Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1357/2021 07.10.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Qocayev Tural Şəmsi oğlunun sədrliyi, Abdullayev İlkin Hafiz oğlunun katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) X3 iştirakı ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə şəhərində 07 noyabr 1983-cü ildə anadan olmuş kişi cinsindən olan və 13 sentyabr 1986-cı ildə anadan olmuş qadın cinsindən olan uşaqlarının doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Gəncə şəhər sakini X8 ilə 18 aprel 1981-ci il tarixdə el adəti ilə evlənmişlər. Qeyri rəsmi nikahlarından 07.11.1983-cü il tarixdə X10, 13.09.1986-cı il tarixdə X9 adlı 2 övladları doğulmuşdur. olmuşdur. Uşaqları o, ev şəraitində dünyaya gətirmişdir. X8 uşaqları və onu ataraq deyilənə görə, Rusiya Federasiyasına getmiş, halhazırda harada yaşaması ona məlum deyildir. Hazırda uşaqları onun yanında yasalar da onlara doğum haqqında şəhadətnamə ala bilmir. Valideyn olaraq imkansızlıqdan və səhlənkarlıqdan uşaqlara doğum haqqında şəhadətnamə alınmamışdır. Uşaqlarının doğum haqqında şəhadətnamələrinin olmaması onların gələcəkdə Azərbaycan Respublikası vətəndaşına aid sənədlərin alınmasına, əmək və əmlak münasibətlərinə daxil olmalarına və vərəsəlik şəhadətnaməsi almalarına maneçilik törədir. Göründüyü kimi, uşaqlarının doğum faktının tanınması zərurəti yaranmışdır. O, Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsinə bu barədə müraciət etsə də ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə 01.02.2021-ci il tarixli, 05/Q-158 saylı məktubu ilə imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək əlavə olaraq bildirmişdir ki, o, heç vaxt rəsmi nikahda olmamışdır. İlk ailəsi X16 ilə olmuşdur. Əliyev Elbrusla onun 05.09.1981-ci il təvəllüdlü Tural adlı bir oğlu olmuşdur. Daha sonra Elbrusdan ayrılmış, X8 ilə ailə qurmuşdur. 07.11.1983-cü il tarixdə oğlu dünyaya gəlmişdir və ona Elvin adı vermişlər. 13.09.1986-cı il tarixdə qızı dünyaya gəlmiş və ona Günay adı vermişlər. Qısa müddət sonra Məhəmməd ondan ayrılmışdır. Son olaraq onun Rusiya Federasiyasına getdiyini eşitmişdir. Uşaqlar onun himayəsində Gəncə şəhərində böyümüşdür. Gəncə şəhəri, Kəpəz rayonunda qeydiyyatda olsa da faktiki olaraq Gəncə şəhəri Nizami rayonu, Təbriz küçəsində yaşayır. Uşaqları isə hazırda Bakı şəhəri, Sabunçu rayonunda 9-cu mədən ərazisində yaşayırlar. O da çox vaxt uşaqlarının yanında olur. Hazırda uşaqları yetkinlik yaşına çatsalar da onların doğumu heç vaxt qeydə alınmamışdır. Əvvəlcə maddi imkansızlıq və savadsızlıq üzündən doğum haqqında şəhadətnamə almamışdır. Sonradan isə bir neçə dəfə doğum haqqında şəhadətnamənin alınmasına cəhd göstərsə də artıq gec olduğu üçün şəhadətnamə verməmişlər. Uşaqlarının heç bir sənədi yoxdur, buna görə də normal bir işdə işləyə, ailə qura bilmirlər. Bu isə onların hüquqlarının məhdudlaşmasına səbəb olur. Ona görə də ərizəsinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) X5 ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxsnə və Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək bildirmişdir ki, o, ərizəçinin qardaşıdır. Özü 1980-ci ildə ailə qurmuş, Nuriyə isə o evləndikdən bir müddət sonra Məhəmməd adlı şəxs ilə el adəti ilə ailə qurmuşdur. Onların birgə evliliklərindən 7 noyabr 1983-cü il tarixdə Elvin, 13 sentyabr 1986-cı il tarixdə isə Günay adlı uşaqları dünyaya gəlmişdir. Bacısının uşaqları Gəncə şəhərində ev şəraitində doğulmuşdur və doğuşa onun qaynanası köməklik etmişdir. Bacısı maddi imkansızlıq üzündən və savadsız olduğu üçün səhlənkarlıq edərək uşaqlara sənəd almamışdır. Uşaqlar məktəbə getməmiş, ailə qurmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadə verərək bildirmişdir ki, o, Ərizəçi qardaşı X14 ilə 1980-ci ildə ailə qurmuşdur. O ailə qurduqdan bir müddət sonra Nuriyə Məhəmməd adlı şəxs ilə ailə qurmuşdur. Onların birgə evliliklərindən Günay və Elvin adlı övladları ev şəraitində dünyaya gəlmişdir. Anası tibb işçisi olduğu üçün doğuşa köməklik etmişdir. Lakin anası vəfat etdiyi üçün şahid qismində dindirilməsi mümkün deyildir. Bildiyinə görə Nuriyənin uşaqlarının heç bir sənədi yoxdur. Uşaqlar məktəbə də getməmişdir və ailə qurmamışdır. Məhkəmə doğum faktlarının müəyyən edilməsi barədə ərizə verilmiş şəxslərin aşkar surətdə yetkinlik yaşına çatmış şəxs olmalarını, həmin şəxslərin şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmasa da işin spesifik xüsusiyyətini nəzərə alaraq onların dinlənilməsini zəruri hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş, özünü Ərizəçi oğlu kimi, X12 adı ilə təqdim etmiş şəxs bildirmişdir ki, onun atasının adı Məhəmməd anasının adı Nuriyə, bacısının adı Günaydır. Atasının adını anasının deməsinə görə bilir. Heç vaxt atasının üzünü görməmişdir. Doğum tarixi 7 noyabr 1983-cü ildir. Onun heç vaxt şəxsiyyətini təsdiq edən sənədi olmamışdır. İndiyə qədər məktəbə getməmiş, heç bir rəsmi yerdə işləməmiş, ailə qurmamış, hərbi xidmətdə olmamış, inzibati xətaya, cinayət törətməyə və digər səbəblərə görə heç vaxt polis orqanlarında olmamışdır. Ağlı kəsəndən sonra anasından nəyə görə sənədinin olmamasını maraqlanmış, anası da vaxtilə səhlənkarlıqdan onlara sənəd almadığını, indi isə vaxtı ötürdüyü üçün ala bilmədiyini demişdir. Uşaq vaxtı Gəncə şəhərində, Təbriz küçəsində anası və bacısı ilə birlikdə yaşamışdır. Hazırda isə bacısı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, 9-cu Mədən ərazisində sənədsiz tikilidə yaşayır. Məhkəmə iclasında iştirak etmiş, özünü Ərizəçi qızı kimi, X11 adı ilə təqdim etmiş şəxs bildirmişdir ki, onun atasının adı Məhəmməd anasının adı Nuriyə, qardaşının adı Elvindir. Atasının adını anasının deməsinə görə bilir. Heç vaxt atasının üzünü görməmişdir. Doğum tarixi 19 sentyabr 1986-cı ildir. Onun heç vaxt şəxsiyyətini təsdiq edən sənədi olmamışdır. İndiyə qədər məktəbə getməmiş, heç bir rəsmi yerdə işləməmiş, ailə qurmamış, inzibati xətaya, cinayət törətməyə və digər səbəblərə görə heç vaxt polis orqanlarında olmamışdır. Böyük yaşlara çatdıqdan sonra anasından nəyə görə sənədinin olmamasını maraqlanmış, anası da vaxtilə səhlənkarlıqdan onlara sənəd almadığını, indi isə vaxtı ötürdüyü üçün ala bilmədiyini demişdir. Uşaq vaxtı Gəncə şəhərində, Təbriz küçəsində anası və qardaşı ilə birlikdə yaşamışdır. Hazırda isə qardaşı ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, 9-cu Mədən ərazisində sənədsiz tikilidə yaşayır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Ərizəçi 03 fevral 2020-ci il tarixdən ünvan 1 ünvanda qeydiyyatdadır. Gəncə şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinin 01 fevral 2021-ci il tarixli 05/Q- 158 nömrəli imtina məktubundan görünür ki, 17.11.1983-cü il təvəllüdlü X6 və 13.09.1986cı il təvəllüdlü X4 doğumu haqqında akt qeydi arxivdə aşkar edilməmiş, ərizəçiyə doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməsi izah olunmuşdur. AZ-İ seriyalı, 667791 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 05 sentyabr 1981-ci il tarixdə Gəncə şəhərində doğulmuşdur. Valideynləri atası - X16, anası Ərizəçi Musa qızıdır. Gəncə şəhəri Kəpəz Rayon Qeydiyyat Şöbəsinin 18 may 2021-ci il tarixli, 05/9-361 nömrəli məktubundan görünür ki, “X1 Sistemi üzrə yoxlama aparılmış və 07.11.1983-cü il təvəllüdlü X10 və 13.09.1986-cı il təvəllüdlü X4 doğumu haqqında akt qeydi şöbələrində aşkar olunmamışdır. Ərizəçi 05.09.1981-ci il tarixdə anadan olmuş və 23.12.1988-ci il tarixdə qeydə alınmış X19 adlı uşağının doğumu Gəncə şəhər Nizami rayon Qeydiyyat Şöbəsində qeydə alınmışdır. Maraqlı şəxs 18 may 2021-ci il tarixli 05/Q-1052/13 nömrəli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə 18.05.2021-ci il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, xx.xx.1962-ci ildə Gəncə şəhərində anadan olmuş vətəndaş Ərizəçi X8 ilə nikahı, eləcə də birgə uşaqları barədə heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X25 366 və 367 saylı ekspert rəylərindən görünür ki, X6 müəyyən edilmiş sümük yaşı təxminən 36-38 il olmaqla 1983-cü ilin doğum tarixinə və X4 müəyyən edilmiş sümük yaşı təxminən 32-35 il olmaqla 1986-cı ilin doğum tarixinə dəlalət edir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X25 12 avqust 2021-ci il tarixli ekspert rəyindən görünür ki, tibbi-genetik ekspertiza tədqiqatı nəticəsində Ərizəçi özünü X10 və özünü X2 təqdim edən şəxslərin bioloji anası olması təsdiq olunmuşdur. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə verilmiş sorğuya cavab olaraq 28 sentyabr 2021-ci il tarixi məktubla bildirilmişdir ki, Ərizəçi ünvan 3 ünvanda X10 və X9 ilə birlikdə yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndində qeyd edilir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, ərizəçinin ev şəraitində 07 noyabr 1983-cü il tarixdə Gəncə şəhərində kişi cinsindən bir uşağı və 13.09.1986-cı il tarixdə Gəncə şəhərində qadın cinsindən bir uşağı doğulmuşdur. Hazırda həmin şəxslər özlərini Hüseynov Elvin və Hüseynova Günay kimi təqdim edirlər. Həmin şəxslərin doğulmasını təsdiq edən hər hansı tibbi sənəd, eləcə də şəxsiyyətlərini təsdiq edən sənədləri yoxdur. Uşaqların doğumu qeydiyyata alınmamışdır və müvafiq sənədlər olmadığı üçün Maraqlı şəxs doğumu qeydə almaqdan imtina etmişdir. Məhkəmənin təyin etdiyi ekspert rəyləri ilə Ərizəçi həmin şəxslərin bioloji anası olması, eləcə də kişi cinsindən olan şəxsin sümük yaşının 1983-cü il təvəllüdə, qadın cinsindən olan şəxsin sümük yaşının 1986-cı ilə uyğun olması öz təsdiqini tapmışdır. Həmin şəxslərin dəqiq doğum tarixləri isə onların özünün və ərizəçinin izahatları, şahidlərin ifadələri ilə sübuta yetirilir. “Elektron məhkəmə informasiya sistemi”ndə şəxslərin sorğulanması zamanı X10, X12, X9, X11 adlı şəxslərin heç birinin Ərizəçi uşaqları kimi təqdim edilmiş şəxslərlə eyni şəxs olması müəyyən edilməmişdir. Eeləcə də müvafiq polis orqanına edilmiş sorğu nəticəsində özünü X10 və X2 təqdim edən şəxslərin başqa adla şəxsiyyətini təsdiq edən sənədlərin olması aşkar edilməmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və bir-birini tamamlayan sübutlar ərizəçinin həqiqətən də 07.11.1981-ci il tarixdə bir oğlan uşağı və 13.09.1986-cı il tarixdə bir qız uşağı dünyaya gətirdiyini təsdiq etdiyindən ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233.1, 305-311, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 07.11.1983-cü il tarixdə Gəncə şəhərində bir nəfər kişi cinsindən uşağın və 13.09.1986-cı il tarixdə Gəncə şəhərində bir nəfər qadın cinsindən uşağın doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №2(043)-1357/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1357/2021
07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver