Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-133/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “mənzilə istifadə hüqunun itirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı “mənzilə istifadə hüqunun itirilməsi” tələbinə dair iddia qaldıraraq, Cavabdeh Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan Bayrağı (Taği Arani) küçəsi 3 saylı evin 12 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək Cavabdeh Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan Bayrağı (Taği Arani) küçəsi 3 saylı evin 12 saylı mənzilinə istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(043)-410/2018 saylı qətnaməsinə əsasən cavabdehlər Cavabdeh və X2 müştərək qaydada 17170.92 ABŞ dolları və 1838.45 manat məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan bayrağı (Taqi Arani küçəsi) küçəsi 3 saylı evin 12 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Hazırda Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan bayrağı (Taqi Arani küçəsi) küçəsi 3 saylı evin 12 saylı mənzili İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış alınmışdır. Cavabdeh Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan Bayrağı (Taği Arani) küçəsi 3 saylı evin 12 saylı mənzilində hələ də qeydiyyatdadır, bu isə iddiaçıya öz mülkiyyət hüququnu həyata keçirməkdə maneə törədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan bayrağı (Taqi Arani küçəsi) küçəsi 3 saylı evin 12 saylı mənzili İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarıa əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan və DİN-in BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, cavabdeh Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan bayrağı (Taqi Arani küçəsi) küçəsi 3 saylı evin 12 saylı mənzildə qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(043)-410/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yöndəldilməsi tələbinə dair iddiası qismən təmin edilmişdir. Qətnamə ilə digər məsələlərlə yanaşı ipoteka predmeti olan, Gəncə şəhəri Kəpəz rayonu Azərbaycan Bayrağı (Taği Arani) küçəsi 3 saylı evin 12 saylı mənzilinə tutmanın yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzil satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh mənzili tərk etməsi qət edilmişdir. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə Cavabdeh mübahisəli mənzildən çıxarılması məsələsi həll edilmişdir. İddiaçının tələbindən göründüyü kimi iddiaçı hazırkı iddia ilə Cavabdeh mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaq istəyir. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxxxx 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Məhkəmə qeyd edir ki, ipoteka münasibətlərinin məzmunundan eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsi və cavabdehin mənzildən çıxarılmasını təmin edən məhkəmə qətnaməsindən bəlli olur ki, artıq cavabdehin həmin mənzildən istifadə hüququ yoxdur. Məhz bu hüquqa xitam verildiyi üçün məhkəmə cavabdehin həmin mənzili tərk etməsini qət etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilən qərarındakı hüquqi mövqeyinə uyğun olaraq iddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinə əsaslanaraq cavabdehin mənzildən qeydiyyatdan çıxarılması məsələsini pasport qeydiyyatını aparan icra hakimiyyəti orqanının qarşısında qaldırmalı olduğu halda hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Buna görə də məhkəmə hesab edir ki, ərizəyə məhkəmə qaydasında baxılmalı olmadığından mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 261-262 və 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı QSC-nin Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya Cavabdeh mülkiyyətində olan mənzildən passport qeydiyatından çıxarılması üçün pasport qeydiyyatını aparan icra hakimiyyəti orqanına müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-133/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-133/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver