Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1179/2021 07.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh oğlunun iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh oğluna qarşı mənzildən istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək əri Cavabdeh order əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən 25 saylı mənzilə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib izahatında göstərdi ki, Cavabdeh onun əridir.Onunla xx.xx.1989-cu il tarixdə nikah qeyd etdirməklə evlənmişlər. Birgə yaşayış dövründə iki uşaqları olmuşdur. xx.xx.1995-ci il tarixdə X3 və xx.xx.1996-cı il tarixdə X2 anadan olmuşdur. Cavabdehə 1992-ci il tarixdə işlədiyi yerdən xidməti order əsasında ünvan 1, 25 saylı mənzil verilmişdir. Orderdə ailə üzvü kimi onun adı da qeyd olunmuşdur. Belə ki, o, həmin ünvanda qeydiyyatdadır. Cavabdeh son vaxtlar tez-tez sərxoş olaraq onu döyüb evdən qovmuşdur. Onun yaşamaq üçün başqa evi, mənzili yoxdur. Ona görə də məcbur olub hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh oğlu iddianı qəbul edərək, göstərdi ki, İddiaçı ilə xx.xx.1989-cu ildə ailə qurmuşlar və həmin vaxtdan hazırki mübahisəli mənzildə yaşayırlar. İddiaçının mübahisəli mənzildən istifadə hüququnun tanınmasına və həmin mənzilə köçürülməsinə etiraz etmədiyini bildirdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- Vİ-JQ 458435 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh oğlu arasında olan nikah xx.xx.1989-cu ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat (VVAQ) şöbəsində 698 nömrə ilə qeydə alınmışdır; XVİİİ-JQ 443978 nömrəli və XX-JQ 268106 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.1995-ci il tarixdə Əli və xx.xx.1996-cı il tarixdə Həsən adlı uşaqları anadan olmuşdur. xx.xx.1992-ci il tarixli, 98 nömrəli orderinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil Cavabdeh istifadəsinə verilmiş, İddiaçı ailə üzvü kimi qeyd olunmuşdur. xx.xx.2021-ci il tarixli, 78 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yerləşən 25 saylı mənzildə yaşayır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər 1989-cu ildə ailə qurmuşlar.1992-ci il tarixli, 98 nömrəli orderlə ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil Cavabdeh və ailə üzvü İddiaçı istifadəsinə ferilmişdir. İddiaçı iddia edir ki, cavabdeh onu evdən qovmuşdur. Cavabdeh isə iddia tələbinə qarşı etiraz etməyərək, iddiaçının istifadə hüququnun tanınmasına və onun mübahisəli mənzilə köçürülməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, tərəflərin izahatını dinləyib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evlərindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi tərəflər arasında olan hüquq münasibətləri 1989-ci ildə yaranmışdır. Ona görə də hazırki mübahisə xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinə uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin: 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər; 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər; 54-cü maddəsinə görə icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM-in 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Göründüyü kimi mübahisəli mənzil tərəflərin birgə nikah dövründə sosial kirayə müqaviləsi ilə istifadələrinə verilmiş və iddiaçı cavabdehlə birgə təsərrüfat arpararaq həmin mənzildə yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə etmişdir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, iddiaçı İddiaçı Gəncə şəhəri, Hərbi şəhərcik 38/83 ünvanda yerləşən 400 nömrəli binanın 25 saylı mənzilindən istifadə hüquququ tanınmaqla həmin mənzilə köçürülməlidir. İddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb edilmədiyi üçün iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. İddiaçı Gəncə şəhəri, Hərbi şəhərcik 38/83 ünvanda yerləşən 400 nömrəli binanın 25 saylı mənzilindən istifadə hüquququ tanınmaqla həmin mənzilə köçürülsün. İddia ərizəsi verilərkən ödənilmiş 10 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev
Məhkəmə qərarları › İş №2(043)-1179/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1179/2021
07.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver