Məhkəmə qərarları › İş №2(043)-1120/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1120/2020

29.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1120/2020 29.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı «xxxxxxxxxxxxxx» Azərbaycan QSC-in cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14İsbəndi qızına, Cavabdeh15İbrahim qızına, Cavabdeh16 və Cavabdeh17 qarşı yaşayış sahəsindən istifadə hüquqların xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m üə y y ə n e t d i : İddiaçı «xxxxxxxxxxxxxx» Azərbaycan QSC-in cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh14İsbəndi qızına, Cavabdeh12, Cavabdeh15İbrahim qızına, Cavabdeh16 və Cavabdeh17 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin Gəncəşəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 3 nömrəli evin 2 nömrəli mənzilindən istifadə hüquqlarına xitam verilməsinə və onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmasına qətnamə qbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iş iştirakları olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki,X7 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(043)-215/2017 saylı icra vərəqəsi üzrə ipoteka predmeti olan X3 məxsus X7 rayonu V.Xuluflu küçəsi ev 3 mənzil 2 ünvanda yerləşən mənzil hərraca çıxarılmış və alıcı olmadığıüçün tələbkar “xxxxxxxxxxxxxx Azərbaycan" QSC tərəfindən xx.xx.2018-ci il tarixli AN-İ№ 17/06 saylı Hərracın yekunlarıı barədə protokola və xx.xx.2018-ci il tarixli Hərracın yekunları üzrə əmlakın alqı- satqısı barədə müqaviləyə əsasən əldə edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 20.11,2018-cü il tarixli, seriya RX № ******* saylı Çıxarışa əsasən ünvan 2 mənzil 2 ünvanında yerləşən mənzil "xxxxxxxxxxxxxx Azərbaycan" QSC-nin mülkiyyətinə keçmişdir. İddiaçının mülkiyyətində olan mənzildəəvvəllər qeydiyyatda olan cavabdehlər mənzili iddiaçıya satdıqdan sonra 90 (doxsan) gün müddətində qeydiyyatdan çıxacaqlarını bildirsələr də lakin onlar, əsassız araq bu günə kimi qeydiyyatdan çıxmamışdırlar ki, bu da iddiaçının mülkiyyətçi kimi bir sıra hüquqlarını məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Bununla bağlı olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi GəncəŞəhəri Baş Polis idarəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə Müraciət edilmişdir. Müraciətə cavab olaraq həmin ünvanda qeydiyyatda olan X1, Cavabdeh3 və Cavabdeh1 qeydiyyatdan çıxarıldıqları barədəməlumatı verilmişdir. Daha sonradan Elektron Notariat sisteminin avtomatlaşdırılmışinformasiya sistemindən çıxan xx.xx.2020-ci il tarixli çıxarışda həmin ünvanda qeydiyyatda 19 nəfər şəxs olduğu qeyd edilmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərdi ki, cavabdehlərdən X4 və Cavabdeh3 onun ailəüzvlərdidir. Digər qeydiyyatda olan şəxsləri tanımır. Onların mülkiyyətində olan Gəncəşəhəri, V.Xuluflu küçəsi 3 nömrəli evin 2 nömrəli mənzili banka ipoteka qoyulduğu üçün hərracda satılmışdır. Hazırda evləri bankın mülkiyytinə keçmişdir. Bankla öz aralarında razılığa gəlmişlər ki, pulu ödəsinlər, ev onlara qaytarılsın. Digər cavabdehlərə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə bildiriş göndərilməsinə baxmayaraq həmin ünvanda yaşamadıqlarıüçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə bildiriş göndərərək MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməlidir. Mülki işəəlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmişRX ******* seriyalı çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Gəncəşəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi ev 3 mənzil 2 tam mülkiyyət hüququ üzrə“xxxxxxxxxxxxxx Azərbaycan" QSC-yə məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünəüstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinəəsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılmasıüçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailəüzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmişöhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmışşəxslər beləöhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinəəsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinəəsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuşşərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinəəsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, ünvan 3 mənzil 2 ünvanda qeydiyyatda olan cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh14İsbəndi qızının, Cavabdeh12, Cavabdeh15İbrahim qızının, Cavabdeh16 və Cavabdeh17 istifadə hüquqlarına xitam verilməlidir. İddia tələbinin pasport qeydiyatından çıxarılması tələbinə gəldikdə isə məhkəmə qeyd edir ki, iddia tələbi həmin hissədə təmin olunmamalıdır. Belə ki,Yaşayış yeri və olduğu yer haqqında» Azərbaycan Respublikasının x xxxxx 1996-cı il tarixli, 55-İQ saylı Qanununun şəxsin yaşayış yeri üzrə qeyddiyyatdan çıxarılmasından bəhs edən 9-cu maddəsinə əsasən şəxs yaşayış yeri üzrə qeydiyyatdan müvafiq icra hakimiyyəti orqanları tərəfindən çıxarılır. MPM-in 191-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 20 manat dövlət rüsümü tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Gəncəşəhəri, Kəpəz rayonu, V.Xuluflu küçəsi 3 nömrəli evin iddiaçı «xxxxxxxxxxxxxx» Azərbaycan QSC-in mülkiyyətində olan 2 nömrəli mənzilindən cavabdehlər Cavabdeh1, X2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh14İsbəndi qızının, Cavabdeh12, Cavabdeh15İbrahim qızının, Cavabdeh16 və Cavabdeh17 istifadə hüquqlarına xitam verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X7 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar