Məhkəmə qərarları › İş №2(043)-135/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(043)-135/2021

09.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-135/2021 09.02.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, X1 Cəmiyyətinin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «mənzildən istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 15 saylı evin 1 saylı mənzilinə istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi barədə məhkəməyə ərizə ünvanlayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 15 saylı evin 1 saylı mənzilinə istifadə hüququnun xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Samux Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(058)-1247/2016 saylı qətnaməsinə əsasən cavabdehlər Məmmədov Röyal Hacı oğlundan. X2, X4, Cavabdeh2, Mehdiyev Cavid Rövşən qızından, X3, X8, X9, X5 və X10 müştərək qaydada 28779.30 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu, 4- cü mikrorayon, 15 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 Gəncə şəhəri Kəpəz rayonu, 4-cü mikrorayon, 15 saylı evin 1 saylı mənzilində bu günə kimi hələ də qeydiyyatdadır, bununla da cavabdehlər əmlak üzərində mülkiyyətçi kimi iddiaçının hüquqlarının həyata keçirilməsinə mane olur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X14 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş hesab edilərək, məhkəmə cavabdehlərinin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinin tələblərinə əsasən iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddiaçı tərəfindən təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri Kəpəz rayonu, 4-cü mikrorayon, 15 saylı evin 1 saylı mənzili X1 Cəmiyyətinin mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Samux Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(058)-1247/2016 saylı qətnaməsindən görünür ki, cavabdehlər Məmmədov Röyal Hacı oğlundan, X2, X4, Cavabdeh2, Mehdiyev Cavid Rövşən oğlundan, X3, X8, X9, X5 və X10 müştərək qaydada 28779.30 ABŞ dolları məbləğində borcun tutulması, tələbin ipoteka predmeti olan Gəncə şəhəri Kəpəz rayonu, 4- cü mikrorayon, 15 saylı evin 1 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan pul hesabına banka olan borcun ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunmuş “Elektron notariat” X1 çıxarışdan görünür ki, cavabdehlər hazırda Gəncə şəhəri Kəpəz rayonu, 4-cü mikrorayon, 15 saylı evin 1 saylı mənzilində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş DİN-in BPQMİ-nin MAPS şöbəsindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 15 saylı evin 1 saylı mənzilində qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci tarixli 2(102)-6269/2017 saylı qərarından görünür ki, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci tarixli 2(104)-2048/2017 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli 006M**********01 nömrəli ipoteka müqaviləsindən görünür ki, cavabdehlərdən X11 mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 15 saylı evin 1 saylı mənzili kredit müqaviləsinin təminatı kimi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2014-cü il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh2 əri X13 məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 15 saylı evin 1 saylı mənzilin X1 Cəmiyyətinə ipoteka (girov) qoyulmasına razı olduğunu, ipoteka qoyulmuş mənzilə tutma yönəldikdə, o satıldıqda qeyd-şərtsiz mənzili tərk etməyi öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. 59.3-cü maddəsinə əsasən yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda və ipoteka qoyulmuş ev satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. 59.4-cü maddəsinə əsasən ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, mübahisəli Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 15 saylı evin 1 saylı mənzili İddiaçı QSC ilə Məmmədov Röyal Hacı oğlu arasında bağlanmış kredit müqavilələrin təminatı olaraq bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Sonradan cavabdehlər kredit müqaviləsi üzrə götürdükləri öhdəliyi icra etmədiklərindən, banka olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxt və qaydada ödəmədiklərindən borcun tutulması ipoteka predmetinə yönəldilmiş və mübahisəli mənzil iddiaçının mülkiyyətinə keçmişdir. Hal-hazırda mübahisə predmeti olan mənzil İddiaçı QSC-nin xüsusi mülkiyyətindədir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mənzilin yeni mülkiyyətçisi olan İddiaçı QSC-yə məxsus mənzildən istifadə etmələri üçün hər hansı əsas yoxdur. Buna görə də onların mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238-244, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdehlər X12 və X6 ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən İddiaçı QSC-nin mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, 4-cü mikrorayon, 15 saylı evin 1 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməklə, həmin mənzil boşaldılsın və X1 Cəmiyyətinə təhvil verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun ləğv edilməsi üçün ərizənin verilməsi və ərizəyə baxılması müddəti başa çatdıqdan sonra qətnamənin verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar