Məhkəmə qərarları › İş №2(043)-1099/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1099/2021

01.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1099/2021 01.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi Qocayev Tural Şəmsi oğlu, İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1 qızı, X1, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “yaşayış otaqlarından istifadə hüquqlarının itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə dair məsələyə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi cavabdehlər Cavabdeh1 qızı, X1, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Gəncə şəhəri, X3rdaşları küçəsində yerləşən 12 saylı binanın 110 saylı otağından və Gəncə şəhəri, 4-cü mikrorayon 2 saylı binanın 21, 22, 26 və 39 saylı otaqlarından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, iddia ərizəsində bir-biri ilə əlaqəli olmayan tələblər birləşdirildiyi üçün geri qaytarılmalıdır. İddiaçının tələbləri müxtəlif ünvanlarda yaşamış şəxslərin istifadə hüquqlarının itirilmiş hesab edilməsi ilə bağlıdır. Hər bir cavabdeh müxtəlif yaşayış sahələrində qeydiyyatda olmaqla fərqli əsaslarla həmin otaqlardan istifadə hüququ əldə etmişdir. İddiaçının eyni şəxs olması bir-biri ilə faktiki və hüquqi bağlılığı olmayan ayrı-ayrı cavabdehlərə qarşı birlikdə iddia qaldırmaq üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2, 263-264 və 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin cavabdehlər Cavabdeh1 qızı, X1, Cavabdeh3,Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “divarın sökülməsi, şərəf və ləyaqətin müdafiəsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar