Azərbaycan Respublikası adından QƏTNAMƏ Gədəbəy rayonu İş № 2(042)-998/2020 04.12.2020 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Gədəbəy Rayon Məhkəməsi hakim Мirzəquliyеv Fizuli Bаlаğа oğlunun sədrliyi, məhkəmə iclas katibi Orucov Anar Möhübbət oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbi haqqında ərizəsinə dair mülki işə Gədəbəy Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoruna qarşı mərhum nənəsi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.89 kv.m fərdi yaşayış evini onun tərəfindən mirasın faktiki qəbul edilməsi hüquqi faktının müəyyən edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum nənəsi X1 şəhəri X.Haqverdiyev küçəsi ev 49-ünvanında yaşamış və xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. xx.xx.1994-cü il tarixdə Gədəbəy İH-i Başçısı aparatının memarlıq və tikinti şöbəsinin baş mühəndisi R.Yusifovun iştirakı ilə həmin ev mərhum nənəsi B.Rəsulovaya bağışlanmışdır. Həmin bağışlanma müqaviləsi əsasında xx.xx.1994-cü il tarixdə Gədəbəy rayon texniki invertarlaşdırma bürosu tərəfindən qeydiyyat vəsiqəsi verilmiş və mərhum nənəsi B.Rəsulovanm adına rəsilməşdirilmişdir. Həmin evdə mərhum nənəsi, və mərhum atası yaşamışdır. X12 xx.xx.1995-ci il tarixdə atası Xəzail Rəsulov isə xx.xx.2016-cı il tarixdə vəfat etmişlər. Nənəsi və atası evi və bütün əmlaklarını ona vermiş və həmin təsərrüfatı o idarə etmişdir. O, həmin evi öz adına rəsmləşdirmək istəsə də, Maraqlı şəxs imtina etmişdir. Notariat kontoru tərəfindən miras mülkün vərəsəlik qaydasında qəbul edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Mübahisəli evin texniki posportu və qeydiyyat vəsiqəsi vardır. Ona görə də, məhkəməyə müraciət etmişdir və ərizənin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə teleqram göndərərək, işə onun iştirakı olmadan baxılaraq, qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Gədəbəy Rayon Notariat Kontoru məhkəmə baxış iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5. və 185.6-cı maddələrinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxslərin və ya nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İşdə olan müqavilənin surətindən görünür ki, ünvan 3 ünvanında olan, ümumi sahəsi 88 kv.m, 3 otaqlı ev X4 hədiyyə edilmişdir. İşdə olan Arayışın surətindən görünür ki, X6 xx.xx.1995-ci il tarixdə ölmüşdür. İşdə olan X5 surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə doğulmuş, atası qrafasında X11 qeyd edilmişdir. İşdə olan X5 surətindən görünür ki, X11 1934-cü il tarixdə doğulmuş, anası qrafasında X6 qeyd edilmişdir. İşdə olan Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 3 ünvanında olan, ümumi sahəsi 88 kv.m, 3 otaqlı ev X3 adına qeyd edilmişdir. İşdə olan Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İşdə olan Texniki Pasportun surətindən görünür ki, ünvan 3 ünvanında olan, ümumi sahəsi 88 kv.m, 3 otaqlı ev X3 adına qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə işdə olan sənədləri təhlil edərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məcəllənin 1159.1. və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbə vərəsələr sayılırlar. Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsrinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, Ərizəçi nənəsi X1 şəhəri X.Haqverdiyev küçəsi ev 49-ünvanında yaşamış və xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Ölümündən əvvəl yaşadığı ev bağışlanma müqaviləsi əsasında Bilqeys Rəsulovaya verilmişdir. Həmin bağışlanma müqaviləsi əsasında xx.xx.1994-cü il tarixdə Gədəbəy Rayon Texniki İnvertarlaşdırma Bürosu tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Evi və həmin təsərrüfatı ərizəçi idarə etmişdir. O, həmin evi öz adına rəsmləşdirmək istəsə də, Maraqlı şəxs imtina etmişdir. Ərizəçi nənəsinin ölümündən sonra həmin əmlaka sahiblik etmiş, əmlakı idarə etmiş və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirmiş, yəni, əmlakı miras kimi qəbul etmişdir. Ona görə də ərizə təmin edilməli, Ərizəçi mərhum nənəsi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m fərdi yaşayış evini miras əmlakı kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPMnin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum nənəsi X2 miras qalmış ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 89 kv.m fərdi yaşayış evini miras əmlakı kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gədəbəy Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fizuli Mirzəquliyev
Məhkəmə qərarları › İş №2(042)-998/2020
Gədəbəy Rayon Məhkəməsi Qətnamə — İş №2(042)-998/2020
04.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver