Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1455/2022 21.04.2022 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Mən, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin hakimi İmanov Zaman Şakir oğlu Ərizəçi (Maraqlı şəxs) “qohumluq münasibətində olma və mirası qəbul etmə faktlarının müəyyən edilməsi”nə dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq, müəyyən etdim: Ərizəçi (Maraqlı şəxs) “qohumluq münasibətində olma və mirası qəbul etmə faktlarının müəyyən edilməsi”nə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X4 nənəsi X2 ilə ana-bala olmaları və atasının nənəsi X1 mirası qəbul etməsi faktlarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizəçi ərizəsinin “xahiş etdi” hissəsində atası X4 nənəsi X2 ilə ana-bala olmaları və atasının nənəsi X1 mirası qəbul etməsi faktlarının müəyyən edilməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etməklə bir-biri ilə əlaqədar olmayan tələbi birləşdirməklə qeyri müəyyənlik yaratmış, hər iki tələbi bir iddia ərizəsində bir cavabdehə qarşı irəli sürməklə cavabdehə yönələn tələbi dəqiq müəyyən etmək mümkün olmamışdır. Bununla da müəyyən olunur ki, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmədən verilmişdir. Bundan başqa, ərizəçi ərizəsinin “xahiş etdi” hissəsində dəqiq olaraq kimin anası və ya atası olduğunu, akt qeydi aparılarkən ad qrafasında, ata qrafasında atasının, ana qrafasında anasının adının və milliyyətinin nə kimi qeyd olunmasını göstərmiyərək qeyrimüəyyənlik yaranmışdır. Məhkəməyə təqdim edilmiş iddia ərizəsində Maraqlı şəxs və onun ünvanı olaraq ünvan 1dia ərizəsinə maraqlı şəxsin şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar və onun yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı) barədə sübut əlavə edilməmiş, həmçinin şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron portalda yoxlanış aparılan zaman bu şəxs barədə şəxsiyyət vəsiqəsi məlumatlarına dair elektron portalda heç bir məlumat aşkar olunmamış və həmin şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün iddia ərizəsinə hər hansı bir sənəd əlavə edilməmişdir. Buna görə də iddiaya cavab verməli olan şəxsin kimliyini müəyyən etmək mümkün deyildir. Bununla da müəyyən olunur ki, iddia ərizənin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələbinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə birbiri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra–MPM) 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldım: Ərizəçi (Maraqlı şəxs) “qohumluq münasibətində olma və mirası qəbul etmə faktlarının müəyyən edilməsi”nə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunur ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(043)-1455/2022
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1455/2022
21.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver