Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1230/2020 11.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Vəli Əsgər oğlunun sədrliyi, Şıxməmmədov İlkin Məzahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhərinin Kəpəz rayonunun 4-cü mikrorayonunda yerləşən 23 saylı evin 65 nömrəli mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia tələbini bununla əsaslandırmışdır ki, Gəncə şəhərinin Kəpəz rayonunun 4-cü mikrorayonunda yerləşən 23 saylı evin 65 nömrəli mənzili ona məxsusdur. Cavabdehlər evin keçmiş sakinləridir. O, həmin şəxsləri tanımır və cavabdehlər onun evində qeydiyyatda qalmaqla mülkiyyət hüququnu pozurlar. Cavabdehlər onun evində formal olaraq qeydiyyatda olduqlarında görə məcbur olub kommunal xidmətlərə görə artıq pul ödəyir. Hesab edir ki, cavabdehlər faktiki olaraq onun evində yaşamadıqlarına görə həmin evdən istifadə hüquqları itirilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinin tələblərinə əsasən məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının təşəbbüsü ilə dəvət olunmuş şahidlər: X1 bildirdi ki, iddiaçının qonşuluğunda yaşayır. Cavabdehlər 12-13 il olar ki, iddiaçıya məxsus evdə yaşamırlar. X2 bildirdi ki, iddiaçı ilə qonşudur. Cavabdehlər iddiaçıya məxsus evin keçmiş sakinləridir və orada yaşamırlar. İş materiallarına əlavə olunmuş MA seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mülk tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2011-ci ildə, ********** qeydiyyat nömrəsi ilə 11 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə izahatları dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən buhərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İş materiallarına əlavə olunmuş və yuxarıda adı çəkilən çıxarışdan göründüyü kimi Gəncə şəhərinin Kəpəz rayonunun 4-cü mikrorayonunda yerləşən 23 saylı evin 65 nömrəli mənzili İddiaçı xüsusi mülkiyyətidir. İddiaçı tərəfindən ev alındıqdan sonra cavabdehlər həmin mənzildə yaşamamış, lakin formal olaraq həmin evdə qeydiyyatda qalmışdırlar. Mənzilin özgəninkiləşdirilməsi və iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə cavabdehlər evə olan istifadə hüquqları da daxil olmaqla, bütün hüquqlarını itirmişdirlər. Odur ki, məhkəmə şərh olunanlara əsaslanıb, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-220, 227, 231 və 357-362-ci maddələrini rəhbər tutub Q Ə T E T D İ: İddia təmin olunsun. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhərinin Kəpəz rayonunun 4-cü mikrorayonunda yerləşən 23 saylı evin 65 nömrəli mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vəli Abdullayev
Məhkəmə qərarları › İş №2(043)-1230/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1230/2020
11.03.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver