Məhkəmə qərarları › İş №2(042)-991/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-991/2022

16.11.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-991/2022 16.11.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Mirzəquliyev Fizuli Balağa oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, iddiaçı X1 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X1 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası 16 noyabr 2022-ci il tarixə, saat 1230-a təyin edilmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş göndərilsə də, tərəflər məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0 və 259.0.6-cı maddələrinin tələblərinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Tərəflərə izah edilməlidir ki, MPM-in 260.5-ci maddəsinin tələbinə görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barədə öz qərardadını ləğv edir. Məcəllənin 114.1 və 114.1.4-ci maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0, 259.0.7, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: İddiaçı X1 Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, Azərbaycan Respublikası MPM-in 260.5-ci maddəsinin tələbin görə məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barədə öz qərardadını ləğv edir. Ödənilmiş 100 manat dövlət rüsumu X2 qaytarılsın. Qərardad rüsumun geri qaytarılması hissəsində icra edilməsi üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar