Məhkəmə qərarları › İş №2(043)-1424/2020

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1424/2020

20.05.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1424/2020 20.05.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi»nə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı «doğumun qeyd edilmə faktının müəyyən edilməsi»nə dair başlıqda ərizə ilə məhkəməyə müraciət edərək, onun 1949-cu ildə Tovuz rayonu, Samanlıq kəndində doğulması faktının müəyyən edilməsi, Gəncə şəhər Maraqlı şəxs tərəfindən doğum haqqında şəhadətnamənin verilməsi, şəhadətnamə verilərkən ata qrafasında ata adının X5, ana qrafasında isə ana adının X1 qeydə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, 1949-cu ildə Tovuz rayonu Samanlıq kəndində anadan olmuşdur. Atası X5, anası X3r. Ailədə 5 (beş) övlad olmuşlar və hər birinin soyadları babalarının adı ilə yəni Vəli adı ilə qeyd edilmişdir. Hazırda onun Gədəbəy rayonunda mülkiyyətində evi vardır. Sosial məsələlərin həlli ilə bağlı ondan doğum haqqında şəhadətnamə tələb olunmuş, lakin doğulduğu Tovuz rayonu Qeydiyyat şöbəsinə müraciət etmiş, cavab olaraq ona «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində adına doğum aktı qeydi aşkar olunmadığı bildirilmişdir. Ona görə də doğum faktının müəyyən edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi XX.XX.1949-cu ildə Tovuz rayonu, Samanlıq kəndində anadan olmuş, Gəncə şəhəri, 4-mik, yataqxana ev 2, mənzil 42-də qeydiyyatdadır; Tovuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxx 2019-cu il tarixli, 1300 nömrəli «avtomatlaşdırılımış qeydiyyat sistemindən» çıxarışın kserosurətindən görünür ki, xx.xx.2019-cu il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə aparılmış yoxlama zamanı Ərizəçi doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli, 0512V-01/15 nömrəli məktubunun əsli ilə üzləşdirilmiş surətindən görünür ki, Ərizəçi müraciəti ilə əlaqədər Tovuz rayonunun Kəşişkənd icra nümayəndəliyində xx xxx 1949-cu ildə tərtib edilmiş 28 saylı doğum haqqında akt qeydi nəzərdən keçirilərkən sonuncunun doğum akt qeydinin aparıldığı, qeydiyyat aparılarkən soyadının «Vəliyev» deyil «Mamedov» kimi, doğum tarixinin «xx.xx.1949-cu il» əvəzinə, «xx.xx.1949-cu il» olaraq qeyd olunduğu müəyyən edilmiş və vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizəçinin daimi yaşayış yerinin qeydiyyat şöbəsinə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə ərizəçinin izahatını işdə olan sənədlərlə birlikdə araşdıraraq hesab edir ki, ərizə əsassız oluğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra- AM) 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədi ilə aparılır. AM-in 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin müəyyən olunmuş hallarından görünür ki, ərizəçinin «xx.xx.1949-cu il»də doğulması barədə Tovuz rayonunun Kəşişkənd icra nümayəndəliyində xx xxx 1949-cu ildə 28 nömrəli doğum akt qeydi tərtib olunmuşdur. Ərizəçiyə qanunamüvafiq qaydada doğum akt qeydində düzəliş edilməsi barədə qeydiyyat şöbəsinə müraciət etməsi izah olunmasına baxmayaraq məhkəməyə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 230, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizəçi X2 maraqlı şəxs Gəncə şəhəri Maraqlı şəxsnə qarşı 1949-cu ildə Tovuz rayonu, Samanlıq kəndində doğulması faktının müəyyən edilməsinə dair ərizəsi əsassız olduğundan təmin edilməsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində X9 Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar