Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1128/2020 03.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus, Gəncə şəhərinin Kəpəz rayonunun İdris Məşədizaman oğlu küçəsində yerləşən 4 nömrəli evin 69 saylı mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, Gəncə şəhərinin Kəpəz rayonunun İdris Məşədizaman oğlu küçəsində yerləşən 4 nömrəli evin 69 saylı mənzili anası X2 məxsus olmuş və xx.xx.2017-ci ildə anası tərəfindən ona bağışlanmışdır. xx.xx.2018-ci ildə Gəncə şəhər Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışa əsasən ev onun mülkiyyətinə keçmişdir. Cavabdeh onun 1997-ci ildə boşandığı keçmiş arvadından olan oğludur. Ayrılandan sonra təkcə cavabdeh ona bağışlama yolu ilə keçən evdə qeydiyyatda qalmışdır. Deyilənə görə, cavabdeh uzun illərdir ki, köçüb Bakı şəhərində yaşayır. Hazırda cavabdehin harada olması ona məlum deyil. Ev sırf onun istifadəsində və sahibliyindədir. Hazırda heç bir yerdə işləmir, ailəsi var və cavabdehin onun evində formal qeydiyyatda olması kommunal xərclərə görə ona çətinlik yaradır. Bu da maddi cəhətdən ailəsinin dolanışığına zərər vurur. Həmçinin cavabdehin formal olaraq onun evində pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarını pozur, evə dair istədiyi kimi sərəncam verə bilmir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına və qiyabi qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün saymışdır. İş materiallarına əlavə edilmiş: xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 şəhəri, Kəpəz rayonu, İdris Məşədizaman oğlu küçəsi, bina 4, mənzil 69 ünvanında yerləşən mənzili İddiaçı bağışlamışdır. RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mülk tam mülkiyyət hüququ ilə xx.xx.2018-ci ildə ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 66 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı ilə X4 arasında nikah xx xxxxxxx 1997-ci ildə pozulmuşdur. Gəncə şəhəri Kəpəz rayonu Evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh həmin ünvanda qeydiyyatda olmasına baxmayaraq uzun illərdir ki, orada yaşamır və yaşayış yeri məlum deyildir. Məhkəmə iddiaçının vəkilinin izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sübutları tədqiq edib onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, xx.xx.2009-cu il tarixədək, yəni mübahisəli hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 60-cı maddəsinə əsasən, icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsindən istifadə hüququ altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzrlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə, məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Məhkəməbaxışındamüəyyənedilmişdirki, ünvan 1 çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının oğlu olmaqla, anası ilə atası arasında nikah pozulduqdan sonra həmin mənzildə yaşamamış, valideynlərinin ayrılması ilə əlaqədar həmin mənzili tərk etmişdir və uzun illərdir ki, iddiaçıya məxsus mənzildə yaşamır. Məhkəmə tərəfindən cavabdehin adına qeydiyyatda olduğu ünvana göndərilmiş məhkəmə bildirişlərinin həmin ünvanda yaşamaması səbəbindən qəbul edilməməsi də cavabdehin orada yaşamadığını bir daha təsdiq edir. Cavabdehin mənzildə olan pasport qeydiyyatı hazırda formal xarakter daşımaqla “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsində təsbit edilmiş, həmin qanunun məqsədlərinin təmin edilməsinə xidmət etmir. Mübahisəli mənzildən cavabdehin istifadə hüququnun itirilməsinə dair mübahisənin həll edilməsi hüquqi müəyyənlik prinsipi baxımından və iddiaçının öz mülkiyyətindən sərbəst istifadə etməsinə yaranan məhdudiyyətin zəruri və əsaslı olubolmaması baxımından əhəmiyyət kəsb edir. Bu hüquq münasibətlərinə aydınlıq gətirilmədikdə cavabdehin iddiaçıya məxsus mənzildən istifadə hüququ qeyri-müəyyən müddətə saxlanılmış olacaqdır ki, bu da iddiaçının mülkiyyət hüququna əsaslandırılmamış müdaxilə hesab edilməlidir. Cavabdehin mənzili könüllü olaraq tərk etməsini və tərk etmənin səbəbinin onun valideynlərinin boşanması olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin mənzildən getməsi müvəqqəti hesab edilə bilməz. Cavabdeh yaşamaq üçün özünə başqa yaşayış yeri seçdiyindən iddiaçının mülkiyyətində olan yaşayış sahəsinə olan ehtiyacı, bununla da,cavabdehin mübahisəli mənzilə olan istifadə hüququnun saxlanması üçün zərurət aradan qalxmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin olunmalı, cavabdehin iddiaçıya məxsus, Gəncə şəhərinin Kəpəz rayonunun İdris Məşədizaman oğlu küçəsində yerləşən 4 nömrəli evin 69 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab olunmalıdır. Odur ki, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Gəncə şəhərinin Kəpəz rayonunun İdris Məşədizaman oğlu küçəsində yerləşən 4 nömrəli evin 69 saylı mənzilinə olan istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-1128/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-1128/2020
03.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver