Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1438/2021 29.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X15, Cavabdeh2, cavabdeh X16 və onun nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdehlər X16 və Cavabdeh2 qarşı “məcburi pay hüququndan məhrum edilmə” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X16 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin X17 münasibətdə ləyaqətsiz vərəsə hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X23 06.05.1992-ci ildə anadan olmuşdur. O hələ bir neçə aylıq körpə ikən atası ilə anası arasında ailə münaqişələri baş vermiş, məsələyə uşağın dayısı da qarışımış və Pərvizin atası X40 dayısı ilə yaranmış mübahisə zamanı onu qətlə yetirmişdir. X41 həbs edilmiş, Pərvizin anası isə Pərvizi babası Qaçay Rüstəmovun yanında qoyaraq ondan imtina etmiş və atası evinə geri dönmüşdür. Bundan sonra o bir dəfə də olsun Pərvizlə maraqlanmamış və valideynlik vəzifələrini icra etməmişdir. Pərvizin atası həbs olunduğuna görə, anası isə onu atıb getdiyinə görə Samux rayon İcra Hakimiyyəti başçısının 23 mart 1995-ci il tarixli 13 nömrəli sərəncamına əsasən Pərvizin babası Qaçay Rüstəmov onun qəyyumu təyin edilmişdir. 16 fevral 2002-ci il tarixdə Qaçay Rüstəmov vəfat etmiş və Samux rayon İcra Hakimiyyəti başçısının 22 mart 2002-ci il tarixli 41 nömrəli sərəncamına əsasən Pərvizin əmisi X4 qəyyumu təyin edilmişdir. Lakin, X1 yaranmış problemlər səbəbindən o qəyyum kimi vəzifələrini icra edə bilməmiş və Samux rayon İcra Hakimiyyəti başçısının 10 sentyabr 2003-cü il tarixli 83 nömrəli sərəncamına əsasən Samux rayon İcra Hakimiyyəti başçısının 22 mart 2002-ci il tarixli 41 nömrəli sərəncamı ləğv edilmiş və Pərvizin bibisi X3 qəyyumu təyin edilmişdir. Lakin, X37 Rüstəmova münasibətdə qəyyumluq vəzifələrini həyata keçirmədiyindən Pərviz onların ailəsində böyümüşdür. Eləcə də, Pərviz 2020-ci ilin sentyabr ayınadək onların evində yəni, ünvan 1 ünvanında yaşamışdır. Onun təlimtərbiyəsi ilə onun atası və anası məşğul olmuş və maddi ehtiyacları ailəsi tərəfindən qarşılanmışdır. Bu faktı bütün qonşular və qohumlar təsdiq edə bilər. Təsadüfi deyil ki, X42 Qəsəbəsində yerləşən 17 nömrəli məktəbdə təhsil almış və 2008-ci ildə həmin məktəbdən məzun olmuşdur. Pərviz Rüstəmov 15.10.2020-ci il tarixdə Vətən müharibəsində şəhid olmuşdur. Pərviz şəhid olduqdan sonra, onun sağlığında onunla maraqlanmayan iki nəfər - Pərvizin bioloji anası sayılan, lakin ona analıq etməyən Cavabdeh2 və Pərvizin bibisi, qəyyum olmasına baxmayaraq, Pərvizə münasibətdə qəyyumluq vəzifələrini icra etməyən Elina İsgəndərova şəhid ailələri üçün müəyyən olunmuş birdəfəlik ödənişin yəni, 11000 manat pulun əldə olunması üçün fəallaşmışlar. Hətta X28n anası Cavabdeh2 qarşı sonuncunun ləyaqətsiz vərəsə hesab edilməsi ilə bağlı Gəncə şəhəri Kəpəz rayon Məhkəməsində iddia da qaldırmışdır. Valideynlik hüquqlarını yerinə yetirməyən bir ana və qəyyum olmasına baxmayraq Pərvizlə maraqlanmayan bibi məhkəmə qaydasında ləyaqətsiz vərəsə hesab edilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan normalarının qarşılıqlı təhlili onu deməyə əsas verir ki, mirasqoyana münasibətdə valideynlik və qəyyumluq vəzifələrini yerinə yetirməkdən boyun qaçıran şəxslərin miras əmlak barəsində qanun üzrə vərəsəlik hüquqlarının həyata keçirilməsi istisna edilir. Bu xüsusatda Pərviz Rüstəmovun anası Cavabdeh2 və bibisi Cavabdeh1 Pərviz Rüstəmova münasibətdə ləyaqətsiz vərəsə hesab edilməlidir. Daha sonra iddiaçının nümayənəsi X31 iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinin xahiş hissəsini "cavabdehlər X16 və Cavabdeh2 15.10.2020-ci il tarixdə Vətən müharibəsində şəhid olmuş X9 miras qalmış əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsi" kimi qəbul edib iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi X31 hər biri ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında bildirdi ki, mərhum X23 onun oğlu olmuşdur. O, oğlunu məcbur qaldığı üçün körpə vaxtı tərk etmiş və 18 yaşına kimi onunla maraqlana bilməmişdir. Lakin, oğlu yetkinlik yaşına çatdıqdan sonra onlar daim ünsiyyətdə olmuşlar. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 nümayəndəsi X10 iddianı qəbul etməyərək izahatında bildirdi ki, X47 cavabdehin qardaşı oğlu olmaqla, 10.09.2003-cü ildə bibisinin qəyyumluğuna verilmişdir. Cavabdeh X38 qəyyumu olaraq üzərinə düşən öhdəlikləri həmişə yerinə yetirmişdir. O, qəyyum kimi öz vəzifələrinin icrasından heç vaxt boyun qaçırmamışdır. Digər tərəfdən, cavabdeh qanunvericiliyə əsasən Pərviz Rüstəmova münasibətdə məcburi pay almaq hüququna malik olan şəxs deyil. Odur ki, onun məcburi paydan məhrum edilməsi mümkün deyil. Qeyd edilən xüsusatları nəzərə alaraq, iddianın Elina İsgəndərovaya münasibətdə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X16 nümayəndəsi ilə eyni məzmunlu izahat verərək, iddianın ona aid hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 izahatında bildirmişdir ki, o, cavabdeh Elina İsgəndərovanı tanıyır. O, cavabdehin anası və atası yanında olmadığı üçün X38 həmişə qayğısına qaldığının şahidi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahatında bildirmişdir ki, cavabdeh Elina İsgəndərovanın sinif yoldaşı olmuşdur. X38 anası və atası olmadığından X28 öz yanına aparmış və onun saxlanılması ilə məşğul olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 izahatında bildirmişdir ki, cavabdeh Elina İsgəndərova ilə qonşudurlar. X47 təxminən 11-12 yaşına kimi babası və nənəsi ilə birlikdə yaşamışdır. Onlar öldükdən sonra bibisi - cavabdeh Elina İsgəndərovanın yanında qalmış və onun saxlanılması ilə bibisi məşğul olmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, o, X38 bibisi oğludur. Pərvizin saxlanılması ilə əvvəlcə Elçin adlı əmisi daha sonra o xəstəlindiyi üçün iddiaçının atası mərhum Elşən Rüstəmov məşğul olmuşdur. O, 4-cü sinifdə oxuduğu vaxtdan iddiaçı Rövşəngildə yaşamağa başlamışdır. Cavabdeh Elina isə Rövşəngilə qonaq kimi gəlibgetmişdir. Pərviz hərbi xidmətə Rövşəngilin evindən getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 izahatında bildirmişdir ki, o, İddiaçı qonşuluğunda yaşayır. O, X47u uşaq vaxtından iddiaçının atası Elşən Rüstəmovun ailə üzvü kimi tanıyır. Bildiyi qədəri ilə mərhum Pərvizin saxlanılması ilə iddiaçının atası mərhum Elşən məşğul olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 30.01.1961-ci il də anadan olmuş, onun atası X34, anası X12 olmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuş, onun atası X22r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 06.05.1992-ci il tarixdə Samux rayonu Səfərəliyev qəsəbəsində doğulmuş. Onun atası X35, anası Cavabdeh2dır. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının 23 mart 1995-ci il tarixli 13 saylı sərəncamından görünür ki, X7 nəvəsi X14 qəyyumu təyin edilmişdir. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının 22 mart 2002-ci il tarixli 41 saylı sərəncamından görünür ki, X7 16 fevral 2002-ci ildə vəfat etdiyi üçün X2 qaldığı nəzərə alınaraq, əmisi X18 qəyyumluğuna verilmişdir. İş materiallarında olan Samux Rayon İcra Hakimiyyəti Başçısının 10 sentyabr 2003-cü il tarixli 83 saylı sərəncamından çıxarışdan görünür ki, X14 qəyyumu X18 ruhi xəstə olmasını nəzərə alaraq, X23 bibisi X8 qəyyumluğuna verilmişdir. İş materiallarında olan əsas təhsil haqqında şəhadətnamənin surətindən və Gəncə şəhər Təhsil İdarəsi 17 nömrəli tam orta məktəb tərəfindən verilmiş arayışdan görünür ki, 1992-ci il təvəllüdlü X23 2003-cü ildən 2008-ci ilə kimi Gəncə şəhər 17 nömrəli məktəbdə təhsil almış və 2008-ci ildə məktəbin 9-cu sinfini bitirmişdir. İş materiallarında olan 04.09.2018-ci il tarixdə X23 tərəfindən tərtib edilmiş tərcümeyihalın sürətindən görünür ki, Pərviz Rüstəmov öz tərcümeyi-halında qeyd etmişdir ki, “o, 06.05.1992-ci ildə Xanlar rayon Səfərəliyev qəsəbəsində anadan olmuş, 1999-cu ildə Samux rayon 2 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş, 2003-cü ildən təhsilini Gəncə şəhər 17 nömrəli məktəbdə davam etdirmiş, həmin məktəbin 9-cu sinfini bitirmişdir. 2010-cu ilin iyul ayının 2-də Samux rayon Hərbi komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2012-ci il yanvar ayının 13-də hərbi xidmətdən ehtiyata buraxılmışdır. Onun atası X35 1966-cı ildə Samux rayonunda anadan olmuş, 1999-cu il dekabr ayının 23-də vəfat etmiş, Samux rayonunda dəfn olunub. Anası Cavabdeh2 1973-cü ildə Gəncə şəhəridə anadan olub, 2000-ci ildə vəfat edib, Gəncə şəhərində dəfn olunub”. İş materiallarında olan mərhum (şəhid) X23 tərəfindən öz xətti ilə 04.07.2020-ci il tarixdə yazılmış və imzalanmış əl yazmada qeyd edilmişdir ki, “mən, X23 06.05.1992-ci ildə Samux rayon Nəbiağalı qəsəbəsində anadan olmuşam, əgər mənə bir şey olarsa ödəniləcək təzminatı əmim oğlu İddiaçı ödənilməsini tələb edirəm. Bütün mal varlığımı əmim oğlu İddiaçı vəsiyyət edirəm. Sözlərimi imzamla təsdiq edirəm. Əmim oğlu Rövşəndən xahişim təzminatı qəbul etsin”. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 15.10.2020-ci il tarixdə Füzuli rayonunda hərbi əməliyyatlar nəticəsində partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr nəticəsində ölmüşdür. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların (bundan sonra – hərbi qulluqçuların) və daxili işlər orqanları əməkdaşlarının vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə (bundan sonra – birdəfəlik ödəmə) verilsin. Məhkəmə qeyd edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və X13 qarşı “məcburi pay hüququndan məhrum edilmə” tələbinə dair hazırki iddia ərizəsinə baxılarkən, ilk öncə iddiaçının bu iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmaması müəyyən edilməlidir. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İş materiallarından göründüyü kimi X47 04.07.2020-ci il tarixdə tərtib etdiyi əlyazmasında ona bir şey olacağı təqdirdə ödəniləcək təzminatı əmisi oğlu İddiaçı ödənilməsini tələb etdiyini və bütün mal varlığını əmisi oğlu İddiaçı vəsiyyət etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167-ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1186-cı maddəsinə əsasən vəsiyyət edən vəsiyyətnaməni (ev vəsiyyətnaməsi) öz əli ilə yazıb imzalaya bilər. Qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə belə qənaətə gəlir ki, X47 tərəfindən öz əlyazısı ilə 04.07.2020-ci il tarixdə tərtib edilmiş sənəd ev vəsiyyətnaməsi kimi qəbul edilməli və İddiaçı X38 vəsiyyətnamə üzrə vərəsəsi hesab edilməlidir. Belə ki, ev vəsiyyətnaməsi dedikdə, vəsiyyət edənin öz əli ilə yazıb imzaladığı vəsiyyətnamə başa düşülür. Mülki Məcəllənin 1187-ci maddəsinə əsasən vəsiyyət edən ev vəsiyyətnaməsini saxlamaq üçün notariusa verə bilər. Bunun üçün o, vəsiyyətnaməni zərfə qoyub bağlayır və üç şəxsin yanında notariusa təqdim edir. Həmin şəxslər zərfin üzərində imza atırlar. Bu imzalar onu sübut edir ki, ev vəsiyyətnaməsi zərfə qoyularaq həmin şəxslərin yanında notariusa saxlanca verilmişdir. Bununla vəsiyyətnamə notariusda rəsmən depozitə qoyulmuş hesab edilir. Ev vəsiyyətnaməsini notariusa saxlanca vermək vəsiyyət edənin vəzifəsi yox, hüququdur. Mülki Məcəllənin 1187-ci maddəsini təhlil etməklə bu cür nəticəni çıxarmaq mümkündür. Çünki, həmin maddənin məzmununda göstərilmişdir ki, “vəsiyyət edən ev vəsiyyətnaməsini saxlamaq üçün notariusa verə bilər”. “Verə bilər” ifadəsi vəsiyyət edənin hüquqa malik olmasını, “verməlidir” ifadəsi isə onun vəzifə daşımasını göstərir. Buradan belə aydın olur ki, vəsiyyət edən ev vəsiyyətnaməsini notariusa verə də bilər, verməyə də. Buna görə də, əgər o, vəsiyyətnaməni notariusa saxlanca verməzsə, bu hal ev vəsiyyətnaməsinin etibarsız sayılmasına dəlalət etmir. Ev vəsiyyətnaməsinin notariusa saxlanca verilməsinin üstünlüyü ondan ibarətdir ki, bu vəziyyədə vəsiyyətnamənin itmək və ya məhv olmaq ehtimalı istisna edilir. Hazırki mülki iş üzrə Pərviz Rüstəmov tərəfindən tərtib edilmiş ev vəsiyyətnaməsi notariusa saxlanca verilməsə də, bu hal həmin vəsiyyətnamənin etibarsızlığına dəlalət etmir. Beləliklə, İddiaçı mərhum X14 vəsiyyətnamə üzrə vərəsəsi olduğundan, onun hazırki iddia tələbini irəli sürmək üçün subyektiv hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1138-ci maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 13 dekabr 2011-ci il tarixli Qərarında göstərilir ki, mülki Məcəllənin 1137-ci maddəsində qeyd olunan miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxsin hərəkətləri anlayışı həmin Məcəllənin 1203.1-ci maddəsinin “məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar” müddəasını tam əhatə etmir. Belə ki, burada miras qoyana qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkətlər məcburi paydan məhrum etmək üçün səbəb kimi götürülsə də, bu cinayətlərin miras qoyanın yalnız son iradəsinin əleyhinə yönəlməsi nəzərdə tutulur. Bununla yanaşı, Mülki Məcəllənin 1138-ci maddəsində qanunverici məcburi pay almaq hüququna dair daha bir məhdudiyyət də müəyyən etmişdir. Belə ki, bu maddəyə görə valideynlik hüquqlarından məhrum edilmiş və mirasın açıldığı günədək bu hüquqları bərpa edilməmiş valideynlər uşaqlarının qanun üzrə vərəsələri ola bilməzlər. Miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçıran şəxslər də qanun üzrə vərəsə ola bilməzlər, bir şərtlə ki, bu hal məhkəmə tərəfindən təsdiq edilsin. Göründüyü kimi, Mülki Məcəllənin 1203-cü maddəsi baxımından həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən hallar qanun üzrə vərəsəlik hüququnun itirilməsinə, eləcə də vəsiyyət edənin öz sağlığında məhkəməyə müraciəti əsasında məcburi pay almaq hüququ olan şəxslərin bu hüquqdan məhrum edilməsinə səbəb olur. Mülki Məcəllənin 1203.1-ci maddəsinin “vərəsəlik hüququndan məhrumetməyə səbəb ola hallar” müddəası həmin Məcəllənin 1137 və 1138-ci maddələrində göstərilən halları əhatə edərək, nəinki miras qoyanın son iradəsinə, həmçinin miras qoyana qarşı yönələn halları ehtiva edir. Məhkəmə iddia tələbinin Cavabdeh2 qarşı olan hissəsini araşdıraraq aşağıdakıları qeyd edir: Cavabdeh2 X38 birinci növbə vərəsi hesab edilsə də, məhkəmə tərəfindən onun X47 üzərində valideynlik vəzifələrini yerinə yetirmədiyi müəyyən edildiyindən, Mülki Məcəllənin 1138-ci maddəsinə əsasən o, Pərviz Rüstəmovun birinci növbə vərəsəsi kimi ona çatası məcburi paydan məhrum edilməlidir. Belə ki, məhkəmə iclasında işdə iştirak edən şəxslərin izahatları, şahid ifadələri, tədqiq olunmuş sənədlər ilə yanaşı Cavabdeh2 özünün də izahatı ilə müəyyən edildi ki, o, X38 anası olsa da, oğlu hələ körpə ikən onu tərk etmiş, onun böyüməsində, təlim-tərbiyəsində iştirak etməmiş, onunla maraqlanmamış, bir sözlə Pərviz Rüstəmov üzərində qanunla müəyyən edilmiş valideynlik vəzifələrini icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Həmçinin 34-cü maddədə göstərilmişdir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 miras qoyan Pərviz Rüstəmovun valideyni olaraq onu saxlamaq üzrə öhdəsinə qoyulmuş vəzifələrdən qəti surətdə boyun qaçırdığı müəyyən edildiyindən, iddia tələbi Cavabdeh2 aid hissədə təmin edilməli, o, mirasqoyan Pərviz Rüstəmovdan qalmış miras əmlaka münasibətdə məcburi pay hüququndan məhrum edilməlidir. Məhkəmə, iddia tələbinin digər cavabdeh Elina İsgəndərovaya qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsində mirasdan məcburi pay almaq hüququna malik olan şəxslərin dairəsi dəqiq göstərilmişdir: vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri). Qanunvericiliyə əsasən miras qoyanın digər vərəsələrinin mirasdan məcburi pay almaq hüququ yoxdur. Cavabdeh Elina İsgəndərova isə miras qoyan Pərviz Rüstəmovun bibisi olmaqla, qanunvericiliyə əsasən onun ümumiyyətlə mirasdan məcburi pay almaq hüququ yoxdur. Belə olan vəziyyətdə cavabdeh Elina İsgəndərova məcburi pay hüququndan məhrum edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 mərhum X9 miras qalmış əmlaka münasibətdə məcburi pay almaq hüququndan məhrum edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1438/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1438/2021
29.06.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver