Məhkəmə qərarları › İş №2(043)-1099/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1099/2022

31.05.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1099/2022 31.05.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı, vəkili X2, cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh və "xxxx" MMCnin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa, işləmədiyi dövr üçün aylıq əmək haqqının ödənilməsi və istifadə olunmamış məzuniyyətlərə görə kompensiyasının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin 30.06.2021-ci il tarixli 13/ k saylı əmrinin ləğv olunaraq işə bərpa olunması, işləmədiyi dövr üçün otra aylıq əmək haqqının ödənilməsi və istifadə olunmamış məzuniyyətlərə görə kompensasiyanın ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. 06 may 2022-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh məhkəməyə ərizə təqdim edərək "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 1 müqaviləsi Gəncə şəhərində bağlanmışdır.Cavabdehin hüquqi ünvanının uzaq məsafədə yerləşməsini və işə mahiyyəti üzə vaxtında baxılması məqsədi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, 2013-ci ilin fevral ayından "xxxx" MMC-nin tərkibində olan "xxxx" MMC-nin Gəncə bölgəsinə strayker reklamçı vəzifəsinə işə qəbul olunmuşdur. Həmin vəzifədə 10.04.2014-cü il tarixinədək işləməyinə baxmayaraq əmək kitabçasında əmək fəaliyyəti barədə qeyd aparılmamış və onun 1 il 2 aylıq əmək stajı rəsmi qeydiyyata alınmamışdır. Bunu 30.06.2021-ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilərək əmək kitabçası ona təqdim olunduqdan sonra müəyyən etmişdir. 01.04.2014-cü il tarixdə "xxxx" MMC-nin Gəncə bölgəsinə reklamçı vəzifəsinə qəbul olunmağına baxmayaraq supervayzer vəzifəsində işləmişdir. 03.10.2016-cı il tarixdə əmək kitabçasına müvafiq qeyd aparılaraq supervayzer vəzifəsinə keçirilmişdir. Ümumiyyətlə əmək kitabçasında aparılan qeydlərə nəzər salınsa açıq-aydın müəyyən etmək mümkündürki, işlədiyi dövr ərzində heç bir lüzum olmadan 4 dəfə əmək müqaviləsinə xitam verilmiş və yenidən işə qəbul olunmuşdur. Əmək kitabçasında aparılmış bütün qeydlər isə eyni vəzifəli şəxs tərəfindən İnsan resursları şöbəsinin rəhbəri N.T. Məmmədova tərəfindən aparılaraq imzalanmışdır. Dəfələrlə əmək müqaviləsinə xitam verilməsinə baxmayaraq istifadə olunmamış məzuniyyət günlərinə uyğun olaraq ona son haqq-hesab hesablanmamış və ödənilməmişdir. İşlədiyi dövr ərzində onunla və eləcə də digər işçilərlə bağlanmış əmək müqavilələrinə əsasən əmək haqqı rəsmi olaraq 250 manat gösrərilməsinə baxmayaraq, hər ayın sonunda rəsmi göstərilən 250 manat əmək haqqından vergi, icbari dövlət sosial sığorta və digər ödənclər tutulduqdan sonra əmək haqqı kartla köçürülmüş, əlavə olaraq ödənilən 1000 manat əmək haqqı isə heç bir sosial ödəmələr hesablanmadan nəğd şəkildə bütün işçilərə təqdim edilmişdir. Lakin "xxxx" MMC-nin Gəncə filialının rəhbəri Cavabdeh tərəfindən bilərəkdən baş verən qanun pozuntularına və korrupsiya hallarına qarşı etirazlarından sonra ona qarşı ədalətsizlik kompaniyası başlamış və onun işdən azad olunmağı ilə nəticələnmişdir. Belə ki, heç bir lüzum olmadan müəssisədə ixtisar adı altında 2 ştat vahidi supervayzer vəzifəsi ləğv olunaraq X4 və o Əmək məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşlar. Daha sonra ona bildirilmişdir ki, onun son haqqhesabı və 2000 manat məbləğində kompensasiyası Cəmiyyətin Gəncə ofisinin mühasibatlığındadır, ordan götürə bilər. 08 sentyabr 2021-ci il tarixdə Cəmiyyətin Gəncə filialının ofisində olmuşdur. Ona Cəmiyyətə qarşı heç bir şikayəti və iddiasının olmaması barədə ərizə təqdim olunmuşdur. Bildirilmişdir ki, ərizəni imzalasın, sonra ona 2000 manat kompensasiyası veriləcək. O, ərizəyə imza etməkdən imtina etmiş və 2000 manat pulu qəbul etməmişdir. "xxxx" MMC-nin törəmə şirkəti olan "xxxx" MMC-nin direktoru Cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 77-ci maddəsinin 1-2 və 3 cü bəndlərinin tələblərini pozmaqla tərəfindən əmək hüquqları pozulmuşdur. O, ştatların ixtisarı adı altında tutduğu supervayzer vəzifəsindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b”bəndinə əsasən işdən azad olunduqdan sonra həmin vəzifəyə başqa bir şəxs təyin olunmuş və hal- hazırda da işləyir. Araşdırmanın nəticəsi olaraq X5 Xidmətinin Bakı şəhər idarəsinin 11.11.2021-ci il tarixli məktubunda həqiqətəndə əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozularaq xitam verilməsi müəyyən onunmuşdur. X5 tərəfindən "xxxx"96 MMC-in vəzifəli şəxsinin barəsində inzibati xəta törədildiyi üçün inzibati xəta haqqında protokol tərtib edilərək inzibati cərimə tənbeh növü tətbiq olunmuşdur. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X6 iddiaçı ilə eyni məzmunda çıxış edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı qanunsuz olaraq işdən çıxarılması ilə bağlı müraciət etmişdir. Ərizəçinin əmək müqaviləsinə 30.06.2021-ci il tarixində xitam verilmişdir. İddiaçı ərizəsində işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərini pozaraq xitam verildiyi göstərilmiş və bununla bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət etmişdir. İddiaçı iddia ərizəsini Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində qeyd olunan iddia müddətini ötürərək təqdim etmişdir. Belə ki, qeyd olunan mübahisə əmək qanunvericiliynə aid olduğuna görə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İşin faktiki əsaslarına əsasən 30.06.2021-ci ildə işçinin əmək müqaviləsinə xitam verilmişdir. Bu zaman işçi Əmək Məcəlləsinə uyğun olaraq 1 ay ərzində məhkəməyə müraciət etməlidir. Görünür ki, iddiaçı iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. Onun məhkəməyə müraciət etməzdən öncə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə müraciət etməsi iddia müddətinin axımına heç bir təsir göstərmir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bununla yanaşı iddiaçının əmək müqaviləsinə xitam verilərkən ona qanunvericilikdə nəzərdə tutulan təminatlar ödənilmişdir. İddiaçı əvvəllər işlədiyi "xxxx" MMC-də işlədiyi müddətdə istifadə olunmamış məzuniyyətlərə görə kompensasiyanın öədənilməsini tələb etmişdir. "xxxx" MMC ilə "xxxx" MMC-in heç əlaqəsi yoxdur "xxxx" MMC ayrıca hüquqi şəxs olaraq fəliyyət göstərir. İddia tələbinin əsassız olduğundan təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" MMC-nin vəkili X3 cavabdeh "xxxx" MMC-nin direktoru Cavabdeh ilə eyni məzmunda çıxış edərək iddianın əsassız olduğundan rədd edilməsini məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- "xxxx" MMC-nin direktor müavini U.Həsənov tərəfindən imzalanmış 20 may 2021-ci il tarixli, 04/k nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı 20.05.2021-ci il tarixdən Gəncə bölgəsinə supervayzer vəzifəsinə işə qəbul olunmuşdur. ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01.04.2014-cü il tarixdə 04 nömrəli əmrlə "xxxx" MMC-nin Gəncə bölgəsinə reklamçı vəzifəsinə qəbul olunmuşdur. 03.10.2016-cı il tarixdə 10 nömrəli əmrlə supervayzer vəzifəsinə qəbul olunmuşdur. 05.10.2018-ci il tarixdə 10 nömrəli əmrlə AR-nin ƏM-nin 68-ci maddəsinin 2ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 20.10.2018-ci il tarixdə 09 nömrəli əmrlə "xxxx" MMC-nin Gəncə bölgəsinə supervayzer vəzifəsinə qəbul edilmişdir. 03.01.2019-cu il tarixdə 01 nömrəli əmrlə əmək müqaviləsinə AR-nin ƏM-nin 75.2-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. 04.01.2019-cu il tarixdə 01 nömrə əmrlə “X8” MMC-nin Gəncə şöbəsinə supervayzer vəzifəsinə qəbul edilmişdir. 19.05.2021-ci il tarixdə 36 nömrəli əmrlə AR-nin ƏM-nin 68.2-ci maddəsinin «a» bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. 20.05.2021-ci il tarixə 04/k nömrəli əmrlə "xxxx" MMC-nin Gəncə bölgəsinə supervayzer vəzifəsinə qəbul edilmişdir. 30.06.2021-ci il tarixdə 13/4 nömrəli əmrlə AR-nin ƏM-nin 70-ci maddəsinin «b» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsi tərəfindən iddiaçıya ünvanlanmış 11.11.2021-ci il tarixli məktubdan görünür ki, «Şah-96” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərə əsasən əmək müqaviləsinə 30.06.2021-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əsasən xitam verildiyi və son haqq-hesabının hesablanaraq ödənildiyi müəyyən olunmuşdur.Həmin sənədlərə əsasən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 77-ci maddəsinin tələblərinin pozulduğu aşkar edilmişdir. Bu səbəbdən, "xxxx" MMC-nin direktor müavini barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə müvafiq olaraq, 11.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Mediyasiya Şurası tərəfindən verilmiş 02.02.2022-ci il tarixli, 2022-003551 nömrəli ilkin mediyasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, "xxxx"MMCnin nümayəndəsi 02.02.2022-ci il tarixə saat 17:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sesiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. «Şah-96” MMC-in direktor müavini U.Həsənov tərəfindən imzalanmış 30 iyun 2021ci il tarixli, 13/k nömrəli əmrdən görünür ki,Gəncə bölgəsinin supervayzeri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən 30.06.2021-ci il tarixdən xitam verilmişdir. "xxxx" MMC-in direktoru Cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizədən görünür ki, cavabdeh iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair İddiaçı tərəfindən verilmiş etiraz ərizəsindin görünür ki, iddiaçı iddia müddətinin keçməsinin səbəbini əmək kitağçasının ona gec təqdim olunması və anasının xəstə olması ilə əlaqələndirərək, hüquqlarının pozulduğunu və aldadıldığını bilərək əmək müfəttişliyinə və digər orqanlara mübahisənin həlli ilə bağla şikayət etdiyini bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üçün əhəmiyyətli olan halları araşdıraraq tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, idiaçı ilə Şah-96” MMC arasında əmək müqaviləsi bağlanaraq iddiaçı 20 may 2021-ci il tarixli əmrlə Şah-96” MMC-in Gəncə bölgəsində supervayzer işinə qəbul olunmuşdur. 30 iyun 2021-ci il tarixli əmrlə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «b» bəndinə əsasən xitam verilmişdir. İddiaçı iddia etmişdir ki, 01.04.2014-cü il tarixdə 04 nömrəli əmrlə "xxxx" MMC-nin Gəncə bölgəsinə reklamçı vəzifəsinə qəbul olunmuşdur. 03.10.2016-cı il tarixdə 10 nömrəli əmrlə supervayzer vəzifəsinə qəbul olunmuşdur. 05.10.2018-ci il tarixdə 10 nömrəli əmrlə AR-nin ƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 20.10.2018-ci il tarixdə 09 nömrəli əmrlə "xxxx" MMC-nin Gəncə bölgəsinə supervayzer vəzifəsinə qəbul edilmişdir. 03.01.2019-cu il tarixdə 01 nömrəli əmrlə əmək müqaviləsinə AR-nin ƏM-nin 75.2-ci maddəsinin ç bəndinə əsasən xitam verilmişdir. 04.01.2019-cu il tarixdə 01 nömrə əmrlə “X8” MMC-nin Gəncə şöbəsinə supervayzer vəzifəsinə qəbul edilmişdir. 19.05.2021-ci il tarixdə 36 nömrəli əmrlə AR-nin ƏM-nin 68.2-ci maddəsinin «a» bəndinə əsasən heç bir lüzum olmadan əmək müqaviləsinə 4 dəfə xitam verilmiş və yenidən işə qəbul olunmuşdur. Göründüyü kimi iddiaçı öz tələbinin əsası kimi «Cahan Holdinq» MMC ilə aralarında bağlanmış müqavilələri mübahisləndirməklə həmin MMC-in qanunsuz hərəktlərə yol verildiyini göstərmişdir. Bununla yanaşı iddiaçı Mediasiya Şurasına «Cahan Holdinq» MMC-yə qarşı «əmrin ləğvi, işə bərpa və ondan irəli gələn digər məsələlərlə bağlı» müraciət etmişdir. Halbu ki, "xxxx" MMC hüquqi şəxs olmaqla məhz iddiaçının mübahsələndirdiyi 30 iyun 2021-ci il tarixli, 13/k nömrəli əmr "xxxx" MMC tərəfindən verilməklə iddiaçı ilə hüquq münasibəti "xxxx" MMC arasında yaranmışdır. Bununla belə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər idarəsinin 11.11.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı hüquqlarının pozulması ilə bağlı 24.09.2021-ci il tarixdə X5 Xidməti Bakı şəhər idarəsinə müraciət etməklə barəsində verilmiş əmrdən məlumatı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra-Əmək Məcəlləsi) 296cu madəsinin 2-ci hissəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır.X5 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsinə əsasən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər (Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər). Göründüyü kimi iddiaçı iddia müddətinin ötürülməsinin səbəbini əmək kitabçasının ona gec təqdim olunması və anasının xəstə olması ilə əlaqələndirsə də əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 24.09.2021-ci il tarixdə X5 Xidməti Bakı şəhər idarəsinə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsində isə göstərilir ki, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, iddia müddəti keçdiyindən və cavabdeh tərəfindən iddiaçıya son haqq-hesab ödənildiyindən İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa, işləmədiyi dövr üçün aylıq əmək haqqının ödənilməsi və istifadə olunmamış məzuniyyətlərə görə kompensiyasının ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutub məhkəmə, qət etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı işə bərpa, işləmədiyi dövr üçün aylıq əmək haqqının ödənilməsi və istifadə olunmamış məzuniyyətlərə görə kompensiyasının ödənilməsi tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar