Məhkəmə qərarları › İş №2(042)-98/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-98/2021

05.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-98/2021 05.02.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh İbrahimov Cavabdeh evə köçürülmə və istifadə hüququnun tanınması tələblərinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh İbrahimov Cavabdeh qarşı övladı xx xxxx 2015-ci il tarixdə doğulmuş İbrahimli İrad Cavabdeh oğlu ilə birlikdə cavabdehə məxsus Gədəbəy rayonunun Alnabat kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi və fərdi yaşayış evindən istifadə hüququnun müəyyən edilməsi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələblərini müdafiə etmiş, izahat verərək, bildirmişdir ki, o, cavabdeh İbrahimov Cavabdeh ilə 2014-cü ildə qeyri-rəsmi ailə qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə İbrahimli İrad Cavabdeh oğlu doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-167/2017 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuş, azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat miqdarında aliment təyin edilmişdir. Cavabdehlə toyları olduqdan sonra cavabdehə məxsus fərdi yaşayış evinə köçmüşdür. Lakin ailə münasibətləri pozulduqdan sonra o, valideynlərinə məxsus evə gəlmişdir. Hazırda azyaşlı övladı ilə birlikdə valideynlərinin himayəsində yaşayır. Ona görə də məhkəməyə müraciət etmişdir və iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh İbrahimov Cavabdeh məhkəməyə iddia tələbinə etiraz göndərərək, iddia tələbinə etiraz etmiş, bildirmişdir ki, o, anadangəlmə nitq qüsurludur və evin tək oğludur. Keçmiş həyat yoldaşı Əfsanənin onun anası ilə söz-söhbəti yarandığına görə onu da götürərək, Bakı şəhərinə getmişdir. Bir müddət Bakı şəhərində yaşadıqdan sonra Gəncə şəhərinə gəlmişlər. Həmin vaxtlar o, Əfsanənin telefonla başqa şəxslərlə mesajlaşdığını görüb şübhələnmişdir. Sonradan ona məlum olmuşdur ki, Əfsanə əxlaqsız həyat tərzi keçirir. Onun əxlaqsızlığına görə ailə münasibətləri pozulmuşdur. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh İbrahimov Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, nümayəndəsinin iştirakının təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-167/2017 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2015-ci il doğulmuş İbrahimli İrad Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün İbrahimov Cavabdeh hər ay 100 manat miqdarında aliment alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan X1 surətindən görünür ki, tərəflərin ailə münasibətindən xx.xx.2015-ci il tarixdə İbrahimli İrad Cavabdeh oğlu doğulmuşdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini, habelə, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il tarixli qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatları və digər sübutlarla müəyyən edilmişdir ki, tərəflər 2014-cü ildə qeyri-rəsmi ailə qurmuşlar. Birgə ailə münasibətlərindən xx.xx.2015-ci il tarixdə İbrahimli İrad Cavabdeh oğlu doğulmuşdur. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(042)-167/2017 saylı qətnaməsi ilə aralarında olan nikah münasibətlərinə xitam verilmişdir. Yəni, mübahisə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin tələblərinə əsasən tənzimlənməli, iddiaçının cavabdehlərlə ailə münasibətlərinə xitam verildiyi üçün keçmiş ailə üzvü kimi, onun həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmamalıdır. Məhkəmə araşdırmaları zamanı iddiaçının cavabdehlərə məxsus yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılması üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də iddia tələbləri təmin edilməməlidir. İddiaçı məhkəməyə müraciət edən zaman 10 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi təmin edilmədiyi üçün ödənilmiş dövlət rüsumu İddiaçıya aid edilməlidir. Məhkəmə yuxarıda göstəriləələri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360, 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar