Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1001/2022 04.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X15 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mirasın qəbul edilməsi faktının və miras əmlakda payın müəyyən edilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin onun tərəfindən qəbul edilməsi faktının və həmin mənzilə tam olaraq miras payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzil məhrum anası X7 adınadır. Anası 22 avqust 2006-cı il tarixində vəfat etmişdir. X1 isə 21 iyun 2019-cu il tarixində vəfat etmişdir. Ailədə 5 övlad olmuşlar: 3 oğlan 2 qız. Bacıları hələ valideynlərinin sağlığında ailə həyatı quraraq daimi yaşamaq üçün başqa ünvana köçmüşlər. Qardaşları, iş üzrə cavabdehlər də valideynlərinin sağlığında daimi yaşamaq üçün Rusiya Federasiyasına köçmüş və hazırda da orada yaşayırlar. Valideynlərinin sağlığında sözügedən əmlakda onlarla birlikdə yalnız o yaşamış və bu gün də yaşayır. Yəni miras əmlak faktiki olaraq yalnız onun tərəfindən qəbul edilmişdir. Lakin bacıları miras qəbul etməmələri barədə ərizə versələr də, qardaşlarının Rusiyada yaşadıqları ünvanı bilmədiyi üçün onlardan bu barədə ərizə ala bilmir. Buna baxmayaraq, onların hər ikisi 30 ildən artıqdır ki, Rusiyada yaşayırlar və mirası qəbul etməmişlər. Lakin, onlar da bacıları kimi mirası qəbul etməmələri barədə ərizə vermədiklərinə görə notariat ofisində ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də mərhum anasından miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktını müəyən edərək həmin əmlaka tam olaraq payının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X18 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 147 və 185.5-ci maddələrinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, iş materiallarında olan 27.02.2020-ci il tarixli nikah akt qeydlərindən çıxarışdan görünür ki, X12 ilə X3 nikahı 22.12.1955-ci il tarixdə 1338 nömrə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Xəlilov, arvada Xəlilova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı Abdulxaliq oğlu xx.xx.1956-cı il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Şəhadətnamənin ata adı qrafsında X12, ana adı qrafasında X8 qeyd olunmuşdur. İş materiallarına əlavə edilən AZ-İ seriyalı 206732 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 22 avqust 2006-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilən AZ-İİ seriyalı 024656 saylı “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X6 21.06.2019-cu il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş X9 bürosu tərəfindən verilən qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış evi 3M-215 nömrəli özəlləşdirmə müqaviləsi əsasında X4 adına qeydə alınmış, reyestr kitabında 12446 nömrə ilə bu barədə qeydiyyat aparılmışdır. İş materiallarından görünür ki, X2 12.02.2022-ci ildə notariat kontoruna müraciət edərək, mərhum anası X4 ölümündən sonra ondan miras qalmış bütün əmlakdan ona düşən payı qəbul etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, X5 31.01.2022-ci ildə notariat kontoruna müraciət edərək, mərhum anası X4 ölümündən sonra ondan miras qalmış bütün əmlakdan ona düşən payı qəbul etmədiyini bildirmişdir. İş materiallarından görünür ki, Cavabdeh1 ərizə ünvanlayaraq bildirmişdir ki, o, valideynlərinin vəfatından sonra qalmış hər hansı mülkdən ona düşən pay hissəsindən böyük qardaşı İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan Cavabdeh2 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, valideynləri X11 və Umamat Abdulbariyevnadan qalmış hər hansı mülkdən ona düşən pay hissəsindən böyük qardaşı İddiaçı xeyrinə imtina edir. İş materiallarında olan 14.04.2022-ci il tarixli 233 nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 faktiki olaraq ünvan 3 ünvanında yaşamırlar. İş materiallarında olan ünvan 4 verilmiş 21.02.2022-ci il tarixli 87 nömrəli imtina qərarından görünür ki, İddiaçı 22.08.2006-cı il tarixdə vəfat etmiş anası X4 vəfatından sonra adına miras qalmış əmlakın onun adına rəsmiləşdirilməsi barədə ərizəsinin təmin olunmasından digər vərəsələr arasında mübahisə olduğu üçün imtina edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 izahatında bildirdi ki, iddiaçı və cavabdehlər onun qardaşlarıdır. Onlar ailədə 5 uşaq olmuşlar. ünvan 5 ünvanda yerləşən mənzil özəlləşmə əsasında onun mərhum anası Umamat Xəlilovanın adına rəsmiləşdirilmişdir. Anasının ölümündən sonra həmin miras əmlaka sadəcə iddiaçı – qardaşı İddiaçı faktiki sahiblik etmişdir. Belə ki, o və bacısı Şahrubani Kərimova valideynlərinin sağlığına ailə həyatı quraraq yaşadıqları evdən köçmüş, valideynlərinin ölümündən sonra onlardan qalan heç bir əmlaka dair istifadə və sahiblik etməmişlər. Eləcə də digər qardaşları – cavabehlər Cavabdeh1 və Cavabdeh2 da uzun illərdir ki, Rusiya Federasiyasında yaşadıqlarından, analarından miras qalmış əmlakda yaşamamış, mirası faktiki qəbul etməmişlər və oradan heç bir pay tələbləri yoxdur. İşin tərəflər arasında mübahisələndirilməyən halları ondan ibarətdir ki, miras qoyan X8 22.08.2006-cı il tarixdə ölmüş və onun ölümündən sonra miras əmlak kimi Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti ev 27-də yerləşən 31 saylı mənzil qalmışdır. Mirasın qəbulu ilə bağlı miras qoyanın vərəsələrindən heç biri həmin vaxt notariat orqanına müraciət etməmişlər. Miras qoyan öldükdən sonra onunla birlikdə həmin yaşayış evində yaşamış oğlu İddiaçı həmin yaşayış evinə faktiki sahiblik etməklə yaşamaqda davam etmişdir. Miras qoyanın digər uşaqları (iddiaçının bacı və qardaşları) isə miras qoyanın ölümündən sonra miras əmlakda yaşamamışlar, həmin əmlaka sahiblik etməmişlər. Məhkəmə iclasında iddiaçının və şahidin ifadələri, eləcə də iş materialları ilə müəyyən olundu ki, iddiaçının bacı və qardaşları miras əmlakı faktiki qəbul etməmiş, həmçinin miras əmlakdan iddiaçının xeyrinə imtina etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və ya bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Umamat Xəlilova öldükdən sonra onun övladlarından sadəcə biri - İddiaçı anasından qalan miras əmlaka sahiblik etməklə və həmin əmlakı faktiki surətdə idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Ondan başqa heç bir vərəsə həmin əmlakı nə notariat qaydada nə də faktiki qəbul etməmişdir. Mirasın qəbul edildiyini vərəsə hərəkətləri ilə şəksiz nümayiş etdirdikdə, o, mirası qəbul etmiş sayılır. Odur ki, məhkəmə hesab edir ki, miras qoyan Umamat Xəlilova öldükdən sonra onun birinci növbə vərəsəsi olan övladı – İddiaçı anasından miras qalmış Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti ev 27-də yerləşən 31 saylı mənzili tam hissədə mirası əmlak kimi faktiki qəbul etmiş sayılır. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, miras əmlakın iddiaçı tərəfindən qəbul edilməsi faktı və miras əmlakda iddiaçının tam hissədə payı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti (əvvəlki adı Ş.İ.Xətai) ev 27, 31 ünvanda yerləşən mənzilin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı və həmin əmlakda onun tam hissədə miras payı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1001/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1001/2022
04.05.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver