Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1307/2020 16.09.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin etibarnamə üzrə nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin cavabdehlər X1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “mənzildən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 6 №-li binanın 9 №-li otağında Cavabdeh1 Nurəddin oğlunun, 10 №-li otağında qeydiyyatda olan Cavabdeh2, 11 №-li otağında qeydiyyatda olan Cavabdeh3, 15 №-li otağında qeydiyyatda olan Cavabdeh4, 17 №-li otağında qeydiyyatda olan Cavabdeh5 istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Ə.Nəzərov küçəsi, 6 nömrəli bina (yataqxana) Gəncə şəhər MKTİB-nin balansına aiddir. Həmin binanın 9 saylı otağında qeydiyyatında olan Cavabdeh1 Nurəddin oğlu, 10 nömrəli otağında qeydiyyatda olan Cavabdeh2, 11 nömrəli otağında qeydiyyatda olan Cavabdeh3, 15 nömrəli otağında qeydiyyatda olan Cavabdeh4, 17 nömrəli otağında qeydiyyatda olan Cavabdeh5 uzun illərdir ki, həmin binada yaşamırlar. Həmin otaqlarda tamamilə başqa sakinlər qeydiyyatsız yaşayırlar. Ona görə də kommunal xərclərin ödənilməində çətinliklər yaranır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçınınnümayəndəsi X3 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilsə də, onlar, qeydiyyatda olduqları ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından məhkəmə cavabdehlərin məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Bununla yanaşı məhkəmənin əvvəlki keçirilmiş iclasında iştirak etmiş Cavabdeh1 Nurəddin oğlu iddia tələbini qəbul edib izahatında göstərmişdir ki, həqiqətən də o Gəncə şəhəri, Ə.Nəzərov küçəsində, 6 №-li binanın 9 №-li otağında yaşamışdır, lakin sonradan o həmin ünvandan qaynına məxsus evə köçüb getmişdir. Yaxın qohumunun yaşamağa yeri olmadığı üçün, həmin ünvandan köçən zaman otağı qohumuna təhvil vermişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti başçısının xx xxx 1999-cu il tarixli 6382 saylı sərəncamından məluma olur ki, Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, 6 ünvanda yerləşən yataqxana binası Gəncə şəhəri MKTİB-in balansına verilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, ev 6, 15 saylı mənzildə Cavabdeh4 yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, ev 6, 9 saylı mənzildə Cavabdeh1 Nurəddin oğlu yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, ev 6, 10 saylı mənzildə Cavabdeh2 yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, ev 6, 11 saylı mənzildə Cavabdeh3 yaşamır. İş materiallarına əlavə edilmiş Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli şəxsi hesabdan çıxarışından məlum olur ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, ev 6, 17 saylı mənzildə Cavabdeh5 yaşamır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib və iş materiallarına əlavə edilmiş sübutları tədqiq edib onlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin: 60-cı maddəsinin birinci hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır; 87-ci maddəsinə görə yaşayış sahəsinin icarədarı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinin birinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin İİİ hissəsinə, 43-cü maddəsinə və 71ci maddəsinin İİ hissəsinə uyğunluğu haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxx 2000-ci il tarixli qərarında göstərilmişdir ki, mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonu, Ə.Nəzərov küçəsi, 6 nömrəli binanın 9-cu, 10-cu, 11-ci, 15-ci və 17-ci mənzilləri cavabdehlərin istifadələrinə verilmişdir. Cavabdehlər bir müddət yuxarıda göstərilən mənzillərdə yaşasalar da, daha sonra özlərinə başqa yaşayış yeri seçməklə, könüllü olaraq mübahisəli mənzilləri tərk etmişdirlər. Cavabdehlərin mübahisəli mənzilləri tərk etmələrinin səbəbi ilə bağlı məhkəmə onu da xatırlatmaq istəyir ki, onların başqa bir yerdə daimi yaşayış yeri olmasa idi, onlar, ən azından müəyyən müddət keçdikdən sonra əvvəlki yaşayış yerinə qayıtmalı, yaxud da buna hər hansı maneə olardısa bununla bağlı evə köçürülmə tələbi barədə iddia qaldıraraq məhkəmə müdafiəsindən istifadə edə bilərdilər. Lakin işin faktiki hallarından da aydın olur ki, cavabdehlər mübahisəli mənzillərlə əlaqələrini uzun müddətdir kəsmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında göstərmişdir ki, həqiqətən də o mübahisəli mənzildə yaşamışdır, lakin sonradan o həmin ünvandan könüllü olaraq köçüb getmişdir. Göstərilənlər isə birmənalı olaraq təsdiq edir ki, cavabdehlər qeydiyyatda olduqları mənzilləri könüllü olaraq başqa yaşayış yerinə köçmələri ilə əlaqədar tərk etmişlər. Buna görə də məhkəmə hesab edir ki, cavabdehlərin müvafiq yaşayış sahələrindən istifadə hüququnun saxlanması üçün hər hansı əsas olmadığından onlarn bu hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Nurəddin oğlunun Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, ev 6, mənzil 9 ünvanda yerləşən mənzildən, Cavabdeh2 Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, ev 6, mənzil 10 ünvanda yerləşən mənzildən, Cavabdeh3 Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, ev 6, mənzil 11 ünvanda yerləşən mənzildən, Cavabdeh4 Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, ev 6, mənzil 15 ünvanda yerləşən mənzildən və Cavabdeh5 Gəncə şəhəri, Ə.Nəzərov küçəsi, ev 6, mənzil 17 ünvanda yerləşən mənzildən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində X6 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1307/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1307/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver