Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-100/2021 23.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bayram oğluna qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Bayram oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli, 109.LN.2106.010414.00001 saylı kredit müqaviləsi üzrə“xxxx” ASC-nin xeyrinə 8714,29 manat əsas, 7148,10 manat faiz və 7140 manat cərimə olmaqla, cəmi 23002,39 (iyirmi üç min iki manat, otuz doqquz qəpik) manat borcun tutulması, tutmanın Cavabdeh1 məxsus hər iki mənzillərə-Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, ev 10, 2 nömrəli və Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 4A, 70 nömrəli mənzilə yönəldilərək açıq hərrac yolu ilə satışından əldə olunan vəsait hesabına ödənilməsi, tutmanın hər iki mənzildən hansına yönəldilərsə həmin mənzilin satışından 1 ay sonra mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, evdən çıxarılması və evin boşaldılması, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 30.40 manat dövlət rüsumunun və 64 manat məbləğində bildirişin DƏDRX-də qeydiyyata alınmasına dair xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxxx 2014-cü il tarixli, 109.LN.2106.010414.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 36 (otuz altı) ay müddətinə, illik 22 (iyirmi iki) faiz olmaqla 40.000 (qırx min) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 ilə Bank arasında xx xxxxx 2014-cü il tarixli, 109.CL.010414.00001/a saylı ipoteka müqaviləsi bağlanmış, Girovqoyana məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, ev 10, 2 nömrəli mənzil ipoteka ilə yüklü edilmiş və onun qeydiyyatı RX seriyalı, ******* nömrəli çıxarışla təsdiq edilmişdir. Həmçinin, öhdəliklərin icrasını təmin etmək məqsədilə Girovqoyana məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 4A, 70 nömrəli mənzil ipoteka (girov) ilə yüklü edilmiş və onun qeydiyyatı RX seriyalı, ******* nömrəli çıxarışla təsdiq edilmişdir. Cavabdehin sözügedən kredit müqaviləsi üzrə banka xx.xx.2020-ci il tarixə olan borcu 8714,29 manat əsas, 7148,10 manat faiz, 7140 manat cərimə olmaqla, cəmi 23002,39 manat təşkil edir. Göstərilənlərə əsasən, o, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 109.LN.2106.010414.00001 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 22 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 40.000 manat məbləğində borc verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 109.CL.010414.00001 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi ev 10, mənzil 2 kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinə 1 nömrəli əlavədə ipoteka predmetinin dəyəri 28.000 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli 109.CL.191212.00002/e saylı ipoteka müqaviləsinə əlavədən görünür ki, Cavabdeh1 məxsus olan, ünvan 1 kredit müqaviləsi üzrə öhdəliyin təminatı qismində ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinə 3 nömrəli əlavədə ipoteka predmetinin dəyəri 53.000 manat qiymətləndirilmişdir. İş materiallarına əlavə olunmuş “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” bildirişlərdən görünür ki, ipoteka qoyan Cavabdeh1 tələbin ipoteka predmetlərlərinə yönəldilməsinə başlanması barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-cı il tarixli, 277 nömrəli və xx.xx.2020-ci tarixli ərizələrdən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş DƏDRX-nin 3 saylı Ərazi idarəsində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, ev 10, 2 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 4A, 70 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli, 9/5628 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki, xx xxxx 2020-ci il tarixinə Cavabdeh1 İddiaçı ASC-yə olan borcu əsas borc üzrə 8282,26 manat, faiz borcu 626,67 manat təşkil edir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir. İş materiallarına əlavə edilmiş, məhkəmə tərəfindən müstəqil qiymətləndirici kimi təyin edilmiş “Fame-Pro” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxxxx 2021-ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatlarından görünür ki, ünvan 1 ünvanında yerləşən 4 otaqlı mənzilin xx.xx.2021-ci il tarixə olan likvid satış qiyməti 58.000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, ev 10, mənzil 2-də yerləşən 2 otaqlı mənzilin xx.xx.2021-ci il tarixə olan likvid satış qiyməti 30.000 manat təşkil edir. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixə olan qalıq borcu 7148,10 manat faiz, 7140 manat cərimə olmaqla, cəmi 23002,39 manat təşkil edir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh1 arasında xx xxxxx 2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış və bununla da, tərəflər arasında kredit hüquq münasibətləri yaranmışdır. Tərəflər arasındakı münasibətlər və onların qarşılıqlı öhdəlikləri aralarında bağlanmış borc müqaviləsində yarandığından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 425, 427, 739-cu maddələrinin tələbinə görə, onlardan hər biri həmin müqavilə üzrə öhdəliklərini vicdanla və vaxtında icra etməli idilər. Lakin işin faktiki halları və məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bəlli olur ki, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh qarşılıqlı öhdəliklərini tam və vaxtında icra etməmişdir. Belə ki, iddiaçının təqdim etdiyi, yuxarıda qeyd edilmiş maliyyə arayışından görünür ki, cavabdeh kredit müqaviləsi bağlanarkən verilmiş ödəniş cədvəli üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün onun banka 8714,29 manat əsas, 7148,10 manat faiz, 7140 manat cərimə olmaqla, cəmi 23002,39 manat təşkil edir. Lakin iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, cavabdehin banka olan borcuəsas borc üzrə 8282,26 manat, faiz borcu isə 626,67 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Göstərilənlərə əsasən, məhkəmə ekspertizanın verdiyi rəyi sübut növü kimi qəbul edir və onunla razılaşır. İşə əlavə edilmiş sənədlərdən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 22%) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tutulmalıdır. Belə ki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Buna görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, əsas borca münasibətdə ekspertiza rəyində göstərilən məbləğ-8282,26 manat məbləğində pul, faiz borcuna münasibətdə isə ekspertiza rəyində göstərilən məbləğ-626,67 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə uyğun olaraq, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin mülkiyyət hüquqlarını qorumaq və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasını qarşısı alınmaq məqsədilə 8282,26 manat əsas borca 7140 manat cərimə borcunun tənasübsüz surətdə yüksək hesablandığı qənaətinə gələrək, cərimə borcunun məbləğini azaldaraq 500 manat müəyyən edir. Bundan başqa, tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq ipoteka müqavilələri bağlanmış və Cavabdeh1 məxsus olan, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsində yerləşən 10 nömrəli evin 2 nömrəli mənzili və Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən 4a nömrəli evin 70 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. “İpoteka haqqında” Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükləri halda ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin maddənin mənasına görə, ipoteka qoyan və onun ailə üzvləri və digər şəxslər aşağıdakı hallardan biri mövcud olduqda yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mənzilin qiymətləndirilməsi barədə hesabatlardan görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, ev 4A, 70 nömrəli mənzilin likvid satış qiyməti 58.000 manat, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsi, ev 10, 2 nömrəli mənzilin likvid satış qiyməti isə 30.000 manat qiymətləndirilmişdir. Buna görə də mənzillərin ilkin satış qiyməti həmin məbləğlər hesab edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, ipoteka ilə yüklü edilmiş əmlaklar açıq hərracda satıldıqdan və ən geci 1 ay sonra cavabdehlərin həmin mənzillərdən istifadə hüquqları itirilmiş hesab edilməli və onlar həmin mənzillərdən çıxarılaraq mənzil boşaldılmalıdır. Belə ki, cavabdehlərdən Cavabdeh1 ipotekaqoyan kimi könüllü olaraq mənzilləri ipoteka ilə yüklü etmiş, digər cavabdehlər isə mənzillərin ipoteka ilə yüklü edilməsinə razılıq verməklə gələcəkdə həmin mənzillərə tutma yönəldildikdə mənzildən istifadə hüquqlarından imtina etməyi və mənzili boşaltmağı öz öhdələrinə götürmüşlər. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişlərin qeydə alınması üçün ödənilmiş 64 manat dövlət rüsumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 124.1-ci maddələrinə əsasən iddiaçının xeyrinə, 145 manat məbləğində ekspertiza xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi üçün Cavabdeh1 tutulmalıdır. Beləliklə, məhkəmə şərh olunanlara əsaslanıb Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 8282,26 manat əsas, 626,67 manat faiz, 500 manat cərimə olmaqla, cəmi 9 408,93 (doqquz min dörd yüz səkkiz manat, doxsan üç qəpik) manat məbləğində pul “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma, Cavabdeh1 məxsus olan, ünvan 2 ünvanda yerləşən 2 saylı mənzilə və Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon ev 4A ünvanda yerləşən 70 saylı mənzilə yönəldilsin və mənzillər açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına borcun ödənilməsi təmin edilsin. İpotekanın predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, İ.Cəfərov küçəsində yerləşən 10 nömrəli mənzilin, 2 nömrəli mənzilinin ilkin satış qiyməti 30.000 (otuz min) manat məbləğində müəyyən edilsin. İpotekanın predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayonda yerləşən ev 4A, 70 nömrəli mənzilin ilkin satış qiyməti 58.000 (əlli səkkiz min) manat məbləğində müəyyən edilsin. Mənzillər açıq hərracda satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin həmin mənzillərdən istifadə hüququ itirilmiş hesab edilməklə mənzillər boşaldılsın, və cavabdehlər həmin mənzillərdən çıxarılsın. Cavabdeh Cavabdeh1 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 64 manat dövlət rüsumu “xxxx” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat pul Cavabdeh1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası Mərkəzinin hesabına (KOD- 210005, VÖEN – **********, müxbir hesab – AZ 41NABZ ********************, SWİFT BİK CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu – 3.) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-100/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-100/2021
23.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver