Məhkəmə qərarları › İş №2(042)-989/2021

Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-989/2021

05.10.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-989/2021 05.10.2021 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Marif Sabir oğlunun sədrliyi, X16 oğlunun katibliyi, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlərin fərdi yaşayış evindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh3, o cümlədən Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X7 və cavabdeh X2 yetkinlik yaşına çatmayan övladları X6, X3 və X4 ona məxsus olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etmək hüquqlarının itirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun ünvan 2 ünvanında fərdi yaşayış evi vardır. Ev mərhum əri X14 xüsusi mülkiyyətində olmuşdur. Azad Paşayevin adına DƏDRX tərəfindən 06.08.2014-cü il tarixdə, RX seriyalı ******* nömrəli Çıxarış verilmişdir. X24 29.07.2020-ci ildə vəfat etmişdir. Azadın vəfatından sonra o ərindən qalmış miras mülkü adına rəsmiləşdirmək üçün 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisindən 18.02.2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. Şəhadətnamə aldıqdan sonra həmin miras mülkü daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyata aldırmaq istəyən zaman məlum olmuşdur ki, həmin evdə tanımadığı şəxslər - Cavabdeh3, X15, X11, X9 və X10 rəsmi qeydiyyatdadırlar. Həmin şəxslərin onun miras əmlak olaraq qəbul etdiyi evdə formal qeydiyyatda qalmaları onun hüquqlarının həyata keçirilməsinə maneələr törədir. Həmin şəxslər heç vaxt onun evində yaşamamış və onlarla heç bir qohumluq əlaqəsi yoxdur. Həmin şəxslərdən X15, X11, X9 və X10 yetkinlik yaşına çatmamışlar. Odur ki, yetkinlik yaşına çatmayan həmin şəxslərin qeydiyyatdan çıxarılması onların hazırda cavabdeh qoyduğu valideynlərinin (Cavabdeh1 və X2) üzərinə düşür. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək həmin şəxslərin ona məxsus fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını istəyir.Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. İddiaçı 24 sentyabr 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, 05 oktyabr 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X12 məhkəmə iclasında izahat verərək bildirdi ki, Cavabdeh2 onun oğludur. X1, X3 və X4 qeyd edilən ünvanda qeydiyyatda olmasından xəbəri yoxdur. Onların həmin evə qeydiyyata düşməsi güman ki, hər hansı səhv nəticəsində olmuşdur. Nəvələrinin həmin evdən qeydiyyatdan çıxarılmasına etirazı yoxdur. Məhkəmə Cavabdeh2 nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçıya aid şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İşdə olan Gədəbəy RPŞ QvŞV qrupu tərəfindən verilmiş 11.08.2021-ci il tarixli, ******* saylı arayışdan görünür ki, İddiaçı 10 fevral 2017-ci il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Qeydiyyatda olan digər şəxslər bunlardır; Cavabdeh3 xx.xx.1962; X15 14.09.2014; X11 25.02.2009; X9 03.09.2007; X10 28.11.2014. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, X14 xüsusi mülkiyyətinə ünvan 1 ünvanında 74.9 kv.m yaşayış sahəsi və 57.4 kv.m yardımçı sahə olmaqla, ümumi sahəsi 132.3 kv.m olan fərdi yaşayış evi, cəmi 39.9 kv.m olan həyətyanı tikililər və qurğular və 0.08 ha torpaq sahəsi verilmişdir. İşdə olan AZ-İ № 016202 seriyalı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X18 və X24 nikahlarını 29.09.2002-ci il tarixdə Bakı şəhəri, Səadət sarayında bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1354 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Paşayev, arvada Paşayeva soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 29.07.2020-ci il tarixdə “COVİD-19” səbəbindən Moldova Respublikasında ölmüşdür. İşdə olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş, reyestrdə 2V-153 № ilə qeyd edilmiş 18.02.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 29.07.2020-ci il tarixdə vəfat etmiş X14 vərəsələri: ünvan 2 ünvanında qeydiyyatda olan arvadı İddiaçıi qızı, ünvan 2 ünvanında qeydiyyatda olan oğlu X30, ünvan 4 ünvanında qeydiyyatda olan qızı X27, ünvan 4 ünvanında qeydiyyatda olan qızı X28 və onların hər biri miras əmlakdan ¼ hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak bunlardır: DƏDRX tərəfindən 06.08.2014-cü il tarixdə X19 verilmiş **********51-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümum sahəsi 32.3 kv.m, yaşayış sahəsi 74.9 kv.m, yardımçı sahəsi 57.4 kv.m, 5 otaqlı olan fərdi yaşayış evindən və 0.08 ha. torpaq sahəsindən ibarətdir. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. İddiaçının həmin qeydiyyatda olduğu ev yoldaşı X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. X24 29.07.2020-ci il tarixdə vəfat etmişdir. 3 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən X13 qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinə dair iddiaçıya 18.02.2021-ci ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı həmin evi adına rəsmiləşdirərkən evdə tanımadığı şəxslər Cavabdeh3, X7, X6, X3 və X4 qeydiyyatda olduğu məlum olmuşdur. İddiaçı həmin şəxsləri tanımadığını və cavabdehlərin formal olaraq həmin evdə qeydiyyatda olduğunu bildirmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq iddia ərizəsində qeyd edilən şəxslərin ona məxsus olan evdə olan qeydiyyatının formal xarakter daşıdığına və bu hal onun mülkiyyət hüquqlarını pozduğuna görə onların ona məxsus evdən istifadə hüququnun itirilməsini müəyyən edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya məxsus evdə formal olaraq qeydiyyatda qalması iddiaçı həmin mənzil üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəbdən məhkəmə, iddianın qanuni əsasının, yəni iddiaçının rəhbər tutduğu Mülki Məcəllənin 152.1-ci maddəsinin dispozisiya şərtlərinin mövcudluğuna hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan Hüquqlarının və X8 Haqqında Konvensiya»nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətində maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. MM-in 203-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Məhkəmə hesab edir ki, iddiaya münasibətdə Mülki Məcəllənin 152.1-ci maddəsinin dispozisiya şərtləri mövcuddur, buna görə də iddiaçının tələbi əsaslı hesab edilməlidir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikası qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Həmin qanununun 2-ci maddəsinə əsasən, Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer-onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qeydiyyatı həm yaşayış yeri, həm də müvəqqəti olduqları yer (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisələr, yataqxanalar, qəyyumun (himayəçinin), övladlığa götürən şəxsin yaşayış yeri) üzrə aparılır. Beləliklə, məhkəmədə müəyyən edildi ki, İddiaçı qeydiyyatda olduğu əri X13 miras qalmış və iddiaçı tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamə alınmış ünvan 2 ünvanında yerləşən evdə tanımadığı şəxslər Cavabdeh3, o cümlədən Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X15 və cavabdeh X2 yetkinlik yaşına çatmayan övladları X11, X9 və X10 qeydiyyatdadır. İddiaçının cavabdehlərlə heç bir qohumluq əlaqəsi yoxdur və onları tanımır. Qeyd edilən şəxslərin formal olaraq həmin evdə qeydiyyatdadır. Bu işdə iştirak edən şəxslərin izahatı və işdə olan sübutlarla təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Cavabdeh3, Cavabdeh1n yetkinlik yaşına çatmayan övladı X15 və cavabdeh X2 yetkinlik yaşına çatmayan övladları X11, X9 və X10 həmin evdə qeydiyyatda olmuş, lakin həmin şəxslər qeyd olunan ünvanda yaşamamışlar. Həmin şəxslərin İddiaçı ilə heç bir qohumluq əlaqəsi yoxdur və iddiaçı məhkəmə iclasında həmin şəxsləri tanımadığını bildirmişdir. Belə olan halda Cavabdeh3, Cavabdeh1n yetkinlik yaşına çatmayan övladı X7 və cavabdeh X2 yetkinlik yaşına çatmayan övladları X6, X3 və X4 həmin evdə qeydiyyatda olması onların həmin evdən istifadə hüququnun yaranması anlamına gəlmir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq qeyd edilən şəxslərin ünvan 2 ünvanında yerləşən evdən istifadə hüququnun itirilməsini xahiş etmişdir. İstifadə hüququn itirilməsi dedikdə həmin şəxslərin qeyd edilən evdə əvvəlcə yaşaması, daha sonra müəyyən səbəblərə görə həmin evdən istifadə hüququnun itirilməsi kimi başa düşülür. Lakin, məhkəmədə müəyyən edildi ki, həmin şəxslər qeyd edilən ünvanda ümumiyyətlə yaşamamışdır. Belə olan halda, məhkəmə tərəfindən həmin şəxslərin istifadə hüququnun olmaması müəyyən edilməlidir. Göründüyü kimi, qeyd edilən şəxslərin ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus ev üzrə qeydiyyatı formal xarakter daşıyır. Bu isə mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə hüququnun pozulması kimi qiymətləndirilməlidir. Buna görə də mülkiyyətçi bu hüququnu həyata keçirmək üçün fərdi yaşayış evindən cavabdehlərin istifadə hüququnun olmamasının müəyyən edilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlara tətbiq edilməli hüquq normalarına uyğun qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh3, o cümlədən Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X7 və cavabdeh X2 yetkinlik yaşına çatmayan övladları X6, X3 və X4 İddiaçı oğluna məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etmək hüquqlarının olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən, qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılarkən 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 238-244, 360 və 362-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh3, o cümlədən Cavabdeh1 yetkinlik yaşına çatmayan övladı X7 və cavabdeh X2 yetkinlik yaşına çatmayan övladları X6, X3 və X4 İddiaçı oğluna məxsus olan, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə etmək hüquqlarının olmaması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10 (on) manat cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar