Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1523/2021 20.05.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X3 iclas katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı uşağı 16.05.2018-ci il təvəllüdlü X2 Cavabdeh adına olan Gəncə şəhəri, Kəpəz rayonu A.Yusibov küçəsi 6 saylı mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 20.09.1999-cu il tarixdə Goranboy rayonunun Xoylu kəndində anadan olmuş, hal-hazırda Daşkəsən rayonunun Bayan kəndində müvəqqəti yaşayır. Cavabdeh onun qaynatasıdır. O, iddiaçının oğlu X5 ilə 30.07.2017-ci il tarixdə evlənib ailə qurmuş, iddiaçıya məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu A.Yusibov küçəsi 6 saylı evə gəlin köçürülmüşdür. Həmin evə gəlin köçürülərkən cehiz əşyaları iddiaçı Cavabdeh məxsus evə yığılmışdır. İddiaçıya məxsus olan evə onun cehiş əşyaları, yəni yataq mebeli və qonaq evi üçün mebel, stol-1 ədəd, oturacaq stulları- 8 ədəd, divan-1 ədəd, şkaf 2 ədəd, xalça-4 ədəd, çıl-çıraq-2 ədəd, paltaryuyan maşın-1 ədəd, pərdə-2 dəst, tozsoran-1 ədəd, döşək-1 ədəd, yorğan-3 ədəd, uşaq yorğan- döşəyi- 1 dəst, balmc-4 ədəd, pakrval-4 ədəd, stolüstü süfrə-2 ədəd, əl dəsmalı-8 ədəd, hamam dəsmalı-4 ədəd, 1 böyük qaşıq-çəngəl dəsti, 1 balaca qaşıq-çəngəl dəsti, çəngəl-12 ədəd, qaşıq-12 ədəd, çay qaşığı-12 ədəd, tort qaşığı-12 ədəd, limon çəngəli- 2 ədəd, 4 qazan dəsti, stəkan-12 ədəd, xörək servizi, çay servizi, meyvə qabı -2 ədəd, samovar, tefal, 48 ədədlik qab-qaçaq dəsti, 4 dəst bakallar, uşaq krovatı, uşaq oyuncaqları, paltarları, uşağın kolyaskası, uşaq maneji, kuxnada işlənən gündəlik qab-qaşıqları və sair ev əşyaları yığılmışdır. Həmin əşyalar hal-hazırda da iddiaçıya məxsus evdə saxlanılır. Oradan yalnız uşağına və özünə məxsus olan gündəlik geyim əşyalarını götürmüşdür. Cavabdehin oğlu X5 ilə 2019-cu ilin avqust ayına kimi iddiaçıya məxsus olan evdə ər-arvad kimi yaşamış, birgə nikahlarından övladları 16.05.2018-ci il təvəllüdlü X4 anadan olmuşdur. 2019-cu ilin avqust ayında cavabdehin oğlu Rəşid onu döyərək xəsarət yetirmiş, zorla onu evdən qovmaq istəsə də, o evi tərk etməmiş Kəpəz rayon polis idarəsinə döyülməsi barədə şikayət ərizəsi yazıb vermişdir. Həmin vaxtı cavabdehin oğlu onun həyat yoldaşı Rəşid qardaşı Bəxtiyarı öz evlərinə çağırıb, ona dedimişdir ki, bacın getsin atan evində 3 gün qalsın sonra kirayə ev tutacam, ailəmlə birgə kirayədə yaşayacam. Aradan 3 gün keçmiş, o Rəşidə mobil telefonla zəng vurub, onu gəlib aparmasını ondan xahiş etsə də, o cavabında ona demişdir ki, anası ona imkan vermir, deyir ki, məhkəmə vasitəsi ilə boşan, ona görə anasının sözündən çıxa bilmir, məhkəmədə görüşərik. Məcburiyyət qarşısında qalıb, körpə uşağı ilə birlikdə atası evində qalmışdır. Goranboy rayon məhkəməsinin 21.05.2020-ci il tarixli qətnaməsi ilə cavabdehin oğlundan boşanmışdır. O iddiaçıya məxsus olan evdən, öz xoşu ilə çıxıb getməmiş, sabiq həyat yoldaşı Rəşid, eləcə də onun valideyinləri hiyləgərlik edərək qardaşını aldadaraq, onun azyaşlı uşağı ilə həmin evdən çıxarılmasına səbəb olmuşdur. Əslində o ailəsinin dağılmasını istəməmiş, ailəsinin bərpa olmasını istəsə də, kənar müdaxilələr nəticəsində heç bir əsas və səbəb olmadan onun ailəsi dağılmışdır. Onun özü və azyaşlı uşağı hiyləgərlik yolu ilə həmin evdən çıxarılsam da, cehiz əşyalarının hamısı iddiaçı Cavabdeh Əmraslan oğlunun adına olan Gəncə şəhəri Kəpəz rayonu A.Yusibov küçəsi 6 saylı evdədir. Azyaşlı uşağını normal böyüdüb, ona gələçəkdə təhsil vermək üçün atası evində qala bilmir. Ona görə ki, atası evi 2 otaqdan ibarət olmaqla, 5 nəfər ailə üzvləri vardır. Azyaşlı qızı ilə onun qalmağa yeri yoxdur. Gəlin göçdüyü evdə yaşamaq istəyir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, İddiaçı və azyaşlı uşağı 16.05.2018-ci il təvəllüdlü X2 Cavabdeh adına olan Gəncə şəhəri, Kəpəz rayonu A.Yusibov küçəsi 6 saylı mənzilə köçürülmələrinə dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, İddiaçı Cavabdeh oğlu Rəşidlə 2017-ci ildə evlənmiş, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu A.Yusibov küçəsi 6 saylı mənzilə gəlin köçmüşdür. İddiaçı ilə cavabdehin oğlu arasında bağlanılmış nikah məhkəmə qaydasında pozulmuş, iddiaçı 2019-cu ildən həmin mənzildə yaşamamışdır. Hesab edir ki, iddiaçı cavabdehin ailə üzvü hesab edilmədiyindən istifadə hüququ yaranmamışdır, cavabdehin mülkiyyətində olan mənzilə istifadə hüququ olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş hüquqların dövlət qeydiyyatı haqqında 21581 nömrəli Qeydiyyat Vəsiqəsiqəsinin təsdiqlənmiş surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu A.Yusibov küçəsi 6 saylı yaşayış evi Cavabdeh adına olan mülkiyyət hüququ əsasında 06.11.2002-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Goranboy rayon Məhkəməsinin 21 may 2020-ci il tarixli qətnaməsindən görünür ki, X5 ilə İddiaçı arasında 01.10.2017-ci il tarixdə Bərdə Asan Xidmət Mərkəzi qeydiyyat şöbəsində 1139 saylı akt qeydi ilə qeydiyyata alınmış nikah pozulmuş, boşanmadan sonra tərəflərin yetkinlik yaşına çatmamış uşaqları 16.05.2018-ci il təvəllüdlü X4 anası İddiaçı yanında saxlanılmışdır. İş materiallarında olan Goranboy rayon İHB-nın Xoylu kənd İƏDÜ Nümayəndəliyi tərəfindən verilmiş 30.03.2021-ci il tarixli, 179 saylı arayışdan görünür ki, İddiaçı halhazırda Goranboy rayon Xoylu kənd İƏDÜ Nümayəndəliyi ərazisində qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh oğlu X5 ilə nikahlarını rəsmi qeyd etdirməklə 30.07.2017-ci ildə ailə qurmuşlar. Onların birgə nikahından 1 övladları doğulmuşdur. Ailə qurduqdan sonra iddiaçı qayınatası olan Cavabdeh məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu A.Yusibov küçəsi 6 saylı mənzilə köçmüşdür. Daha sonra ailə münasibətləri baş tutmadığından iddiaçı ilə cavabdehin oğlu arasında olan nikah pozulmuş və faktiki olaraq ayrılmış, iddiaçı həmin mənzildən çıxıb getmiş və hazırda cavabdehə məxsus evdə yaşamır. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 06.11.2002-ci il tarixdən Cavabdeh adına rəsmiləşdirilmiş və yaşayış sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda Cavabdeh məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə özü və azyaşlı uşağı 16.05.2018-ci il təvəllüdlü X1 xahiş edir. Cavabdehin nümayəndəsi isə iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş edir. “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 11 iyul 2014-cü il tarixli qərarında qeyd edilir ki, yaşayış sahəsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Məhkəmələr tərəfindən göstərilən maddi hüquq normalarının tətbiqi zamanı həmçinin nəzərə alınmalıdır ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə digər ailə üzvləri arasında həmin sahədən istifadə hüququ ilə bağlı məsələlər həll edilərkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin, həmin tarixdən sonra isə qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı 30.07.2017-ci il tarixdə cavabdehin oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə quraraq mübahisəli yaşayış sahəsinə köçmüşdür. Həmin yaşayış sahəsinə dair mülkiyyət hüququ 06.11.2002-ci il tarixdən Cavabdeh adına qeydə alınmışdır. Yaşayış sahəsinin mülkiyyət forması 2002-ci ildən dəyişdiyindən, iddiaçının həmin yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı mübahisə Mülki Məcəllənin 228.1, 228.2-ci maddələri və ya hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsi ilə müəyyən edilmiş qaydalara uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin tələbləri baxımından İddiaçı yaşayış sahəsinin mülkiyyətçisi Cavabdeh münasibətdə onun ailə üzvü hesab olunmur. Belə ki, mülkiyyətçinin ailə üzvləri dedikdə, onun arvadı (əri), uşaqları və valideynləri başa düşülür. Mənzil Məcəlləsinin 30.1-ci maddəsində göstərilən “digər qohumlar” ifadəsinə gəldikdə isə qeyd edilməlidir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü hesab olunmadığından, ona məxsus yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəsinə riayət edilməsi tələb olunurdu. Belə ki, qeyd olunan maddi hüquq normalarına əsasən mülkiyyətçinin ailə üzvü sayılmayan şəxslərin yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə onun arasında yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Lakin, iş materialları ilə müəyyən olunur ki, iddiaçı ilə yaşayış sahəsinin mülkiyyətçisi arasında yaşayış sahəsindən istifadə hüququnun əmələ gəlməsinə dair notariat qaydasında təsdiqlənən yazılı müqavilə bağlanmamışdır. Belə müqavilə bağlanmadığına görə, iddiaçının yaşayış sahəsindən istifadə hüququ da əmələ gəlməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı himayəsində olan azyaşlı uşağı (məhkəmə qətnaməsi ilə uşaqlar onun yanında saxlanılmışdır) ilə birlikdə Cavabdeh məxsus yaşayış sahəsinə köçürülməsi ilə bağlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu iddiaçıya aid edilməliməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş 11 (on bir) manat dövlət rüsumu və bank xərci iddiaçıya aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Mustafayev Əsli ilə düzdür: Hakim Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №2(043)-1523/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1523/2021
20.05.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver