Məhkəmə qərarları › İş №2(043)-1583/2021

Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsi Qərardad — İş №2(043)-1583/2021

14.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(043)-1583/2021 14.04.2021 GƏNCƏ ŞƏHƏRİ KƏPƏZ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlu, Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsinin məhkəmə icrааtının mümkünlüyü məsələsinə məhkəmə binаsındа, məhkəmə iclаsındаn kənаr аyrıcа prоsessuаl qаydаdа bаxаrаq müəyyən etdim: İddiaçı Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun anası X2 13.06.1929-cu il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Ərizəçi lazımi sənədləri əldə etməsi üçün Milli Arxiv İdarəsinə və ya başqa orqanlara müraciət etməsinə dair heç bir sənədi ərizəsinə əlavə etməmiş, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları ərizəyə əlavə etməmişdir. Ərizəçi yalnız Milli Arxiv İdarəsinin Gəncə Filialına müraciət etməklə kifayətlənmiş, lazımi sənədlərin ərizəçinin ala bilməməsini və ya doğum akt qeydinin başqa rayon şöbələrində aparılmış olma ehtimalını araşdırmadan və məhkəmə tərəfindən müəyyən edilməli olan hüquqi əhəmiyyətli faktı düzgün seçmədən məhkəməyə müraciət etmişdir. Həmçinin, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsi 2(043)-1341/2021 saylı, 19 mart 2021-ci il tarixli qərardadı ilə Ərizəçi eyni məzmunlu ərizəsi geri qaytarılmış və ərizədə göstərilmiş nöqsanlar aradan qaldırılmadan yenidən məhkəməyə müraciət olunmuşdur. Odur ki, təkrarən Ərizəçi nəzərinə çatdırılır ki, ərizəyə əlavə edilmiş, Milli Arxiv İdarəsinin Gəncə Filialının 19.05.2016-cı il tarixli, 108/3 nömrəli məktubundan görünür ki, ərizədə göstərilən illər üzrə Gəncə Nikah evi arxiv fondunun doğum qeydiyyatı kitablarına baxılmış X2 doğum qeydiyyatı aşkarlanmamışdır. Ərizəyə əlavə edilmiş, Milli Arxiv İdarəsinin Gəncə Filialının 08.12.2020-cı il tarixli, 1069/4 nömrəli məktubundan görünür ki, X4 Filialında mühafizə olunan Gəncə şəhər Nikah evi və Stalin rayon X1 Qeydiyyatı şöbəsi arxiv fondlarının 1936-1944-cü illər üzrə doğum bərpa qeydlərinin aktları təkrar yoxlanılmış, X2 doğum qeydi aşkar olunmamışdır. Bununla da müəyyən olunur ki, Ərizəçi yalnız Milli Arxiv İdarəsinin Gəncə Filialına və Gəncə şəhər Kəpəz rayon qeydiyyat şöbəsinə müraciət etmiş, Milli Arxiv İdarəsinə müraciət etməsinə dair heç bir sənədi ərizəsinə əlavə etməmiş, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, doğum akt qeydinin başqa rayon şöbələrində aparılmış olma ehtimalını araşdırmasına dair sübutları təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 310.1.-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmçinin Ərizəçi izah olunur ki, məhkəmə qaydasında doğumun qeyd edilmə faktı müəyyən edilməli olduğu halda, ərizədə yalnış olaraq ərizəçi anası X2 13.06.1929-cu il tarixdə Gəncə (Kirovabad) şəhərində anadan olması faktının müəyyən edilməsini xahiş etmişdir. Həmçinin MPM-nin tələblərinə əsasən iddia icraatı qaydasında verilmiş ərizə iddia ərizəsi, iş üzrə tərəflər iddiaçı və cavabdeh olaraq göstərilməli; xüsusi icraat qaydasında baxılması üçün verilmiş ərizələrdə isə iş üzrə tərəflər ərizəçi və maraqlı şəxs olaraq göstərilməlidir. Lakin Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək özünü iddiaçı və qeydiyyat şöbəsini isə maraqlı şəxs olaraq göstərməklə ərizənin forma və məzmununa dair tələblərə əməl etməmişdir. Bununla da müəyyən olunur ki, ərizənin formasına və məzmununa dair tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Həmin Məcəllənin 150.0.1.-ci maddəsinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 149.2.4.-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat ərizədə göstərilməlidir. Həmin Məcəllənin 149.4.-ci maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 152.1.1 və 152.1.2-ci maddəsinin tələbinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 149, 152, 263-264, 268-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə” dair ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar