Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1259/2022 01.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Zaman Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs "xxxx" ASC-yə qarşı hüquqi əhəmiyyəti olan sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs "xxxx" ASC-yə qarşı hüquqi əhəmiyyəti olan sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, keçmiş Kirovabad (indiki Gəncə) şəhəri 101 saylı Tikinti İdarəsinin tikinti komitəsi tərəfindən mərhum atası X4 Kirovabad (Gəncə) şəhəri 4-cü mikrorayon, bina 23a, mənzil 18də yerləşən 5 otaqlı mülkün verilməsinə dair 13 noyabr 1986-cı il tarixli, 714 nömrəli orderdə babasının adının “Məmməd” deyil, "xxxx" kimi tanınması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini bununla əsaslandırmışdır ki Mərhum atası 19 iyul 2006-cı ildə vəfat etmişdir. X1 birliyi vaxtı keçmiş Kirovabad 101 saylı Tikinti İdarəsində uzun illər istehsalatda çalışdığına görə, həmin vaxt meyarlara uyğun olaraq çoxuşaqlı ailə başçısı kimi mənzil növbəsində olan atasına Kirovabad şəhəri (ünvan 1 ünvanında yerləşən 5 otaqlı mülk Kirovabad (ünvan 2inin təqdimatı əsasında Kirovabad şəhər İcraiyyə Komitəsi Xalq deputatları Sovetinin qərarı ilə 13 noyabr 1986-cı il tarixli, 714 №li Orderlə verilmişdir. Nə atasının sağlığında, nə də sonrakı illərdə orderdə öz əksini tapan, Tikinti Komitəsi tərəfindən yol verilən texniki səhv haqqında təsəvvürləri olmayıbdır. Ötən illərdə mənzilin özəlləşdirilməsini planlaşdırsa da bunu edə bilməmişdir. 101 saylı Tikinti İdarəsinin Tikinti Komitəsi isə öz fəaliyyətini Sovetlər Birliyi dağılandan sonra dayandırmış, hazırda Gəncə şəhəri, Vəli Xuluflu küçəsində yerləşən 101 saylı Tikinti İdarəsinin Tikinti Komitəsinin idarə binası özəlləşdirildiyindən bu barədə məlumat əldə edə bilməmişdir. Atasına məxsus bütün şəxsi sənədlərdə atası X2 atasının adı "Məmmədəli" kimi göstərilmişdir. 101 saylı Tikinti İdarəsinin Tikinti Komitəsinin 13 noyabr 1986-cı il tarixli, 714 nömrəli mənzil orderində isə texniki səhv səbəbindən X3 yazılmışdır. Məhz buna görə də bu texniki səhvə görə mərhum atasının adına verilmiş və 13 noyabr 1986-cı il tarixdən atası və övladları yaşadığı halhazırda onun ailə üzvlərinin istifadəsində olan, ünvan 3 ünvanında yerləşən mülkə dair heç bir sənədləşmə, hüquqi hərəkətlər etmək mümkün deyildir. Bundan sonra mənzilin özəlləşdirilməsinin aparılması üçün o, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən ona məhkəməyə müraciət edilməsi tövsiyə olunaraq onun ərizəsinin təminindən imtina olunmuşdur. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə Mənzil Tikinti ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə Mənzil Tikinti ASC-nin 30 mart 2022-ci il tarixli, 03 saylı arayışından görünür ki, X5 101 nömrəli tikinti idarəsində 16.02.1977-ci ildən 01.05.1995-ci ilədək 3-cü dərəcəli qaynaqçı işində işləmişdir. 13 noyabr 1986-cı ildə 714 nömrəli əmr əsasında həmin təşkilatdan ona Gəncə şəhəri 4-cü mikrorayon, bina 23a, mənzil 18 verilmişdir. Orderdə mexaniki səhv olaraq X5 yazılmalı olduğu halda X8 yazılmışdır. AR ƏMDK yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 26 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, orderə əsasən ata adında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, orderə əsasən ata adı “X7” kimi qeyd edilmişdir. Qeyd edilən uyğunsuzluğun aradan qaldırılması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı təqdim ediləcəyi təqdirdə müraciətinizə yenidən baxılacaqdır. Bu səbəbdən müraciətin icrası mümkün olmamışdır. Məhkəmə ərizəçini dinləyib, məhkəmə iclasında tədqiq olunmuş iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq onların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, pozulmuş və mübahisə edilən hüquq və azadlıqları müdafiə və təmin edir; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir; 262.3-cü maddəsinə əsasən işin məhkəmə orqanlarına aid olmaması nəticəsində və ya bu Məcəllənin 261.0.8-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi hazırki ərizəsi üzrə maraqlı şəxs mövcud olmaqla yanaşı keçmiş Kirovabad (indiki Gəncə) şəhəri 101 saylı Tikinti İdarəsinin tikinti komitəsi tərəfindən ərizəçinin mərhum atası X4 Kirovabad (Gəncə) şəhəri 4-cü mikrorayon, bina 23a, mənzil 18-də yerləşən 5 otaqlı mülkün verilməsinə dair 13 noyabr 1986-cı il tarixli, 714 nömrəli orderdə babasının adının “Məmməd” deyil, "xxxx" kimi qeyd olunması faktı Gəncə Mənzil Tikinti ASC-nin 30 mart 2022-ci il tarixli, 03 saylı arayışı ilə təsdiq olunur. Göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülməlidir. Ərizəçi hazırki ərizəsində qeyd olunan fakt isə yuxarıda istinad olunan arayışı ilə tam təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, hazırki işə məhkəmə qaydasında baxıla bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, müvafiq icra hakimiyyəti orqanı (DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi) ərizəçiyə qeyd edilən məsələni əsas gətirərək onun ərizəsinə baxılmasına imtina etdiyi halda ərizəçi İnzibati-Prosessual Məcəllədə nəzərdə tutulan qaydada müvafiq icra hakimiyyəti orqanlarının hərəkətlərindən müvafiq inzibati məhkəməyə şikayət etmək hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə icraata xitam verilməsi işin mahiyyəti üzrə qətnamə çıxarılmadan başa çatdırılmasının elə bir üsulunu nəzərdə tutur ki, bu zaman məhkəmə prosesinin gedişində məhkəməyə müraciət etmiş şəxsin məhkəmə müdafiəsi hüququnun olmadığı və ya onun belə bir hüququnun itirildiyini təsdiq edən və qanunvericilikdə bilavasitə göstərilmiş hallar yaranır və ya belə halların mövcud olması aşkara çıxır. İşin məhkəmədə baxılmalı olmaması işin ümumiyyətlə məhkəməyə aid olmadığını və məhkəməyə aid olsa da, tərəflər arasında mübahisənin olmadığını nəzərdə tutur. Hazırkı mübahisə üzrə də işin məhkəmədə baxılmalı olmaması, yəni mübahisənin olmamasının əsasları məhkəmənin gedişində üzə çıxdığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə icraata, işin məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi maraqlı şəxs "xxxx" ASC-yə qarşı hüquqi əhəmiyyəti olan sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə icraata, işin məhkəmədə baxılmalı olmaması əsası ilə xitam verilsin. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə yazılı şikayət verilə bilər. Sədrlik edən: Zaman İmanov
Məhkəmə qərarları › İş №2(043)-1259/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1259/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver