Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1098/2021 27.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi X4, Maraqlı şəxs X3 iştirakları ilə, Ərizəçi Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının (maraqlı şəxslər – Maraqlı şəxs1, X7 və Maraqlı şəxs3) “doğum faktının müəyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2 və X5 doğumunun qeyd olunması faktının müəyyən olunması, doğum haqqında şəhadətnaməsində azyaşlı Fatimənin doğum tarixinin 05 sentyabr 2012-ci il, doğum yerinin Gəncə şəhəri, valideynlər qrafasında ata adının Maraqlı şəxs1 və ana qrafasında adının X1 qeyd edilməsinə, azyaşlı Yaşarın isə doğum tarixinin 01 noyabr 2014-cü il, doğum yerinin Gəncə şəhəri, valideynlər qrafasında ata adının Maraqlı şəxs1 və ana qrafasında adının X1 qeyd edilməsinə və aidiyyəti üzrə Maraqlı şəxs3 tərəfindən doğum haqqında şəhadətnamə verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “Mənəvi Dayaq” Uşaq və Gənclər Birliyinin sədri Arzu Orucov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edərək Gəncə şəhər sakini ik) azyaşlı Fatimə və Yaşarın anası X3 tüfeyli həyat tərzi sürdüyünü, hər iki övladını qeyri-rəsmi nikahdan və ev şəraitində dünyaya gətirdiyinə görə uşaqların doğum faktının qeydə aldırması mümkün olmamışdır. Həmçinin uşaqların valideynləri uşaqlarını nəzarətsiz, baxımsız vəziyyətdə saxladığını nəzərə alaraq uşaqları dövlət uşaq müəssisəsinə yerləşdirilməsini xahiş etmişdir. Məsələ ilə əlaqədar komissiya üzvləri ünvan 1 ünvanın qarşı tərəfindən yerləşən ünvana baxış keçirmiş və baxış zamanı məlum olmuşdur ki, həmin ünvanda vətəndaş Maraqlı şəxs2, onun qeyri- rəsmi yaşadığı Maraqlı şəxs1, 2 (iki) azyaşlı uşaq və Maraqlı şəxs1 Maraqlı şəxs2 başqa qeyri rəsmi yaşadığı X10 yaşayırlar. Komissiya üzvləri ünvana baxış keçirərkən həqiqətəndə azyaşlı Yaşarın ayaqları yalın, çılpaq, baxımsız vəziyyətdə olduğunun şahidi oldular. Komissiya üzvləri Maraqlı şəxs2 uşaqların hər hansı bir sənədinin olduğunu soruşduqda, o uşaqların heç bir sənədinin olmadığını və Maraqlı şəxs1 bir neçə dəfə bu haqda söylədiyini, o da bu işə laqeyid yanaşdığını bildirdi. Daha sonra bu məsələ Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısı Aparatının yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 10 noyabr 2020-ci il iclasınında müzakirə edilmiş və azyaşlıların X18 yerləşdirilmələri barədə qərar qəbul olunmuşdur. Lakin, uşaqların valideynləri X8 və Maraqlı şəxs1 komissiyanın qərarına qəsdən maneəçilik törətmişdir. Bu məsələni, yəni X3 və Maraqlı şəxs1 azyaşlılar Fatimə və Yaşara olan valideynlik hüquqlarının məhdudlaşdırılması ilə əlaqədar məhkəməyə müraciə etmək istəsəkdə uşaqların doğum faktı təsdiq olmadığı üçün bunu etmək mümkün olmamışdır. Ona görədə hazırki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi X9 ərizənin dəqiqləşməsi barədə ərizə təqdim edərək, X8 tərəfindən 05 sentyabr 2012-ci il tarixdə X2 və 01 noyabr 2014-cü il tarixdə isə X5 doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X8 izahatında bildirdi ki, onun Maraqlı şəxs1 ilə birgə yaşayışlarından 05.09.2012-ci il tarixdə Fatimə adlı bir qız və 01.11.2014-cü il tarixdə Yaşar adlı bir oğlan övladları doğulmuşdur. Həmin uşaqlar nikahdan kənar və ev şəraitində doğulduqlarından onların doğum haqqında şəhadətnamələri yoxdur. Odur ki, ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxs3 məktubla məhkəməyə müraciət edərək, ərizə ilə bağlı heç bir rəy və təkliflərinin olmadığını bildirərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin və maraqlı şəxsin izahatlarını dinləyərək və təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1976-cı ildə Samux rayonu, Zazalı kəndində anadan olmuşdur. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs1 xx.xx.1967-ci ildə Gəncə şəhərində anadan olmuşdur. İş materiallarında olan Gəncə şəhəri Maraqlı şəxs3 tərəfindən verilmiş 01.02.2021-ci il tarixli 60 nömrəli məktubun surətindən görünür ki, Maraqlı şəxs1 ilə X8 arasında nikah qeydi aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhəri Maraqlı şəxs3 tərəfindən verilmiş 01.02.2021-ci il tarixli 61 nömrəli məktubun surətindən görünür ki, X6 və X5 doğum akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Gəncə şəhər Səhiyyə İdarəsi Regional Perinatal Mərkəz tərəfindən verilmiş 26.01.2021-ci il tarixli 03 nömrəli məktubdan görünür ki, X8 05.09.2012-ci il və 01.11.2014-cü il tarixlərdə X12 Mərkəzin qeydiyyat jurnalında qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Gəncə şəhərində X8 tərəfindən ev şəraitində 05.09.2012-ci il tarixdə qız cinsli və 01.11.2014-cü il tarixdə oğlan cinsli uşaqlar doğulub. Uşaqların doğumu səlahiyyətli dövlət orqanlarında qeydə alınmayıb. Uşaqlar hal-hazırda sağlam olmaqla X3 himayəsində yaşayırlar. Uşaqların adı, soyadı və ata adı ilə bağlı hər hansı sənəd mövcud olmadığından, onların yalnız ərizədə qeyd edilən tarixlərdə doğulması faktı müəyyən edilə bilər. Odur ki, ərizə qismən təmin edilməli və uşaqların doğum faktı müəyyən olunmalıdır. Məhkəmə MPM-in 88-ci və 217.4-cü maddələrinin tələblərinə uyğun olaraq iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin lazımi sənədi başqa qaydada ala bilməməsi təqdim olunan sübutlarla təsdiq olunur. Ərizəçinin doğum faktının müəyyən edilməsini xahiş etdiyi uşaqların şəxsiyyətini təsdiq edən sənədlərinin olmaması, onların bir sıra hüquqlarının həyata keçirilməsində ciddi maneədir. Bu baxımdan ərizədə qoyulan tələbin təmin edilməsi ilk növbədə doğum faktı müəyyən edilən şəxslərin qanuni mənafelərinin müdafiəsi baxımından zəruridir. Məhkəmə, həmçinin MPM-in 311-ci maddəsinə müvafiq olaraq qeyd edir ki, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. X8 tərəfindən Gəncə şəhərində ev şəraitində 05 sentyabr 2012-ci il tarixdə qız cinsli və 01 noyabr 2014-cü il tarixdə oğlan cinsli uşaqların doğulması faktı müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1098/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1098/2021
27.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver