Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1361/2021 20.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Məhkəmə iclas katibi Aslanov Eltun Elman oğlunun katibliyi ilə, İddiaçı Əlı̇ yev Sultan Əli oğlunun cavabdeh Əlı̇ yev Bəxtı̇ yar Əlı̇ oğlu, Əlı̇ yeva Kəmalə Əli qızı, Əlı̇ yev Fı̇ rdovsi Əli oğlu, Əlı̇ yeva Sevı̇ l Bəşı̇ r qızı və Əlı̇ yev Rı̇ yal Fı̇ rdovsi oğluna qarşı "yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əlı̇ yev Sultan Əli oğlu cavabdeh Əlı̇ yev Bəxtı̇ yar Əlı̇ oğlu, Əlı̇ yeva KəmaləƏli qızı, Əlı̇ yev Fı̇ rdovsi Əli oğlu, Əlı̇ yeva Sevı̇ l Bəşı̇ r qızı və Əlı̇ yev Rı̇ yal Fı̇ rdovsi oğluna qarşı "yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Əlı̇ yev Sultan Əli oğlunun cavabdeh Əlı̇ yev Bəxtı̇ yar Əlı̇ oğlu, Əlı̇ yeva Kəmalə Əli qızı, Əlı̇ yev Fı̇ rdovsi Əli oğlu, Əlı̇ yeva Sevı̇ l Bəşı̇ r qızı və Əlı̇ yev Rı̇ yal Fı̇ rdovsi oğluna qarşı "yaşayış sahəsindən çıxarılma və həmin yaşayış sahəsinə köçürülmə" tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1361/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1361/2021
20.04.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver