Məhkəmə qərarları › İş №2(043)-1024/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1024/2021

22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1024/2021 22.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı Ərizəçi “doğum faktının və atalığın müəyyən edilməsi” tələbinə dair xüsusi icraat qaydasında ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək X3 ilə qeyrirəsmi nikahlarından Gəncə şəhərində xx xxxxxx 1983-cü il tarixdə doğulmuş X2 xx xxxxxxxx 1986-cı il tarixdə doğulmuş X1 doğum faktının müəyyən edilməsi, uşaqların atasının X3, anasının Ərizəçi olmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi qanunla müəyyən edilmiş qaydada hüquq müəyyənedici sənədin, doğum haqqında şəhadətnamənin verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi bir-biri ilə əlaqəli olmayan tələblər bir ərizədə birləşdirildiyinə görə geri qaytarılmalıdır. Ərizəçi öz ərizəsində uşaqlarının müəyyən vaxtda və müəyyən yerdə doğulması faktının müəyyən edilməsini və eyni zamanda onların atasının X3 olmasının müəyyən edilməsini xahiş etmişdir. Ərizədə göstərilən məsələlərdən doğum faktının müəyyən edilməsi xüsusi icraat qaydasında baxılmalı məsələdir. Lakin uşağın atadan mənşəyinin müəyyən edilməsi tərəflər arasında mübahisə olmadıqda ata və ananın birgə ərizəsi əsasında qeydiyyat şöbəsində, mübahisə olduqda isə iddia icraatı qaydasında məhkəmədə baxılır. Hər bir halda uşaqların atadan mənşəyinin müəyyən edilməsi xüsusi icraat qaydasında baxıla bilməz. Bu baxımdan ərizəçi bir-biri ilə əlaqəli olmayan tələbləri bir ərizədə birləşdirdiyindən ərizə geri qaytarılmalı və ərizəçiyə ayrı-ayrılıqda uşaqların doğum faktının müəyyən edilməsi barədə ərizə ilə xüsusi icraat qaydasında, uşaqların atadan mənşəyinin müəyyən edilməsi ilə bağlı isə iddia icraatı qaydasında (uşaqların atadan mənşəyi barədə mübahisə olduqda) məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Ərizəçi “doğum faktının və atalığın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar