Məhkəmə qərarları › İş №2(043)-1501/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1501/2021

05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1501/2021 05.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Cavid Tahir oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, ərizəçi Mehdiyev Adil Bayram oğlunun iştirakı ilə, Ərizəçi Mediyev Adil Bayram oğlunun Maraqlı şəxsnə qarşı «vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının düzgün olmamasının» müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: Ərizəçi maraqlı şəxs Gəncə şəhər Kəpəz rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı kitabında ata adının Bayraməli əvəzinə Bayram yazılmasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa Ərizəçi ərizəsinin dəqiqləşməsi barədə məhkəməyə ərizə verərək doğum akt qeydində atasının “Bayraməli” əvəzinə yanlış olaraq “Bayram” kimi düzgün qeyd edilməməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə MPM-in 53-cü maddəsinə əsasən ərizəyə dəqiqləşmə verildiyi kimi baxmışdır. Məhkəmə iclasında Ərizəçi izahatında göstərdi ki, atası X3 1990-cı ildə vəfat etmişdir. Atasından Gəncə şəhəri, Kəpəz rayonu, A.Məmmədov küçəsi, (keçmiş Suvorov küçəsi ev 13) 13 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Atasından miras qamış evi öz adına qeydə aldırmaq istmiş, lakin doğum haqqında şəhadətnaməsində atasının adı Bayraməli əvəzinə Bayram kimi qeyd olunduğu üçün atasından miras qalmış əmlakı öz adına qeydə aldıra bilməmişdir. Arxiv sənədləri Ermənistan Respublikasında qaldığı üçün qeyd olunan yanlışlığı başqa qaydada aradan qaldıra bilmədiyi üçün məcbur olub məhkəməyə müraciət etmişdir. Ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, Mehdiyev Adil Bayram oğlu onun qonşusudur. Atasının adı Bayraməli olmuşdur və həmin ünvanda da rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Mehdiyev Adil Bayram oğlu onun qonşusudur.1956-ci ildən onunla qonşuluqda yaşayır. Adilin atasının adı Bayraməli olmuşdur və uzun müddətdir ki, o rəhmətə getmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - AZE******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1950-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuşdur. 03.01.1954-cü il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 1950-ci ildə anadan olmuş Ərizəçi atası X10, anası isə X6 qeyd edilmişdir. İ-İE 042458 nömrəli nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 ilə X14 arasında olan nikah 15.05.1956-cı il tarixdə qeydə alınmışdır. İİİ-JQ 493421 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 11.01.1990-c il tarixdə vəfat etmişdir. 25.05.1987-ci il tarixli qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Mehdiyev Bayraməli Kalbalayıəli oğlunun adına qeydə alınmışdır. Gəncə şəhər Kəpəz rayon İHB-in 2 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 22.07.2019-cu il tarixli 569 nömrəli arayışdan görünür ki, 10.01.1990-cı il tarixdə vəfat etmiş X5 öldükdən sonra ailə üzvlərindən olan övladları X9 və Ərizəçi sağ qalmışdır. Məhkəmə iclasında ərizəçinin izahatından və təqdim olunmuş sənədlərlə müəyyən olundu ki, ərizəçi xx.xx.1950-ci il tarixdə Ermənistanın Vardenis rayonunda anadan olmuşdur. Onun ata adı doğum akt qeydində “Bayraməli” əvəzinə “Bayram” kimi qeyd edilmişdir. X1 10.01.1990-cı il tarixdə vəfat etmişdir. Atasından Gəncə şəhəri, Kəpəz rayonu A.Məmmədov küçəsi 13 ünvanında yerləşən fərdi yaşayış evi miras qalmışdır. Hazırda atasından miras qalmış evi mülkiyyət hüququ üzrə öz adına qeydə aldırmaq istəmiş, lakin doğum haqqında şəhadətnaməsində atasının adında yanlışlıq olduğu üçün vərəsəliklə bağlı məsələlərin həll olunmasına nail ola bilmir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir, habelə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Belə olan halda məhkmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1950-ci ildə Ermənistanın Basarkeçər rayon ZAQS bürosunda aparılmış doğum akt qeydində ata qrafasında ata adının Bayraməli əvəzinə «Bayram» kimi düzgün qeyd edilməməsi müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-308,311-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1950-ci ildə Ermənistanın Basarkeçər rayonu ZAQS bürosunda aparılmış doğum akt qeydində ata qrafasında ata adının Bayraməli əvəzinə «Bayram» kimi düzgün qeyd edilməməsi müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar