Məhkəmə qərarları › İş №2(043)-1311/2022

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1311/2022

14.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1311/2022 14.06.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Cavabdeh qarşı yaşayış otağından istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı binanın (yataqxana) 1 saylı otağında qeydiyyatda olan Cavabdeh istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı bina (yataqxana) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Həmin binanın 1 saylı otağında qeydiyyatda olan Cavabdeh uzun illərdir ki, həmin binada yaşamır. Ona görə də, kommunal xərclərin ödənilməsində müəyyən çətinliklər yaranır. Cavabdeh Əziz Nəzərov küçəsi, 4 saylı binada (yataqxana) qeydiyyatda olmasına baxmayaraq onun haqqında heç bir məlumat yoxdur. Məhkəmə iclasında iddiaçı Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı binada (yataqxana) qeydiyyatda olan şəxslər barəsində məlumatdan görünür ki, Cavabdeh Əziz Nəzərov küçəsi, 4 saylı binanın (yataqxana) 1 saylı otağında qeydiyyatdadır. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 1041 saylı arayışlardan görünür ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı binanın 1 saylı otağında qeydiyyatda olan Cavabdeh uzun müddətdir ki, orada yaşamır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işin hallarına dair iddia ərizəsinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hüquq normaları baxımından qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı bina (yataqxana) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 1 saylı otağında Cavabdeh qeydiyyatda olsa belə uzun müddətdir ki, orada yaşamır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi ) 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Mənzil Məcəlləsinin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. İşin müəyyən olunmuş hallarından görünür ki, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı bina (yataqxana) Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin balansındadır. Binanın 1 saylı otağında Cavabdeh qeydiyyatda olsa belə uzun müddətdir ki, orada yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan isti fadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı binanın (yataqxana) 1 saylı otağında qeydiyyatda olan Cavabdeh istifadə hüququ itirilmiş hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin olunsun. Gəncə şəhəri, Əziz Nəzərov küçəsi, 4 saylı binanın (yataqxana) 1 saylı otağında qeydiyyatda olan Cavabdeh istifadə hüququ itirilmiş hesab olunsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar