Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1117/2021 11.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsi üzərində istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, X1 prospekti 237 ünvanda yerləşən 1 nömrəli evin 18 nömrəli mənzilindən istifadə hüquqlarının itirilməsinə və ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının keçirilməsi vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi barədə məhkəmə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 165-ci maddəsinin göstərişinə uyğun olaraq işin məhkəmdə baxılmağa hazırlanması zamanı müəyyən olundu ki, işə məhkəmə qaydasında baxılmalı deyildir. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbinin mahiyyəti cavabdehlərin alqı satqı müqaviləsindən sonra, başqa ünvanda yaşamaqla iddiaçıya məxsus mənzildə formal olaraq qeydiyyatda qalmaları ilə bağlıdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun şəxsin yaşayış yeri üzrə qeyddiyyatdan çıxarılmasından bəhs edən 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır və qeydiyyatdan çıxarılmanın əsaslarından biri də şəxsin yaşayış yerini dəyişməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim işin icraatına xitam verir. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasından bəhs edən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi cavabdehlərin, iddiaçının mənzilindən qeydiyyatdan çıxarılmaları tələbi müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməlidir. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsi üzərində istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya cavabdehlərin qeydiyyatdan çıxarılması ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməsi, bundan imtina olunduğu halda müvafiq inzibati məhkəməyə müraciət etməsi hüququ izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: İddiaçı oğlunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsi üzərində istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1117/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1117/2021
11.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver