Məhkəmə qərarları › İş №2(043)-1251/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1251/2020

24.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1251/2020 24.08.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı qızının iştirakı ilə, İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı mənzildən istifadə hüquqlarına xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı qızı cavabdehlər X2 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin onun mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Puşkin küçəsində yerləşən 125 nömrəli fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında MPM-in 184-cü maddəsinin göstərişinə uyğun olaraq işin və mübahisənin vəziyyəti müzakirə edilib, bütün sübutların təqdim edilib-edilməməsi araşdırılarkən iddiaçı iddianın predmetinin dəyişdirilməsi barədə ərizə təqdim edərək cavabdehlərin onun mülkiyyətində olan fərdi yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını və eyni zamanda cavabdehdərdən Cavabdeh1 soyadının Yusubov kimi oxunmasını xahiş etmişdir. MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinə iddianın dəqiqləşdirildiyi kimi baxılmışdır. Məhkəmə iclasında İddiaçı qızı göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Puşkin küçəsi 125 nömrəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülki alandan sonra evdə qeydiyyatda olan cavabdehlər qeydiyyatdan çıxmalarına söz versələr belə, bu günə kimi qeydiyyatdan çıxmamışlar. Hazıda cavabdehlərin harada yaşmaları ona məlum deyil, cavabdehlər formal olaraq onun mülkiyyətində qeydiyyatdadırlar. Cavabdehlərin onun evində qeydiyyatda qalmaları əlavə kommunal xərcləri ödəməklə onun mülkiyyət hüququnu pozduğu üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər X2 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qeydiyyatda olduqları yer üzrə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq həmin ünvanda yaşamadıqları üçün bildirişin onlara təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehlərin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb tətbiq olunmalı hüquq normaları baxımından hesab edir ki, iddia təmin edilməlidir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - 20411 nömrəli Qeydiyyat Vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Puşkin küçəsi 125 nömrəli ev tam mülkiyyət hüququ üzrə Namazova (Mürsəlova) Qənirə Abdulhəsən qızının adına rəsmi reyestrdə qeydiyyata alınmışdır; Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli, ******* nömrəli arayışdan görünür ki, YusubovSəfər Yusif oğlu və Cavabdeh2 Gəncə şəhəri, Kəpəz rayonu, Puşkin küçəsi 125 nömrəli evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfinldən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.(Konstitusiya. mad. 29.) Digər hüquq və azadlıqlarla yanaşı mülkiyyət hüququnun müdafiəsi vasitələrindən biri də Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. MM-in 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun (Azərbaycan Respublikasının xx xxxxxx 2001-ci il tarixli Qanunu ilə təsdiq olunmuş) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan qanunvericilikdən göründüyü kimi əsas insan hüquqlarından biri olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İşin mübahisə edilməyən hallarından müəyyən olur ki, iddiaçının iddia etdiyi ev mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunla qorunan mülkiyyət hüququna edilən qəsdlərə və ya başqa maneələrə son qoyulmaqla cavabdehlərin Gəncə şəhəri, Kəpəz rayonu, Puşkin küçəsi 125 nömrəli evdən istifadə hüquqları itirilmiş hesab edilməlidir. İş üzrə ödənilmiş 10 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər X1 və Cavabdeh2 İddiaçı qızının mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Puşkin küçəsi 125 nömrəli fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. İş üzrə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar