Məhkəmə qərarları › İş №2(042)-999/2022

Gədəbəy Rayon Məhkəməsi Qərardad — İş №2(042)-999/2022

19.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gədəbəy rayonu İş № 2(042)-999/2022 19.09.2022 GƏDƏBƏY RAYON MƏHKƏMƏSİ Hakim Mirzəquliyev Fizuli Balağa oğlu, Orucov Anar Möhübbət oğlunun katibliyi ilə, Ərizəçilər X1 maraqlı şəxs Tovuz Rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə və Gədəbəy Rayon Qeydiyyat Şöbəsinə qarşı “qohumluq münasibətində olması, mirasın qəbulu, sənədin məxsus olması və vərəsəlik şəhadətnaməsinin verilməsinin Tovuz Rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə həvalə edilməsi” tələblərinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, Müəyyən etdim: Ərizəçilər X1 maraqlı şəxs Tovuz Rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə və Gədəbəy Rayon Qeydiyyat Şöbəsinə qarşı “qohumluq münasibətində olması, mirasın qəbulu, sənədin məxsus olması və vərəsəlik şəhadətnaməsinin verilməsinin Tovuz Rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə həvalə edilməsi” tələblərinə dair məhkəməyə ərizə ilə müraciət edərək qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyü məsələsinə baxılarkən müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələb irəli sürmüşdür. Belə ki, ərizədən görünür ki, qohumluq münasibətində olması, mirasın qəbulu, sənədin məxsus olması və vərəsəlik şəhadətnaməsinin verilməsinin Tovuz Rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə həvalə edilməsi bir-biri ilə əlaqəli deyildir. Belə ki, nikahın pozulması və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələblərinin hər birinin ayrıca predmeti və hüquqi əsasları vardır. Bunun hər biri isə ayrıca iddia tələbi təşkil edir. MPM-in 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, belə olan halda iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçilər X1 maraqlı şəxs Tovuz Rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə və Gədəbəy Rayon Qeydiyyat Şöbəsinə qarşı “qohumluq münasibətində olması, mirasın qəbulu, sənədin məxsus olması və vərəsəlik şəhadətnaməsinin verilməsinin Tovuz Rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə həvalə edilməsi” tələblərinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı X2 qaytarılsın. Qərardaddan rəsmi verildiyi gündən 10 (on) gün müddətində Gədəbəy Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fizuli Mirzəquliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar