Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1287/2021 25.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X10 iclas katibliyi, Cavabdeh və üçüncü şəxs qismində cəlb edilmiş Gəncə şəhər Mənzil-X6 nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evdən yaşayış və istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «evdən yaşayış və istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 28 iyul 2009-ci il təvəllüdlü X14 və 18 may 2011-ci ildə anadan olmuş X12 adlı az yaşlı uşaqları ilə birlikdə ünvan 1, 11 saylı mənzilə yaşayış və istifadə hüququnun müəyyən edilməsi və həmin evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun keçmiş həyat yoldaşı olub, o Cavabdeh oğlu ilə 10.07.2008-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşdur. Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov 6, 11 mənzilə gəlin köçmüşdür. Valideynləri tərəfindən verilən cehiz əşyaları da həmin mənzilə yerləşdirilmişdir. Həmin mənzildə Vadim və onun birgə nikahından 28 iyul 2009-ci il tarixdə Romanov Kamal adlı oğulları olmuşdur və 18 may 2011-ci ildə X12 anadan olmuşdur. Aralarında olan anlaşılmazlıq ucbatından bir müddətdir ki, ayrılmışlar və o valideynlərinin evinə getmişdir. Bundan sonra aliment tələbi və nikahın pozulması ilə məhkəməyə müraciət etmiş və Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(043)-109/2021 saylı qətnaməsi ilə aralarında olan nikah qeydi pozulmuşdur. O müvəqqəti olaraq hazırda valideynlərinə məxsus evdə yaşayır. Onun yaşamağa başqa yeri yoxdur. Odur ki, hazırda evdən yaşayış və istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat verərək, onun maddi imkanı olmadığından növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, ona və uşaqlarına məxsus əşyalar həmin mənzildə qalmış, onun daimi yaşayır yeri yoxdur. Məhkəmə iddiaçının İddiaçı iştirakı olmadan məhkəmə baxışını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ifadəsində bildirdi ki, İddiaçı ona qarşı “istifadə hüququnun müəyyən edilməsi və evə köçürülmə” tələbinə dair iddiası tamamilə əsassızıdır. Belə ki, cavabdehlə aralarında bağlanmış nikah qeydi pozulduğundan cavabdehin qeyd edilən mənzilə heç bir istifadə hüququ yaranmır. İddia ərizəsinin məzmunundan da aydın görünür ki, cavabdeh həmin mənzilə köçürülmə tələbinin hansı qanuna əsaslanaraq mümkün olduğunu əsaslandıra bilməmiş, iddia ərizəsində yalnız məhkəmənin səlahiyyətinə aid olan MPM-nin normalarına istinad etməklə iddianın təmin edilməsini xahiş etmişdir. Hesab edir ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, onun yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi, ev 6, mənzil 11 mərhum anası X2 adına rəsmiləşdirilmişdir. Anası 18.01.2012-ci ildə “hemorragik insult” səbəbindən ölmüşdür. İddiaçı mübahisəli Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi, ev 6, 11 saylı mənzilin faktiki istifadəçisi (gözlənilən mülkiyyətçi) olmuş X4 nə ailə üzvü, nə də digər qohumu sırasına daxil deyildir. Belə olan halda iddiaçının övladları ilə birlikdə Gəncə şəhəri, Kəpəz rayonu, N.Nərimanov küçəsi, ev 6, 11 saylı mənzilə istifadə hüququ yoxdur və həmin evə köçürülə bilməz. 2008-ci il tarixdən iddiaçı onunla evlənərək ünvan 1, 11 saylı mənzilə gəlin köçmüşdür. 1 ildən çoxdur ki, o evdə yaşamır. Kirayə evlərdə yaşayır. İndi isə Bakı şəhərinə köçmüşdür. O hazırda evlənmək istəyir. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçıya məxsus bəzi cehiz əşyaları həmin mənzildə qalmışdır. Məhkəmə iclasında üçüncü şəxs qismində cəlb edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təssərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X8 ifadəsində bildirdi ki, ünvan 1, 11 saylı mənzil dövlət mənzil fonduna aiddir və sahibi olaraq X1 adı qeyd edilmiş və həmin mənzilə dair heç bir özəlləşmə aparılmamışdır. Şəxsi hesabdan çıxarışa əsasən həmin mənzilin sahibi olaraq X5 (ölüb), onun ailə tərkibi kimi isə oğlu Cavabdeh Yevgeniyeviç, gəlini X19, nəvələri X18 və X15 göstərilmişdir. Həmin hesabdan çıxarışda texniki səhv olaraq Annanın adı Arina kimi qeyd edilmişdir. Məhkəmə iş üzrə tərəflərin zahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təssərrüfatı İstehsalat Birliyinin 24.06.2021-ci il tarixli, **********443(dövlət) şəxsi hesabdan çıxarışdan görünür ki, ünvan 1, 11 saylı mənzilin sahibi olaraq X5 (ölüb), ailə tərkibi kimi isə ünvan 1, 11 saylı mənzil dövlət mənzil fonduna aiddir və sahibi olaraq X1 adı qeyd edilmiş və həmin mənzilə dair heç bir özəlləşmə aparılmamışdır. Şəxsi hesabdan çıxarışa əsasən həmin mənzilin sahibi olaraq X5 (ölüb), onun ailə tərkibi kimi isə oğlu Cavabdeh Yevgeniyeviç, gəlini X19, nəvələri X18 və X15 göstərilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)- 109/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 10.07.2008-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 489 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 28 iyul 2009-cu ildə anadan olmuş X14 və 18 may 2011-ci ildə anadan olmuş X12 anaları İddiaçı yanında saxlanması, 28 iyul 2009-cu ildə anadan olmuş X11 və 18 may 2011-ci ildə anadan olmuş X9 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh 09.06.2020-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 140 manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinin 23.01.2021-ci il tarixli, AZ-İ seriyalı, 520216 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 23 yanvar 2012-ci il tarixdə “Hemorragik insult” diaqnozu ilə ölmüşdür. Bu barədə ölüm haqqında qeydləri kitabında 23.01.2012-ci il tarixində 58 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 3 saylı Gəncə Ərazi İdarəsinin arayışdan görünür ki, Cavabdehnanın 21.04.2021-ci il tarixə onun adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 09.06.2021ci il tarixli, **********18 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsində dövlət qeydiyyatına alınmadığı üçün məktubun icrasının təmin olunması tərəflərindən mümkün olmamışdır. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. İş materiallarından göründüyü kimi, mübahisəli ünvan 1, 11 saylı mənzil dövlət mənzil fonduna aiddir və sahibi olaraq X1 adı qeyd edilmiş və həmin mənzilə dair heç bir özəlləşmə aparılmamış, ailə tərkibi kimi isə ünvan 1, 11 saylı mənzil dövlət mənzil fonduna aiddir və sahibi olaraq X1 adı qeyd edilmiş və həmin mənzilə dair heç bir özəlləşmə aparılmamışdır. Şəxsi hesabdan çıxarışa əsasən həmin mənzilin sahibi olaraq X5 (ölüb), onun ailə tərkibi kimi isə oğlu Cavabdeh Yevgeniyeviç, gəlini X19, nəvələri X18 və X15 göstərilmiş, Annanın adı isə yalnış olaraq Arina kimi göstərilmişdir. İş üzrə Cavabdeh mənzilin sahibinin oğlu olmaq ailə üzvü olmuş və 10.07.2008-ci il tarixdə İddiaçı ilə rəsmi nikaha daxil olmaqla evlənmiş, İddiaçı ünvan 1, 11 saylı mənzilə cehiz əşyalarını da gətirərək gəlin köçmüş və onlar birgə təsərrüfat aparmışlar, iddiaçı ilə cavabdehin birgə nikahlarında 28 iyul 2009-cu ildə Kamal və 18 may 2011-ci ildə Nəzrin adında iki uşaqları doğulmuş, mənzilin sahibi X7 23 yanvar 2012-ci il tarixdə ölmüş, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2(043)-109/2021 saylı, 22.02.2021-ci il tarixli qətnaməsi ilə Vadim və Anna arasında bağlanmış nikah qeydi pozulmuş, iddiaçıya və uşaqlarına məxsus əşyalar həmin mənzildə qalmaqla həmin tarixdən mənzildə yaşamırlar. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə tərəflər arasında yaranan hüquq münasibətlərinə nəzər salaraq hesab edir ki, tərəflər arasında hüquq münasibətləri 2008-ci ilin iyul ayından yaranmışdır. Hal hazırda mənzil dövlət mənzil fonduna aiddir. Nəzərə alınmalıdır ki, iddiaçı mənzilə gəlin köçərkən mənzilin hüququ statusunu müəyyən edən sənəd order olmuşdur, yəni mənzil dövlət mənzil fonduna aid olmuşdur və tərəflər arasında münasibətlər iyul 2008-ci ildə yaransa belə, həmin münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuş və tənzimlənmişdir. Belə ki, mübahisəli hüquq münasibətinin predmeti mənzilə istifadə hüququ və mənzilə köçürülmədir. Bundan başqa nəzərə alınmalıdır ki, mövcud praktikaya uyğun olaraq, əgər tərəflər arasında 2000-ci ildən sonra hüquq münasibətləri yaranıbsa, mübahisə predmeti isə mənzilə istifadə hüququnun yaranması ilə bağlıdırsa və mənzilin hüququ statusu order əsasında müəyyən edilirsə (yəni mülkiyyət hüququna dair çıxarış mövcud deyilsə) 1982-ci ildə qüvvəyə minmiş Mənzil Məcəlləsinin müddəaları tətbiq olunur. Sadalananları rəhbər tutaraq, məhkəmə hesab edir ki, tərəflər arasında olan münasibətlər 1982-ci ildə qəbul olunmuş Mənzil Məcəlləsinin hüquq normasının əsasında qurulmuşdur və həmin Məcəllənin normaları əsasında tənzimlənməlidir. 1982-ci ildə qəbul edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 100-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Həmin Məcəllənin 103-cü maddəsinə əsasən xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq, xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. “Məhkəmələr tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2 saylı 16 oktyabr 1992-ci il tarixli qərarına əsasən, maraqlı şəxsin (barəsində iddia qaldırılmış şəxsin) başqa yaşayış yerinə köçməsi barədə sübutlar təqdim etməlidir. Bundan əlavə, maraqlı şəxs həmçinin sübut etməlidir ki, digər yaşayış sahəsi iddiaçıların daimi yaşayış yeridir və onlar qanunla nəzərdə tutulmuş qaydada həmin yaşayış sahəsindən istifadə etmək hüququ əldə etmişlər. Məhkəmədə cavabdeh iddiaçının başqa yaşayış yerinin olması, habelə başqa yaşayış yerindən istifadə hüququnun yaranması barədə hər hansı sübutu məhkəməyə təqdim etməyib. Bundan başqa məhkəmə cavabdeh tərəfindən iddia tələbinə verilmiş etirazında iddiaçının mənzili tərk etməsi faktı öz əksini tapsa da, bunun daimi xarakterli və ya könüllük əsasında olması məhkəmədə sübut olunmamış, iddiaçıya və uşaqlarına məxsus əşyalar həmin mənzildə qalması öz təsdiqini tapmışdır. Məhkəmə iddia tələbinin mübahisəli mənzilə istifadə hüququnun yaranması hissəsini araşdıraraq hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən cavabdehin və mənzilin sahibinin razılığı əsasında mənzilə köçmüş İddiaçı istifadə hüququ mənzilə köçdüyü 2008ci ildən yaranmışdır. Buna görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, iddiaçının mübahisəli mənzildə olan istifadə hüquqlarını həyata keçirmək üçün olan maneələr aradan qaldırılmalıdır və o, az yaşlı uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. İddiaçı az yaşlı övladları 28 iyul 2009-ci il təvəllüdlü X14 və 18 may 2011-ci ildə təvəllüdlü X12 ilə birlikdə ünvan 1, 11 saylı mənzilə istifadə hüququ tanınsın və həmin mənzilə köçürülsünlər. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-1287/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1287/2021
25.06.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver