Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-146/2020 03.06.2020 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Gəncə ərazi idarəsinə qarşı payın naturada bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın dövlət reyestri xidmətinin Gəncə ərazi idarəsinə qarşı payın naturada bölünməsi tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli mülkdən ona məxsus payının naturada ayrılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla onun 1/6 hissədə payı müəyyən edilmişdir. Lakin paylarının naturada ayrılması ilə bağlı cavabdehlə öz aralarında qarşılıqlı razılığa gələ bilmədikləri üçün məcbur olub məhkəməyə müraciət etmişdir. İddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul edərək, təmin olunmasına etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə DƏDRX-in Gəncə ərazi idarəsinə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işə cavabdeh DƏDRX-in Gəncə ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülkiişəəlavəedilmişvəməhkəməiclasındatədqiqolunmuş:-Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli fərdi yaşayış evinin 1/6 hissədə payı İddiaçı mülkiyyətində olmaqla rəsmi reyestrdə qeydə alınmışdır. 12 sentyabr 2019-cu il tarixli, 2(043)-2994/2019 nömrəli qərardadla məhkəmə tikintitexniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 fevral 2020-ci il tarixli, 25587 nömrəli ekspert rəyindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli fərdi yaşayış evinin İddiaçı istifadəsində olan 16,0 kvm və 17,0 kvm olan yaşayış otaqlarının qarşısında yardımçı tikililər olduğunu nəzərə almaqla, D literli tikilinin sahəsi 17,0 kvm olan yaşayış otağının İddiaçı qalan tikililərin Cavabdeh1 verməklə fərdi yaşayış evinin iki hissəyə naturada təcrid mənzillər şəklində bölünməsi, İnşaat Norma və Qaydalarının 2.08.01.89*-nun 1.1, 2.2, 2.4, 2.9 bəndlərinin və Məhkəmə tikinti-exniki ekspertizasının Həlli Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən olunmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 213-cü maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. MM-in 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. MM-in 220-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.(MM.mad. 220.1,220.2,220.3) Məhkəmə iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Kəpəz rayonu, Üzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli ev paylı mülkiyyət hüququ üzrə 1/6 hissədə İddiaçı məxsusdur. Paylı mülkiyyətçilərdən ddiaçı İddiaçı paylı mülkiyyətdə olan payının naturada ayrılmasını istəsə də digər paylı mülkiyyətçi ilə öz aralarında qarşılıqlı razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət edərək payının naturada ayrılmasını tələb etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdiyi əsaslar hazırki işdə mövcud olmaqla bu hallar Mülki Məcəllənin 220-ci maddəsinə uyğun olaraq iddianın təmin edilməsi üçün əsaslı olduğundan iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- MPM) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3 və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı Gəncə şəhəri, Kəpəz rayonu, Uzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli evin iddiaçı x1 1/6 hissədə payına uyğun olaraq D literli tikilinin 17,0 kvm olan yaşayış otağı və həmin yaşayış otağının qarşısındakı yardımcı tikilinin 1,45 kvm. hissəsi iddiaçı x2 istifadəsində saxlanılmaqla təcrid şəkildə bölünməlidir. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçı tərəfindən tələb olunmadığından iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat, iddiaçı öz üzərinə götürdüyü üçün iddiaçıya aid edilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin olunsun. Gəncə şəhəri, Kəpəz rayonu, Uzeyir Hacıbəyli küçəsi 3-cü döngədə yerləşən 2 nömrəli fərdiyaşayışevininiddiaçı x1 1/6 hissədə payına uyğun olaraq D literli tikilinin 17,0 kvm olan yaşayış otağı və həmin yaşayış otağının qarşısındakı yardımcı tikilinin 1,45 kvm hissəsi iddiaçı x2 istifadəsində saxlanılmaqla təcrid şəkildə bölünsün. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıyaaidedilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat İddiaçı alınaraq Büdcə təsnifatının kodu142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlətxəzinadarlığıagentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE********************, hesaba ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində x5 Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(043)-146/2020
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-146/2020
03.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver