Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(043)-1537/2021 08.06.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Zaur Nazim oğlunun sədrliyi, Aslanov Eltun Elman oğlunun katibliyi, İddiaçı Yaşar qızının, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı Yaşar qızının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Yaşar qızı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və onun azyaşlı uşaqları Cavabdeh2 və Cavabdeh3 ünvan 1 dən istifadə hüquqlarına xitam verilməklə, onların həmin mənzildən pasport qeydiyyatından çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 02.10.2019-cu il tarixli, seriya RX № ********** saylı Dövlət Reyestrindən Çıxarışa əsasən Gəncə şəhəri, Kəpəz rayonu, Ş.Hüseynov küçəsi,bina 1, mənzili 17 onun mülkiyyətindədir. Dəfələrlə şifahi şəkildə bildirməsinə baxmayaraq yuxarıda qeyd etdiyi mənzildə qeydiyyatda olan cavabdehlər Cavabdeh1 və onun azyaşlı uşaqları Cavabdeh2 və Cavabdeh3 əsassız olaraq pasport qeydiyyatından bu günə kimi çıxmamışlar. Bu da onun mülkiyyətçi kimi bir sıra hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Hazırda cavabdehlər uzun müddətdir ki, Türkiyə Respublikasında ona məlum olmayan ünvanda yaşayırlar. Cavabdehlərin uzun müddətdir ki, ona məxsus mənzildə yaşamamalarını Gəncə Şəhər Kəpəz Rayon İcra Hakimiyyiyəti başçısının 1 nömrəli sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin 25.02.2021 - ci il tarixli 344 saylı arayışıda sübut edir. Cavabdehlərin pasport qeydiyyatından çıxarılmaları barədə Gəncə Şəhəri Polis İdarəsinə müraciət etmiş, lakin həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı Yaşar qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək və məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərin ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 izahatında bildirdi ki, Cavabdeh1 onun keçmiş həyat yoldaşı, digər cavabdehlər isə uşaqlarıdır. Cavabdehlə aralarında olan nikah 04.05.2021-ci il tarixdə məhkəmə qətnaməsi ilə pozulmuş, uşaqlar cavabdehin yanında saxlanılmışdır. Cavabdeh uşaqlar ilə birlikdə Türkiyə Republikasına köçmüş və hazırda orada yaşayırlar. Qeyd etdiklərini nəzərə alaraq, iddianın təmin edilməsini xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Cavabdehlərin faktiki olduqları yer məlum olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmışdır Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 6863 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanda olan mənzil 20.12.2001-ci il tarixli vərəsəlik şəhadətnaməsi əsasında mülkiyyət hüququ əsasında 4/6 hissədə İddiaçı, hər birinə 1/6 hissədə olmaqla X1 və X2 adına qeyd edilmişdir İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi 4/6 hissədə Alıyeva Gülsafa Zaman qızının, 1/6 hissədə X1 və 1/6 hissədə X2 paylı mülkiyyətindədir. İş materiallarında olan Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-72/2021 saylı 04.05.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh1 ilə X4 arasında 10.01.2016-cı il tarixli 68 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan doğulmuş uşaqları anaları Cavabdeh1 yanında saxlanılmışdır. İş materiallarında olan Gəncə şəhər Kəpəz RİH başçısının 1 nömrəli SİƏİ üzrə nümayəndəsi tərəfindən verilmiş 25.02.2021-ci il tarixli 344 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 2 ünvanında qeydiyyatda olmalarına baxmayaraq, həmin ünvanda yaşamırlar. İş materiallarında olan Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsində yerləşən 1 saylı binanın sakinləri – həmin binanın 14 nömrəli mənzilində yaşayan X5, 15 nömrəli mənzilində yaşayan X6, 21 nömrəli mənzilində yaşayan X3 tərəfindən tərtib edilmiş 24.02.2021-ci il tarixli aktın surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bir ildən artıqdır ki, həqiqətən qeyd edilən ünvanda yaşamırlar. Akt iştirakçılar tərəfindən imzalanmışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh1 iddiaçının oğlu Zaməddin Rəhimov ilə 10.01.2016-cı ildə nikaha daxil olaraq, ailə həyatı qurmuşlar. Onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. Onlar ailə qurduqları dövrdə ünvan 3 ünvanda yaşamışlar. Sözügedən mənzil üzərində 20.12.2001-ci il tarixdə vərəsəlik hüququ əsasında 4/6 hissədə İddiaçı, 1/6 hissədə Zaməddin Rəhimovun və 1/6 hissədə Turalə Rəhimova mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçının oğlu ilə cavabdeh arasında olan ailə münasibətləri pozulduğundan onların ailə kimi birlikdə yaşamaları mümkün olmamış və nikahları pozulmuş və birgə nikahdan doğulmuş uşaqları analarının (cavabdehin) yanında saxlanılmışdır. Cavabdeh1 iki uşağı ilə birlikdə mübahisəli evdən getmiş və hazırda olduğu yer məlum deyildir. Cavabdehlər qeyd olunan mənzildən köçsələr də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının və üçüncü şəxslərin mülkiyyətlərində olan mənzilə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Digər tərəfdən məhkəmə qeyd edir ki, Cavabdeh1 mənzilin 1/6 hissədə paylı mülkiyyətçisi olan Zaməddin Rəhimovun (üçüncü şəxs) keçmiş arvadı olmaqla, nikah pozulmamışdan əvvəl həmin evdə yaşadıqları dövrdə onun və uşaqlarının həmin evdən istifadə hüququ yaranmışdı. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Lakin, onlar arasında olan nikah qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə pozulduğundan, cavabdehin həmin mənzildən istifadə hüququ saxlanılmır. Belə ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Bundan başqa qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Beləliklə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 on dörd yaşına çatmadıqlarına görə onların yaşayış yeri analarının yaşayış yeri hesab edildiyindən, eləcə də məhkəmə qətnaməsi əsasında nikah pozularkən cavabdehlər analarının yanında saxlanıldığından və analarının da sözügedən mənzildən istifadə hüququ nikah pozulduqdan sonra saxlanılmadığından, iddia təmin edilməli, cavabdehlərin iddiaçının paylı mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Gəncə şəhəri, Kəpəz rayonu, Şahlar Hüseynov küçəsi, 1 saylı binada yerləşən 17 saylı mənzildən istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hüseynov
Məhkəmə qərarları › İş №2(043)-1537/2021
Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qətnamə — İş №2(043)-1537/2021
08.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver