Məhkəmə qərarları › İş №2(043)-1229/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1229/2021

05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1229/2021 05.03.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlu, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar ayrıca prosessual qaydada baxaraq, m ü ə y y ə n e t d i m: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək babası X2 məxsus olmuş Gəncə şəhəri, Kəpəz Rayonu, Məmmədyarov küçəsi, 66 saylı evin onun tərəfindən faktiki miras əmlakı kimi qəbul edilməsi faktının müəyyən edilməsinə və həmin evə münasibətdə onun mərhum babası X1 qanun üzrə vərəsəsi sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçi miras əmlaka dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi haqqında Gəncə şəhəri 5 saylı notariat ofisinə müraciət etmiş, notariat ofisi tərəfindən ərizəçidən müəyyən sənədlər tələb olunmuşdur. Ərizəçi həmin sənədləri notariat ofisinə təqdim edib, qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etməli olduğu halda təkrarən məhkəməyə müraciət etmişdir. Halbu ki, Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(043)-3286/2020 nömrəli qərardadında ərizəçinin notariat ofisinə müraciət etməsi hüququ izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi ərizəçi mirası qəbul etməsi barədə notariat ofisinə xx.xx.2020ci il tarixdə mürasiət etməklə mirası qəbul etməsi müdətini keçirməmiş və yenidən notariat ofisinə müraciət etməklə vərəsəlik haqqında şəhadətnamənin əldə olunması imkanını itirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. İddia ərizəsinin mümkünlüyündən bəhs edən MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri 5 saylı notariat ofisinə qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar