Məhkəmə qərarları › İş №2(043)-1195/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1195/2021

05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1195/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, ərizəçi X3 maraqlı şəxs Şəmkir Rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizəsininin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: Ərizəçi X4 maraqlı şəxs Şəmkir Rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, onun Ərizəçi xx xxx 1960-cı ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olması, ata qrafasında X7, ana qrafasında X2 qeyd olunmaqla hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri öyrənərək hesab edirəm ki, xüsusi icraat qaydasında baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Ərizə və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, ərizəçi X1 rayonunun Seyfəli kəndində yerləşən mərhum valideyinlərinə məxsus həyatyanı sahənin Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirməsi və çıxarış alınması üçün ona məxsus doğum şəhadətnaməsinin təqdim edilməsi zərurəti yaranmışdır. O, xx xxx 1960-cı il tarixdə 142 saylı doğum haqqında akt qeydiyyat kitabında qeydə alınmış Şəmkir rayon Vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir. Doğum haqqında şəhadətnamənin təkrar verilməsi məqsədi ilə Vətəndaşlıq vəziyyəti Aktlarının Reyestr Xidmətinə müraciət etmiş, ancaq həmin xidmət tərəfindən verilmiş arayışda onun doğum haqqında akt qeydi aşkar olunmaması bildirilmişdir. Ona görə də onun xx xxx 1960-cı ildə Şəmkir rayonunun Seyfəli kəndində anadan olması, ata qrafasında X7, ana qrafasında X2 qeyd olunmaqla hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəyə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli, 646 nömrəli doğum akt qeydinə dair arayışdan görünür ki, Ərizəçi xx xxx 1960-cı ildə Şəmkir rayonu Seyfəli kəndində anadan olmuşdur. Bu barədə xx xxx 1960-cı il tarixdə Şəmkir rayonu Seyfəli kənd icra nümayəndəliyində 142 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Ana qrafasında X8 qeyd edilmiş, ata qrafası boş saxlanılmışdır. Ərizəyə əlavə olunmuş Maraqlı şəxs 05/Q-653 nömrəli, xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Maraqlı şəxsnə Gəncə şəhər Kəpəz rayon sakini Ərizəçi müraciət edərək Şəmkir rayon Seyfəli kənd icra nümayəndəliyində tərtib edilmiş xx.xx.1960-cı il tarixdə 142 saylı doğum haqqında akt qeydində atalığın müəyyən edilməsini xahiş etmişdir. Faktiki ata X7 xx.xx.1992-ci il tarixdə vəfat etdiyindən atalığın müəyyən edilməsinin könüllü etirafı ilə qeyd edilməsi Maraqlı şəxs imkanı xaricindədir. Şəmkir rayonu İcra Hakimiyyəti Başçısının Aşağı Seyfəli kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 157 nömrəli arayışından görünür ki, Ərizəçi 1960, işləyir, ondan ötrü ki, Şəmkir rayonu Seyfəli kəndində doğulub, Gəncə şəhərində qeydiyyatda olmaqla yaşayır. Kənd ərazisində ailə üzvləri:- X7, atası, vəfat edib; X5, anası, vəfat edib; X9, qardaşı, işləyir; X6, qardaşı, işləmir. Göründüyü kimi, ərizəyə əlavə edilmiş sənədlərdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum akt qeydinin mövcud olmaması göstərilməmiş, ərizəçinin doğum akt qeydinin mövcud olmasına baxmayaraq sadəcə həmin qeydlərdə ata qrafasının boş olması, ərizəçiyə atalığın etirafı faktının onların imkanı xaricində olması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin diqqətinə çatdırır ki, ərizədə göstərilən doğumun qeyd edilmə faktı o halda məhkəmə qaydasında müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir. Hazırda vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda onun doğum akt qeydi mövcud olduğundan, dövlət qeydiyyatı kitabında olan yanlışlıq və ya uyğunsuzluq vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən aradan qaldırıla bilər. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Eyni zamanda həmin plenum qərarında qeyd olunur ki, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquq müəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmçinin izah olunur ki, ərizəçi doğum akt qeydində olan anlaşılmazlığın aradan qaldırılması üçün vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqana müraciət etməli, əgər həmin orqan yalnışlığın aradan qaldırılmasından imtina etsə, həmin orqanın qərarından və hərəkətlərindən aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən, qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə görə isə, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 2-ci maddəsində isə, inzibati orqan, inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs isə maraqlı şəxs kimi tanınmışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ərizənin yolverilməzliyinə görə məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4 və 153.5-ci maddələrinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldım: Ərizəçi X3 maraqlı şəxs Şəmkir Rayonu Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsinə” dair ərizənin qəbul edilməsindən imtina olunsun. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar