Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1224/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı doğum faktının qeydə alınmaqla doğum qeydində düzəliş aparılması tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olması faktının təsdiq edilməsinə və doğum qeydində düzəliş aparılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, o, xx xxxxxx 1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuşdur. Doğumu qeydə alınaraq ona doğum haqqında şəhadətnamə verilmişdir. Lakin doğum şəhadətnaməsində doğum tarixi yəni doğulduğu ay və gün gəstərilməmişdir. Hazırda təqaütə çıxmaq istəyir lakin doğum şəhadətnaməsində doğulduğu ay və gün göstərilmədiyi üçün ona təqaüd təyin edilməsindən imtina edilmişdir. Maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsi məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və işdə olan sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin doğumu barədə qeydiyat aparılaraq ona doğum haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə hazırda mövcuddur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kmi ərizəçi 1959-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olması faktının təsdiq edilməsini xahiş etmişdir ki, həmin faktı təsdiq edən ərizəçinin doğum haqqında şəhadətnaməsi mövcuddur. Ərizəçinin doğum akt qeydində doğulduğu günün və ayın göstərilməmsinə gəldikdə isə məhkəmə qeyd edir ki, ərizəçi onun doğumunu təsdiq edən sənədlə (doğum haqqında şəhadətnamə ilə) qeydiyyat orqanına müraciət etməklə həmin halları aradan qaldırmaq imkanında olduğu halda məhkəməyə müraciət etmişdir.(Ailə Məcəlləsi.mad 162) Belə ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarının 2.26-cı bəndində göstərilmişdir ki, doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə doğum ayı və günü qeyd olunmadan doğum ili göstərilmişdirsə, Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında akt qeydinin tamamlanması zamanı, ərizəçinin arzusu ilə doğum günü həmin ilin iyul ayının 1-i göstərilir. Əgər ilin birinci yarısı doğum vaxtı kimi göstərilmişdirsə, doğum günü həmin ilin aprel ayının 1-i, ilin ikinci yarısı göstərilmişdirsə, doğum günü həmin ilin oktyabr ayının 1-i göstərilir. Doğum günü qeyd olunmadan, doğum ili və ayı göstərilən hallarda, doğum günü həmin ayın 15-i göstərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim işin icraatına xitam verir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı xx.xx.1959-cu il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulması faktının müəyyən edilməsi və doğum akt qeydində düzəliş aparılmasına dair ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, ərizəçiyə müvafiq Qeydiyyat şöbəsinə müraciət etməsi izah olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı doğum faktının müəyyən edilməsi və doğum akt qeydində düzəliş aparılmasına dair ərizəsi üzrə mülki iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1224/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1224/2021
14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver