında şəhadətnamə alınmamışdır. Ərizəçinin valideynləri vəfat etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 və X11 eyni məzmunlu ifadə vermişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1946-cı il tarixdə Gədəbəy rayonunun Qarabulaq kəndində doğulmuşdur və hazırda Gədəbəy rayonunun Qumlu kəndində yaşayır. İşdə olan Çıxarışın Surətindən görünür ki, X6 ilə MəmmədƏrizəçi xx.xx.1982-ci il tarixdə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. İşdə olan X8 Surətindən görünür ki, X5 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İşdə olan Arayışın Surətindən görünür ki, X3 xx.xx.1952-ci il tarixdə ölmüşdür. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və təqdim edilmiş sübutları tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktları məhkəmə qaydasında müəyyən edilir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məcəllənin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Beləliklə, Ərizəçi qızının xx.xx.1946-cı il tarixdə Gədəbəy rayonunun Qarabulaq kəndində doğulması faktı sübut edilmişdir. Bu faktın müəyyən edilməsi Ərizəçi sosial hüquqlarının həyata keçirilməsi ilə əlaqədar hüquqi əhəmiyyəlidir. Ərizəçi həmin faktı başqa qaydada ala bilməz və ona görə də ərizə təmin edilməli, Ərizəçi qızının xx.xx.1946cı il tarixdə Gədəbəy rayonunun Qarabulaq kəndində doğulması, atasının X3 və anasının X5 olması faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 339, 341, 216-227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi qızının xx.xx.1946-cı il tarixdə Gədəbəy rayonunun Qarabulaq kəndində doğulması, atasının X3 və anasının X2 olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-962/2023
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-962/2023
20.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver