Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-13/2020 11.03.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Cavabdeh iştirakıilə, İddiaçı cavabdehlər Cavabdeh və x1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi : İddiaçı cavabdehlər Cavabdeh və x1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ünvan 1 mənzil 8 ünvandan çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə iddiaçıya rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdehlərdən Cavabdeh işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Məhkəmə MPM-in 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. MPM-in 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdəərizə baxılmamış saxlanmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və x1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi iddiaçı məhkəmə iclasına gəlmədiyi üçün baxılmamış saxlanmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanmasıüçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-in 259.0.7, 260.4, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh və x1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-13/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-13/2020
11.03.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver