Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1308/2021 04.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasına dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi vətəndaşlıq vəziyyəti aktları qeydiyyatına düzəliş edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Daşkəsən rayon Qeydiyyat şöbəsinin (keçmiş VVADQ şöbəsi) onun haqqında tərtib edilmiş 22 may 1957-ci il tarixli 23 nömrəli doğum haqqında Akt qeydinə düzəliş edilərək, cinsinin “qadın” qeyd olunmasına və buna müvafiq olaraq soyadının “Vəliyeva” və “qızı” qeyd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Ərizəçi xx xxx 1957-ci il tarixdə Daşkəsən şəhərində doğulmuşdur. X2, anası isə X5r. Daşkəsən rayon Qeydiyyat şöbəsini onun haqqında tərtib edilmiş 22 may 1957-ci il tarixli 23 nömrəli doğum haqqında Akt qeydində səhv olaraq cinsi “kişi” qeyd edilmiş, buna müvafiq olaraq soyadı “Vəliyev” və “oğlu” kimi qeyd edilmişdir. Gəncə “ASAN” xidmət mərkəzinin Qeydiyyat şöbəsinə cinsinin “qadın”, soyadının “Vəliyeva” və “qızı” qeyd edilməsi, buna müvafiq olaraq ona yeni doğum haqqında şəhadətnamə verilməsi barədə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi göstərilən düzəlişləri etməkdən imtina etmişdir. Hazırda anası özünə məxsus olan evi ona bağışlamaq istəyir, lakin doğum akt qeydində olan səhvlərə görə sənədlərində uyğunsuzluq yarandığından notarius bağışlama müqaviləsini rəsmiləşdirməkdən imtina etmişdir. Beləliklə də o, öz hüquqlarından istifadə edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilənlərə uyğun izahat verib, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 izahatında göstərdi ki, Məhəbbət onun böyük bacısıdır. Onlar ailədə 5 övlad olmuşlar, üç bacı və iki qardaş olmuşlar. Ən böyükləri Məhəbbətdir. Bundan başqa 1964-cü il təvəllüdlü qardaşı Vəliyev Canpolad, 1976-cı il təvəllüdlü bacıları Vəliyeva Zülfiyyə və 1959-cu il təvəllüdlü qardaşları Vəliyev Əli vardır. Onun valideynlərinin başqa uşaqları olmamışdır. Bacısının doğum akt qeydində kişi kimi qeydə alınmasının səbəbi ona məlum deyildir. İş materiallarına əlavə edilmiş 22.05.1957-ci il tarixli, 239 nömrəli doğum haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, X6 adlı uşaq xx xxx 1957-ci il tarixdə doğulmuşdur. Uşağın cinsi kişi qeyd edilmiş, X2, anası X5r. İş materiallarında olan, Gəncə şəhəri Kəpəz Rayon VVADQ Şöbəsindən verilmiş И- ЖГ seriyalı 329145 nömrəli boşanma haqqında şəhadətnamə xx xxx 1957-ci il təvəllüdlü Ərizəçi məxsusdur. İş materiallarında olan HB seriyalı 008738 nömrəli diplom Azərbaycan Neft və Kimya İnstitutundan Ərizəçi verilmişdir. İş materiallarında olan ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası xx xxx 1957-ci il təvəllüdlü Ərizəçi məxsusdur. İş materiallarında olan İ-ИЕ seriyalı, 410489 nömrəli doğum haqqında şəhadətnamə xx xxx 1957-ci il təvəllüdlü Ərizəçi məxsusdur. İş materiallarında olan AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsi xx xxx 1957ci il təvəllüdlü Ərizəçi məxsusdur. İş materiallarında olan Gəncə “ASAN Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin 03.03.2021-ci il tarixli, 05/Q-786/15 saylı məktubundan görünür ki, Daşkəsən rayon Qeydiyyat şöbəsinin 19.01.2021-ci il tarixli, 05/Q-12/11 saylı məktubuna əsasən Ərizəçi X1 yazılmışdır. Akt qeydi ilə şəhadətnamə arasında ziddiyyət olduğuna görə məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İş materiallarında olan Gəncə şəhər Kəpəz Rayon Qeydiyyat şöbəsinin 02.03.2021ci il tarixli, 13 nömrəli məktubundan görünür ki, doğum haqqında akt qeydində cinsiyyətlə bağlı ziddiyyət olduğundan ərizə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 339.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları hüquq haqqında mübahisə olmadıqda, edilmiş qeydə düzəliş və ya dəyişikliklər etməkdən imtina etdikdə hakim vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin adı əslində “Ərizəçi” və cinsi qadın olsa da, 22.05.1957-ci il tarixli, 239 nömrəli doğum haqqında akt qeydində onun adı X1, cinsi isə “kişi” qeyd edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, 22.05.1957-ci il tarixli, 239 nömrəli doğum haqqında akt qeydində ərizəçinin soyadının “Vəliyeva” əvəzinə səhvən “Vəliyev”, cinsinin isə “qadın” əvəzinə səhvən “kişi” qeyd edilməsi müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Daşkəsən rayon Qeydiyyat şöbəsində tərtib edilmiş 22 may 1957-ci il tarixli, 23 nömrəli doğum haqqında akt qeydində ərizəçinin soyadının “Vəliyeva” əvəzinə səhvən “Vəliyev”, cinsinin isə “qadın” əvəzinə səhvən “kişi” qeyd edildiyi müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1308/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1308/2021
04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver