Məhkəmə qərarları › İş №2(042)-975/2024

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-975/2024

02.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-975/2024 02.12.2024 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənov Nihat Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər X2,Cavabdeh2 və Cavabdeh3 cavabdehlərin öruş sahəsindən çıxarlıması və ona dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabehlər X2, Cavabdeh2 və Cavabdeh3 onun istifadəsində olan 130.00 ha örüş sahəsindən çıxarılması və ona dəymiş 4565 manat ziyanının ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, izahat verərək bildirmişdir ki, Gədəbəy rayonunun Əmiraslanlı kəndində yaşayır və özünə məxsus mal-qarası olmaqla kiçik sahibkarlıqla məşğul olur. O, Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022ci il tarixli 67 saylı sərəncamına əsasən Gədəbəy rayonu ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 46 nömrəli yay otlaq sahəsindən heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 130 ha örüş sahəsini beş il müddətinə icrəyə götürmüşdür. Hər il həmin örüş səhəsinin icarə haqqını vaxtlı-vaxtında ödəməklə həmin torpaq sahəsindən istifadə etmişdir. Lakin buna baxmayaraq, cavabdehlər 2023 və 2024-cü illərdə özbaşnalıq edərək onun istifadəsində olan örüş sahəsində ümumilikdə 100 baş iri buynuzlu mal-qaraya otardaraq yararsız hala salmışlar. Bu barədə Bitki Mühafizə və Fumaqasiya şöbəsində xx.xx.2024-cü il tarixdə dəymiş ziyanla bağlı rəy almışdır. Eləcə də 2023 və 2024-cü illərdə otun qiyməti barədə arayışı iddia ərizəsinə əlavə etmişdir. Ona 4565 manat ziyan dəymişdir. O, cavabdehlərədən ona məxsus. torpaq sahəsindən mal-qaralarını çıxarmalarını tələb etsə də, onü ölümlə hədləmiş, torpaq sahəsindən çıxmamışlar. Lakin hazırda cavabdehlər həmin sahədə deyillər, onlar heyvanlarını qışlaq ərazisinə Geyrançöl yataqlarına aparmışlar. Ona görə də iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin onlar bildirişləri almamışlar. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon İcra Hakimyyəti başçısının sərəncamından görünür ki, Gədəbəy rayonu, Əmraslanlı kənd sakini İddiaçı Gədəbəy rayonu ərzaisndə yerləşən kənd təsərrüfatı təyinatlı 46 nömrəli yay otlaq sahəsində hevandarlığın inkişaf etdirilməsi üçün 130 hektar örüş sahəsi icarəyə verilmişdir. İşdə olan Torpaq Sahəsinin icarə müqaviləsindən görünür ki, Gədəbəy Rayon İcra Hakimyyəti ilə X1 arasında 29 aprel 2022-ci il tarixli 67 sayılı sərəncama əsasən örüş sahəsi ilə əlaqədar bağlanılmışdır. Məhkəmə iddiaçının izahatını və işdə olan sənədləri təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbinin əsasları kimi istinad edilən edilən halları təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Ona görə də iddia tələbi təmin edilməməlidir. Məhkəmə göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220, 227, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar